Uot 32, 654+632,7 abşeronda yayilmiş NÖv parəbizənin (coleoptera, coccinellidae) bioekoloji xüsusiyyəTLƏRI. Mustafayeva G.Ə



Yüklə 64,09 Kb.
Pdf görüntüsü
tarix06.05.2018
ölçüsü64,09 Kb.
#41987


UOT 632, 654+632,7 

ABŞERONDA YAYILMIŞ 3 NÖV PARƏBIZƏNIN 

(COLEOPTERA, COCCINELLIDAE)  

BIOEKOLOJI XÜSUSIYYƏTLƏRI. 

 

Mustafayeva G.Ə



AMEA Zoologiya institutu, Bakı ş. 

 

 

2007-2011-ci  illərdə  aparılmış  tədqiqatlar  nəticəsində 

Abşeron 

yarımadasında 

çanaqlı 

yastıcaların 

və 

mənənələrin  say  tənzimində  mühüm  rol  oynayan  3  növ 

parəbizən  tədqiq  olunmuşdur.  Bu  3  növün  təbii  şəraitdə 

bioekoloji  xüsusiyyətləri  öyrənilmiş,  2  növün  Rhizobius 

lophanthae  və  Chilocorus  bipustulatus-un  laboratoriyada 

oleandr  və  tut  çanaqlı  yastıca  ilə  yoluxdurulmuş  kartof 

yumruları  üzərində  artırılması  metodikası  işlənib 

hazırlanmışdır. 

 

G İ R İ Ş 

 

Sorucu zərərvericilər olan çanaqlı  yastıcalar, mənənələr bitkilərə çox 

böyük  zərər  vurur.  Bu  zərərvericilər  bitkilərin  gövdə,  zoğ,  yarpaq  və 

meyvələri  üzərində  yaşayır,  bitkilərin  hüceyrə  şirəsi  ilə  qidalanırlar. 

Nəticədə  bitkilər  zəifləyir,  yarpaqlarda  fotosintez  prosesi  pozulur,  onlar 

saralıb  solur,  meyvələr  və  cavan  zoğlar  deformasiyaya  uğrayır.  Güclü 

yoluxma zamanı tədbir görülmədikdə bitkilər tamamilə məhv olur. 

Çanaqlı  yastıcaların  və  mənənələrin  entomofaqları  içərisində 

parəbizənlər  (Coleoptera,  Coccinellidae)  mühüm  yer  tutur.  Yerli 

faunadan  olan  parəbizənlərin  zərərvericilərin  say  tənzimində  böyük  rolu 

vardır, məhz buna görə  bu  yırtıcı böcəklərin öyrənilməsi olduqca  böyük 

əhəmiyyətə malikdir. 

Azərbaycanın koksinellidləri haqqında ilk dəfə Q.Q.Yakobson (1905-

1915) məlumat vermişdir. O, Azərbaycan parəbizənlərini tədqiq etmiş, 44 

növ  parəbizən  müəyyənləşdirmişdir.  Baqaçov  A.V.  (1934)  Abşeronun 

faunası üçün 17 növ parəbizən göstərmişdir ki, bunlardan 4-ü Azərbaycan 

faunası  üçün  təzə  növ  olmuşdur.  Mehdiyev  A.M.  (1967)  Naxçıvan 

Muxtar Respublikasının parəbizənlərini tədqiq etmişdir [1]. Əliyev A.Ə., 

Məmmədov  Z.M.  (1970)  bəzi  parəbizən  növləri  haqqında  məlumat 

vermişlər [2]. Rzayeva L.M.,Mustafayeva G.Ə. Azərbaycana  esesis  yolu 




 

ilə  gəlib  çıxmış  Lindorus  entomofaqının  rolundan,  çanaqlı  yastıcalara 



qarşı mübarizədə istifadəsinin mümkünlüyündən bəhs etmişlər [3, 4]. 

 

MATERIAL VƏ METODLAR 

 

Tədqiqatlar  Abşeron  yarımadasında  aparılmışdır,  həm  təbii,  həm  də 

mədəni  biosenozlardan  entomoloji  material  toplanmışdır.  Yırtıcı 

böcəklərə  aid  entomoloji  material  ümumi  qəbul  olunmuş  metodika  üzrə 

toplanmışdır.  Yığılan  növlər  icərisində  ən  çoxsaylı  növlər  ayrılmış  və 

tədqiq  olunmuşdur.  Parəbizənlərin  bioekoloji  xüsusiyyətləri  həm  təbii, 

həm 

də 


laboratoriya 

şəraitində 

öyrənilmişdir. 

Parəbizənlərin 

laboratoriyada artırılma metodikası işlənib hazırlanmışdır. 

 

NƏTICƏLƏR VƏ ONLARIN MÜZAKIRƏSI 

 

 2007-2011-ci illərdə Abşeronun koksinellidləri tədqiq olunmuş,3 növ 

parəbizənin  -  Rhizobius  lophanthae  Blaisd,  Chilocorus  bipustulatus  L., 

Adonia varigata Geoze  bioekoloji xüsusiyyətləri öyrənilmişdir. Bu 3 növ 

parəbizən  geniş  yayıldıqları  və  ən  çoxsaylı  olduqları  üçün,  çanaqlı 

yastıcaların  və  mənənələrin  say  dinamikasında  mühüm  rol  oynadıqları

 

üçün öyrənilmişdir. 



Rhizobius  lophanthae  Blaisd  oliqofaq  yırıcıdır,  diaspin  (dəyirmi) 

çanaqlı  yastıcalarla  qidalanır.  Böcəyin  vətəni  Avstraliyadır,  bioloji 

mübarizədə  istifadə  etmək  üçün  onu  Kaliforniyaya,  oradan  isə  İtaliyaya 

gətirmişlər.  Bu  faydalı  entomofaq  1947-ci  ildə  təsadüfən  Gürcüstana  - 

Abxaziyaya  göndərilmişdir.  İtaliyadan  Abxaziyaya  gələn  bağlamada  tut 

çanaqlı  yastıcasının  üzərində  2  ədəd  parəbizən  pupu  tapılmışdır.  Bu 

parəbizənlər sonradan gürcü entomoloqları tərəfindən artırılmış və çanaqlı 

yastıcalara qarşı bioloji mübarizədə istifadə olunmuşdur. Çox güman ki, 

bu faydalı böcək Azərbaycana da Gürcüstandan gəlib çıxmışdır. Ayrı-ayrı 

biosenozlarda yayılmışdır, yayılması lokal xarakterlidir.  



Rhizobius  lophanthae-nın  dişi  fərdləri  yumurta  qoymamışdan  əvvəl 

yastıcanın çanaqının bir tərəfini gəmirir və onun bədənini yeyir, boşalmış 

yastıca  çanaqının  altına  öz  yumurtalarını  qoyur.  Yumurtalar  əsasən  tək-

tək  qoyulur,  bəzən  isə  topa  ilə  qoyulur  (4-8  ədəd).  Laboratoriyada  25

0



temperaturda  1  nəslin  inkişafı  30-34  gündə  tamamlanır.  Entomofaqın 



yumurtalarında  embrional  inkişaf  8-10  gün  çəkir.  Bu  böcəyin  sürfə 

mərhələsi  10-12  gün  davam  edir.  Sürfələr  qabıq  dəyişərək,  1-ci  yaşlı 

sürfələr  2-ci  yaşlı  sürfələrə,  sonradan  3-cü,  4-cü  yaşlı  sürfələrə  çevrilir. 

Bu  sürfələr  çox  acgöz  olurlar.  2-ci,  3-cü  yaşlı  sürfələr  gün  ərzində 

təxminən  20-25  ədəd  çanaqlı  yastıca  sürfələrini  məhv  edirlər.  Sürfələr 



 

qabıq  dəyişdikdə  rəngləri  də  müxtəlif  olur.  1-ci  yaşlı  sürfələr  açıq  yaşıl 



rəngli olurlar, 2-4-cü yaşlı sürfələr isə tünd-qaramtıl , yaşıl rəngli olurlar. 

Yetkin  sürfələr  puplaşmadan  əvvəl  hərəkətsizləşirlər  və  qidalanmırlar. 

Sürfələr  bu  vəziyyətdə  təxminən  3-4  gün  qalırlar  və  sonradan  pupa 

çevrilirlər.  25

0

C  temperaturda  pupun  inkişaf  müddəti  6-7  gün  çəkir  və 



yetkin  böcəklər  çıxırlar.  Pupdan  çıxmış  böcəklərin  rəngləri  əvvəlcə  açıq 

qəhvəyi rəngli olur və get-gedə tündləşir. 10-12 günlük inkişafdan sonra 

bu  fərdlər  cütləşir  və  yumurta  qoymaqa  başlayırlar.  20

0

C-dən  30



0

C-yə 


qədər  olan  temperaturlarda  bu  həşəratlar  fəal  olub,  normal  qidalanırlar, 

həm aşağı, həm də yuxarı temperaturlar bu böcəklərin həyat fəaliyyətinə 

mənfi  təsir  göstərir,  fəallıqları  aşağı  düşür.  Qida  çatışmadıqda  bunlarda 

kannibalizm  yaranır.  Abşeronda  təbii  şəraitdə  yetkin  fərdlər  çanaqlı 

yastıcalarla  yoluxmuş ağacların,  kolların  aşağı  hissəsində, kök ətrafında, 

qabıqların  altında  qışlayırlar.  Qışlama  yerlərində  bir  kolda  20-25  fərdin 

bir yerdə toplaşması müşahidə olunmuşdur. 

Bu yırtıcı böcək laboratoriya şəraitində çox yaxşı artır.Laboratoriyada 

bu parəbizən oleandr, bənövşəyi və tut çanaqlı yastıcalarla yoluxdurulmuş 

kartof yumrulrı üzərində çoxaldılır. Bu məqsədlə oleandr çanaqlı yastıca 

ilə yoluxdurulmuş kartof yumrularından daha çox istifadə olunur.  

Kartof  yumruları  oleandr  çanaqlı  yastıcaların  kütləvi  sürfə 

mərhələsində  yastıcalarla  yoluxdurulur.  Sonradan  çanaqlı  yastıcalar 

yetkin  mərhələyə  çatdıqda  onların  üzərində  bu  böcək  artırılır.  Bu 

məqsədlə  üstü  hamar  kartof

 

yumruları  oleandr  çanaqlı  yastıca  ilə 



yoluxdurulur.  Yastıcanın  yumurtadan  çıxmış  avara  sürfələri  1-2  günlük 

aktiv hərəkətdən sonra kartof yumrularına yapışır. Avara sürfələr ətraflara 

və  bığçığa  malik  olur.  Kartof  yumrularına  yapışdıqdan  sonra  bu  yastıca 

sürfələri mum saplar buraxır və ilkin ağımtıl çanaq yaradır. İlk dövrlərdə 

sürfələr-erkək və dişi fərdlər bir-birindən fərqlənmir və eyni cür olur. 22-

25

0



S temperaturda təxminən 15-18 gündən sonra  I  yaşlı sürfələr  II  yaşlı 

sürfələrə  çevrilir.  Bu  dövrdə  artıq  erkək  və  dişi  fərdlər    həm  xarici 

görünüşcə  fərqlənir,  həm  də  çanaq  daxili  fərq  yaranır.  II  yaşlı  fərdlərin 

çanağı dəyirmi, rəngi qismən tünd olur, erkək fərdlər isə uzunsov çanağa 

malik  olur,  çanağın  rəngi  isə  ağımtıl  olur.  Çanaqdaxili  bədən  də  bir-

birindən  kəskin  fərqlənir.  Dişi  fərqlərin  bədəni  dəyirmi  olub,  açıq  sarı 

rəngli  olur.  Erkək  fərdlərin  bədəni  uzunsov  olur,  bədəndə  qırmızımtıl 

qəhvəyi ləkələr yaranır, gözlər formalaşır. 15-17 gündən sonra erkəklərin 

ətraf  və  qanadları  yaranır.  İnkişafın  38-42-ci  günü  erkəklər  uçmağa 

başlayır. Bu dövrdə II yaşlı dişi sürfələr cavan dişilərə çevrilir. Erkəklərlə 

mayalandıqdan 10-12 gün sonra dişi fərdlər yumurta qoymağa başlayır. 

Rhizobius lophanthae diapauzaya getmir, çox qısa bir müddətdə nəsil 

verir,  yüksək  məhsuldardır,  yerli  faunadan  təbii  düşmənlərə  malik 




 

deyildir, (yalnız bir növ gənə bu böcəyin yumurtalarını məhv edir) aşağı 



temperaturlara qarşı çox davamlıdır. Çanaqlı yastıcaların həm yetkin, həm 

də sürfələrini məhv etdiyi üçün Rhizobius lophanthae ilə bioloji mübarizə 

böyük əhəmiyyətə malikdir. 

Çanaqlı  yastıcalara  qarşı  bioloji  mübarizədə  Rhizobius  lophanthae 

böyük  rol  oynaya  bilər.  M.Kostarab  və  F.Kozarın  yazdığına  görə, 

Mərkəzi  Avropada  tut  çanaqlı  yastıcasının  27  növ  parazit  və  yırtıcı 

entomofaqı  müəyyənləşdirilmişdir.  Bu  entomofaqlardan  ən  effektiv 

növlər  yırtıcılardan  Rhizobius  lophanthae,  parazitlərdən  isə  tut  çanaqlı 

yastıcasının spesifik paraziti Encarsia berlesei-dir

 

[5].  


Müxtəlif  parazitlərlə  (Aspidiotiphagus  citrinus  və  Aphytis  chilensis

yoluxmuş  çanaqlı  yastıcalara  Rhizobius  lophanthae  toxunmur.  Bütün 

bunları  nəzərə  alaraq,  belə  qərara  gəlmək  olar  ki,  dəyirmi  çanaqlı 

yastıcalara  qarşı  bioloji  mübarizədə  bu  böcək  əvəzedilməzdir  və  ondan 

daha geniş miqyasda istifadə etmək məqsədə uyğundur. 

 Respublikamızda son illərdə geniş yayılmış və çox böyük zərər vuran 

tut  canaqlı  yastıcasına  (Pseudaulacaspis  pentaqona  Targ.Toz)  qarşı 

bioloji  mübarizədə  Rhizobius  lophanthae  əvəzedilməzdir  və  bu  yırtıcı 

böcəkdən geniş istifadə etmək məqsədə uyğundur. Rhizobius lophanthae 

dəyirmi  çanaqlı  yastıcalara  qarşı  bioloji  mübarizədə  geniş  istifadə  oluna 

bilər.  

Oleandr  çanaqlı  yastıca,  kaliforniya,  bənövşəyi,  qəhvəyi,  kafkaz 

qovaq

 

çanaqlı  yastıcası  və  bəzi  digər  növ  çanaqlı  yastıcaların  sayının 



tənzimlənməsində  də  bu  parəbizənin  rolu  çox  böyükdür.  2009-2010-cu 

illərdə  “Faydalı  həşəratların  introduksiyası  və  bioloji  mübarizənin  elmi 

əsasları”  laboratoriyasında  bu  entomofaq  3500-4000  ədəd  artırılmış  və 

Mərdəkan  dendroparkına  və  Bilgəh  kardioloji  sanatoriyasının  bağına 

buraxılmışdır. 

Chilocorus  bipustulatus  L.  -  2  nöqtəli  xilokor  böcəklər  çox  geniş 

yayılmışlar. Müxtəlif növ çanaqlı  yastıcalarla qidalanırlar, əsasən kafkaz 

qovaq

 

çanaqlı  yastıcası  və  tut  çanaqlı  yastıcası  ilə  yoluxmuş  ağaclar 



üzərində  daha  çox  saylı  olurlar.  Bənövşəyi,  oleandr,  kaliforniya,  yalançı 

kaliforniya çanaqlı yastıcalarını da məhv edirlər. Chilocorus bipustulatus 

dəyirmi  çanaqlı  yastıcaları  çox  effektiv  məhv  edir.  Bəzi  hallarda  hətta 

yalançı çanaqlı yastıcaları və mumlu yastıcaları da məhv etdiyi müşahidə 

olunmuşdur.  Bu  parəbizənlərin  yetkin  fərdləri  və  sürfələri  çanaqlı 

yastıcaların həm yetkin fərdlərini, həm də sürfələrini məhv edirlər.  

Bu  parəbizən  müxtəlif  meyvə  və  dekorativ  ağac  və  kolların  gövdə 

qabıqları  altında,  kökətrafı  torpaq  çatlarında,  bəzən  hətta  xəzəlin,  bitki 

qalıqları altında yetkin halda qışlayır. Abşeronda artıq martın əvvəllərində 

tək-tək  təsadüf  olunur,  martın  sonu,  aprelin  əvvəllərində  isə  çanaqlı 




 

yastıcalarla  yoluxmuş  müxtəlif  ağac  və  kollar  üzərində  kütləvi  sürətdə 



meydana çıxırlar. Mayın I, II ongünlüyündə bu yırtıcı entomofaqlar ölmüş 

çanaqlı  yastıca  çanaqlarının  altında,  qurumuş  yarpaqların,  qabıqların 

altında, ağacların gövdə çatlarında yumurta qoyurlar. Yumurtalar narıncı 

rəngli  olur,  tək-tək,  bəzən  isə  topa  ilə  (2-3  ədəd)  qoyulur.  8-10  günlük 

embrional  inkişafdan  sonra  yumurtadan  sürfələr  çıxır.  Bu  sürfələr  çox 

acgöz  olurlar,  çanaqlı  yastıcaların  I,  II  yaşlı  sürfələri  və  yetkin  dişi 

fərdləri ilə qidalanır və böyüyürlər. 

Müşahidələrimizə əsasən, bir parəbizən sürfəsi öz inkişafı müddətində 

300-350  ədədə  qədər  çanaqlı  yastıcanı  məhv  edir.  Sürfə  mərhələsi 

təxminən  12-14  gün  davam  edir,  bu  müddət  ərzində  sürfə  3  dəfə  qabıq 

dəyişir. 4-cü yaşlı sürfələr aktiv qidalandıqdan sonra sükünət halına keçir. 

Böcəklər  puplaşmadan  əvvəl  hərəkətsizləşirlər,  2-3  gün  bu  vəziyyətdə 

qalırlar. Sürfələr olduqları yerə yapışaraq pup halına keçirlər. Pup dövrü 

6-8  gün  davam  edir.  Pupdan  təzəcə  çıxmış  fərdlər  əvvəlcə  açıq  rəngli 

olub,  bir  qədər  passiv  olurlar.  2-3  gündən  sonra  çox  aktivləşirlər.  Bir 

yırtıcı böcək gün ərzində 25-30 ədəd çanaqlı yastıcanı məhv edir. İldə 2-3 

nəsil verirlər. İsti yay günlərində az təsadüf olunurlar. 

Laboratoriyada  bu  böcəyi  oleandr  çanaqlı  yastıca  ilə  yoluxdurulmuş 

kartof yumruları üzərində çoxaltmaq mümkündür. 

Adonia  variegata  Geoze  - Dəyişkən parəbizən,  bu böcək çoxsaylıdır, 

həm  təbii,  həm  də  mədəni  biosenozlarda  geniş  yayılmışdır.  Bu 

parəbizənlər  müxtəlif  növ  mənənələr  və  tor  gənəciyi  ilə  qidalanırlar. 

Ədəbiyyat  məlumatlarına  görə,  16  növ  mənənə  ilə  qidalanır.  Yetkin 

fərdləri  xəzəllərin  altında,  bağlarda  qışlayırlar.  Yetkin  qışlamış  fərdlərə 

martın  II-III  dekadasında,  aprelin  I  yarısında  təsadüf  olunur. 

Yumurtalarını  mənənə  koloniyalarının  arasında  qoyurlar.  Yumurtalar 

topalarla  (topada  25-32  ədəd)  qoyulur.  Yetkin  böcəklər  həmişə  öz 

yumurtalarını yem ehtiyatı çox olan yerə qoyurlar. Yumurtanın embrional 

inkişafı 6-7 gün olur. Sürfələr 3 dəfə qabıq dəyişirlər. 1-ci yaşlı sürfələr 2-

ci  yaşlı  sürfələrə,  2-ci  yaşlı  sürfələr  3-cü  yaşlı  sürfələrə  çevrilirlər. 

Temperaturdan asılı olaraq, sürfə mərhələsi 12-15 gün olur, bəzən 20-21 

gün  çəkir.  Sürfələrin  inkişaf  müddəti  həm  mənənələrin  sayından,  yəni 

qida  bolluğundan,  həm  də  ətraf  mühitin  temperaturundan  asılıdır.  3-4 

günlük pup önü mərhələdən sonra puplar  yaranır. Pup mərhələsi 5-6 gün 

çəkir.  Bu  parəbizənlər  may-iyun  aylarında  çox  aktiv  olurlar,  lakin  iyul-

avqust aylarında havaların istiləşməsi nəticəsində mənənələrin sayı kəskin 

azalır.  Bununla  əlaqədar  olaraq  yetkin  parəbizənlər  də  yay  diapauzasına 

gedirlər.  İldə  2  nəsil  verirlər.  Sentyabr-oktyabr  aylarında  bu  böcəklərin 

sayı  yenidən çoxalır, çünki mənənələr  yenidən çoxalırlar. Noyabr ayının 




 

əvvəllərindən  etibarən  parəbizənlərin  sayı  aşağı  düşür  və  onlar  öz  qış 



yerlərinə toplaşırlar.  

Beləliklə,  Abşeronda  3  növ  parəbizənin  bioekoloji  xüsusiyyətləri 

öyrənilmişdir.  Çanaqlı  yastıcaların  say  tənzimində  mühüm  rol  oynayan 

Rhizobius  lophanthae  və  Chilocorus  bipustulatus-un  laboratoriyada 

artırılma  metodikası  işlənib  hazırlanmışdır.  Bu  metodika  ilə  effektiv 

entomofaqlar  artırılmış  və  zərərvericilərə  qarşı  mübarizə  məqsədilə 

təbiətə buraxılmışdır. 

 

Ə D Ə B İ Y Y A T 

 

1.

 



Мехтиев 

А.М. 


Кокцинеллиды 

Азербайджана 

и 

возможности  использования  их  в  биологическом  методе 



борьбы  с  вредителями  сельскохозяйственных  культур. 

Автореферат. Баку, 1967, с. 1-24. 

2.

 

Алиев  А.А.,  Мамедов  З.М.  Результаты  исследования  по 



изучению  энтомофагов-вредителей  сада  в  Азербайджане. 

Доклады  АН  Азербайджанской  ССР.  Баку,  1970,  №12,  с. 

60-83. 

3.

 



Rzayeva  L.M.,  Mustafayeva  G.Ə.  Lindorus  entomofaqının 

bioloji mübarizədə istifadə edilməsi. AMEA “Xəbərlər”, Bakı, 

1995, №1-6, s. 58-60. 

4.

 



Mustafayeva  G.Ə.  Abşeronda  oleandr  çanaqlı  yastıcası,  onun 

entomofaqları  və  ona  qarşı  bioloji  mübarizə.  AMEA 

“Xəbərlər”, Bakı, 1996, №1-6, s. 30-32. 

5.

 



Kostarab  M.,  Kozar  F.  Scale  insects  of  Central.  Budapeşt: 

Akad. Kiado, 1988, 442 p. 

 

 

РЕЗЮМЕ 



Г.А.Мустафаева 

 

Биоэкологические особенности 3 видов божьих коровок 

(Coleoptera, Coccinellidae), распространённых на Абшероне. 

 

В  результате  исследований  изучены  биоэкологические  особенности 

3  видов  божьих  коровок  -  Rhizobius  lophanthae,  Chilocorus 

bipustulatus, 

Adonia 

varilgata. 

Была  подготовлена  методика 

разведения 2-х видов кокцинеллид: Rhizobius lophanthae и Chilocorus 

bipustulatus  на  клубнях  картофеля,  заражѐнного  фиолетовой, 



 

олеандровой и тутовой щитовкой. Разведѐнные кокцинеллиды были 



выпущены против диаспиновых щитовок в посѐлках Абшерона. 

                                                     

SUMMARY 

                                               G.А.Mustafayeva 

 

Bioecological features of 3 species of ladybirds 

(Coleoptera, Coccinellidae), widespread on Absheron. 

 

As a  result of  researches bioecological  features  of 3 species of ladybugs 

studied  -  Rhizobius  lophanthae,  Chilocorus  bipustulatus  L.,  Adonia 

varigata.  The  technique  of  cultivation  of  the  2  species  coccinellids  was 

prepared: Rhizobius lophanthae and Chilocorus bipustulatus on tubers of 

potatoes  infected  with  a  violet,  oleander  and  mulberry  scales.  Dissolved 

ladybirds were let out against scales diaspin  in Absheron  settlement.                



 

 

Mustafayeva Gülzar Əliheydər qızı 



İş yeri: AMEA Zoologiya institutu 

Tel. İş: 539.73.53 



       Ev: 455.64.97 

İmza: 

Yüklə 64,09 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə