Uot 541. 13: 541. 1382 Ətraf müHİTİn akustik səs-küY ÇİrkləNMƏSİ VƏ orqaniZMƏ MƏNFİ TƏSİRİ



Yüklə 109,73 Kb.
Pdf görüntüsü
səhifə2/11
tarix23.12.2023
ölçüsü109,73 Kb.
#155247
növüXülasə
1   2   3   4   5   6   7   8   9   10   11
14Təranə-Firqət-qizi-Yusibova-Qərib-Budaq-oglu-Abdullayev

 Açar sözlər: akustika, səs-küy, səs-küy xəstələyi, səs səviyyəsi, səs tezliyi, antropogen səs, 
fiziki çirklənmə, ekvivalent səviyyə, maksimal səviyyə 

Giriş 
Bəşər övladı üzərində məskunlaşıb, yaşadığı yer planetində təsərrüfat fəaliyyəti sayəsində
müasir sivilzasiyanın nailiyyətlərinə nəsib olmuşdur. Elmi-texniki tərəqqinin inkişafı, yeni sənaye 
sahələrinin yaradılması, demoqrafik vəziyyətin getdikcə dəyişməsi, urbanizasiya prosesinin və iri 
sənaye şəhərlərinin durmadan artması baş vermişdir. Hazırda bəşəriyyətin gələcəyini böyük təhlükə 
qarşısında qoyan, bir sıra qlobal problemlər içərisində insanları narahat edən problemlərdən biri də 
yer kürəsində ekoloji durumun getdikcə təhlükəli hal almasıdır. Ozon qatının deşilməsi, qlobal iqlim 
dəyişkənliyi, parnik effektinin yaranması, bioloji müxtəlifliyin azalması, məhv olması (bitki və 
heyvanat aləminin) münbit torpaqların eroziyaya uğraması və səhralaşması ilə yanaşı ətraf təbii 
mühitdə, atmosfer, hidrosfer, litosfer təbəqələrinin radioaktiv maddələrlə, müxtəlif tərkibli məişət və 
sənaye tullantıları ilə çirklənməsi sırasında səs-küy çirklənməsi də qlobal ekoloji-sosial problemlərə 
daxildir. Səs-küy insanların psixoloji durumuna mənfi təsir göstərir, pis əhval-ruhiyyəli emosiyalar, 
stresslər yaradır. Göstərilənləri nəzərə alaraq səs-küylə çirklənmənin və titrəyişlərin qarşısını almaq, 
azaltmaq məqsədi ilə səs-küy yaradan təbii və antropogen mənşəli mənbələri müəyyən edib, onların 
üzərində ekoloji monitorinqlər aparmaqla, bir və yaxud bir neçə səs-küy yaradan mənbədə 
quraşdırılmış qurğu və avadanlıqların səmərəlilik dərəcəsini qiymətləndirməklə, akustik 


Dayanıqlı inkişaf, cild 2, № 2, 2022 
çirklənmənin qarşısının alınması istiqamətində, tənzimlənməsinə nail olmaq üçün mövcud 
təcrübələrdən və nəzəri məlumatlardan istifadə edilməsi məqsədə uyğun olaraq müvafiq təyinatlı 
sənaye sahələrinin tədbirlər planında şərh olunması tövsiyyə olunur. 

Yüklə 109,73 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə