Dayanıqlı inkişaf, cild 2, № 2, 2022
ölçən cihazla istənilən zaman və məkan daxilində ölçmək üçün zəruri imkanlar vardır. Səsin
titrəyişinin intensivliyi isə loqarifmik şkala üzrə (desibellərlə dB) ölçülür.
0 (sıfır) dB küləksiz havada qışda meşədə yaranır. İnsanın normal tənəffüsündən yaranan səs
10 dB, müəssisə və idarələrdə səs 40-60 dB, bəzi səsli müəssisələrdə 70 dB-ə çatır. Səs titrəyişlərinin
intensivliyi 130 dB-dən çox olduqda insanın eşitmə aparatı zədələnə bilir və s. Hava hövzəsinin
akustik səs-küylə çirklənməsinin 75 %, avtomobil nəqliyyatının 12 %, tikintinin 8 %, dəmir yolu
nəqliyyatının 5 % sənaye obyektləri vasitəsilə çirkləndirilir. Nəticədə
akustik travma-eşitmə
orqanlarının həddindən artıq güclü səsin təsirindən zədələnməsi, daxili qulaqda baş verən ağrılar,
ağıreşitmə, karlığa şərait yaradır. Kəskin və xroniki olur. Profilaktikası isə istehsalatdakı səs-küyün
azaldılması tədbirlərinin aparılmasıdır.
Səs-küy – ətraf mühitin fiziki çirklənməsindən biridir. Səs-küyə adaptasiya yaranmır,
orqanizmin əsəb sistemini pozur, bəzən tam kar edir. Hipertoniya baş ağrıları kimi xəstəliklər yaradır.
Ona görə də yaşayış məntəqələrinin və sənaye müəssisələrinin ayrı-ayrı sahələrində səs-küyün
səviyyəsini göstərən xəritələr tərtib olunur.
Səs-küyün tərəddüdetmə müddəti, dinamikası
göstərilməklə sanitar gigyenik tələblərin normallaşdırılması istiqamətində işlərin aparılmasına
müsbət şərait yaratmağı təcrübi tədbirlərin həyata keçirilməsi zərurəti yaradır və s. [5]
Dostları ilə paylaş: