Microsoft Word Deniz ekologiyasi



Yüklə 51,68 Kb.
Pdf görüntüsü
tarix01.02.2018
ölçüsü51,68 Kb.
#22984


DƏNİZ EKOLOGİYASI 

Dəniz çirklənməsinin müxtəlif tərifləri var. Olduqca əhatəli elmi bir dəniz çirklənməsi 

tərifi 1970-ci ildə BMT tərəfindən reallaşdırılan ətraf çirklənməsi ilə əlaqədar 

konfransda verilmişdir. Bu tərifə görə "dəniz çirklənməsi- dəniz mühitinə və bioloji 

qaynaqlara zərər verəcək, insan sağlamlığına təhlükə yaradacaq, su məhsulları 

istehsalını da ehtiva edən dənizdən iqtisadi faydalanma imkanlarını məhdudlaşdıracaq 

və dənizin istirahət məqsədi ilə istifadə edilməsinə suyun keyfiyyətini pozaraq maneə 

yaradacaq şəkildə insanlar tərəfindən birbaşa və ya dolayı yollarla maddə və enerji 

buraxılması hadisəsidir". Başqa bir əhəmiyyətli dəniz çirklənməsi tərifi isə 2872 saylı 

Ə

traf  Mühit Qanununa əsaslanaraq Su Çirklənməsinə Nəzarət İdarəsi tərəfindən 



verilən tərifdir. "Dəniz çirklənməsi- dəniz qaynaqlarının kimyəvi, fiziki, bakteriyoloji, 

radyoaktif və ekoloji xüsusiyyətlərinin mənfi istiqamətdə dəyişməsi formasında 

müşahidə edilən və birbaşa ya da bilavasitə olaraq bioloji qaynaqlarda, insan 

sağlamlığında, balıqçılıqda, dəniz suyunun keyfiyyətində və dəniz suyunun digər 

məqsədlərlə istifadə edilməsində maneə törədici pozulmalar yaradacaq maddə və ya 

enerji tullantılarının boşaldılmasıdır." 

Dənizlərdə canlı həyatının kəmiyyətcə və növcə get-gedə azalması, şəhər, sənaye və 

ə

kinçilik tullantılarından qaynaqlanan dəniz çirkliliyinin artması sahil 



qurulaşmalarının genişlənməsi və həddindən artıq çox ovlanmanın əhəmiyyətli 

nəticəsidir. Müxtəlif yollardan meydana gələn dəniz çirkliliyi təbii qaynaqların 

davamlılığı və insanların gələcəyi baxımından böyük önəm daşıyır. Sənaye, dəniz 

nəqliyyatı, şəhərləşmə, turizm və tullantıların boşaldılması ilə yanaşı baş verən dəniz 

qəzaları ilə də hər keçən gün dənizlər daha sürətlə çirklənməyə başlamışdır.  

Dənizlərin istifadə sahələrindən biri, çirklilik  əmələ gətirən deşarjlar üçün bir alıcı 

mühit olaraq istifadə edilməsidir. Bu çirklənmə dəniz sahilindəki məskunlaşma yerləri 

və sənayelərdən birbaşa ötürülə bildiyi kimi, axar sular, yağış suları və hava çirkliliyi 

ilə də daha uzaq bölgələrə daşıma yoluyla yarana bilər. Bununla yanaşı, neft və neft 

məhsullarının geniş bir şəkildə çıxarılıb istifadə edilməsi, istifadə nəticəsində edilən 

deşarjlar, dəniz daşıması və qəzalar dənizlərin çirklənməsində əhəmiyyətli rol 

oynayır.  

Dəniz çirklənməsi insan tərəfindən birbaşa və ya bilavasitə olaraq dəniz ətrafına 

buraxılan maddə (tullantılar daxil) və enerji mənasını verməkdədir. Dənizdəki bioloji 

həyatın məhsuldarlığı və davamlılığı suda oksigen, istilik miqdarı və su istiliyinə 

bağlıdır. Bu üç fiziki qismi təyin edən ən kritik qisim isə səthin ilk millimetrləridir. 

Bu bölgənin əhəmiyyətini bu şəkildə açıqlaya bilərik:  

www.behruzmelikov.com




Sudaki oksigenin böyük hissəsi birbaşa atmosferdən gəlir. Atmosferdəki oksigen 

miqdarının sudaki oksigendən daha çox olması səbəbi ilə yavaş-yavaş atmosferdəki 

oksigen dəniz suyu içində həll edilir və axıntılar vasitəsilə dənizin müxtəlif 

dərinliklərinə yayılır. Bu atmosfer ilə dəniz arasındakı oksigen mübadiləsi isə dəniz 

səthində reallaşır. Sudakı qida zəncirinin ən alt təbəqəsi olan zooplanktonlar və 

fitoplanktonlar fotosintez ilə qidalanır. Fotosintez üçün ən lazımlı elementlərdən biri 

isə günəş işığıdır. Dənizə düşən günəş işığının önünə nə qədər az baryer çıxarsa, 

günəş işığı o qədər dərinə enə bilər. Yəni dəniz səthi nə qədər aydın və təmiz olsa, 

günəş işığı da o qədər dərin bölgəyə çata bilər.  

Dəniz suyu istiliyi də ekotarazlıq baxımından çox əhəmiyyətli bir ünsürdür. Dəniz 

suyu istiliyini həm günəş işığından, həm də atmosferdən alır. Atmosferlə təmas edən 

dəniz səthi atmosferin istiliyini özünə çəkir. Bu istilik mübadiləsinin miqdarı isə dəniz 

səthinin ilk millimetrlərindəki təmizliyə bağlıdır. Dənizlərdəki çirklənmə ən çox dəniz 

səthində müşahidə olunur. Yuxarıda açıqlanan səbəblərlə bu bölgədə görülən 

həddindən artıq çox çirklənmə dənizlərin soyuma tutumunu zəiflətməkdə və beləliklə 

də hava və günəş ilə təmas etməyən dənizdə ekotarazlıq pozulmaqdadır.  

Beləcə dənizlərin gələcəkdəki potensialı itirilməkdədir. Bunların nəticəsi olaraq, həyat 

qaynaqları və balıqçılıq kimi dəniz fəaliyyətləri zərər görməkdə, insan sağlamlığı 

təhlükə altına düşməkdə, istifadə edilən dəniz suyunun keyfiyyəti pozulmaqda və 

dəniz canlı növləri azalmaqdadır. 



DƏNİZLƏRDƏ ÇİRKLƏNMƏNİN MƏNBƏLƏRİ: 

 

Dəniz sahilləri boyunca qurulmuş məskunlaşma mərkəzləri və sənaye təsisatları 



 

Dənizlərdə qurulmuş platforma və boru xəttləri  

 

Məişət tullantıları- zibillər, arıdılmadan axar sulara, dənizlərə tökülən 



kanalizasiya və çirkab suları 

 

Sənaye tullantıları- kimyəvi çirklədicilər, pestisidler, zəhərli qaz tullantıları, 



tozlar vs. 

 

Elektrik istehsalı məqsədiylə qurulan nüvə stansiyaları 



 

Limanlar və balıqçı sığınacaqları 

 

Eroziya 


 

Neftdən qaynaqlanan çirklənmələr 

 

Gəmilər vasitəsilə daşınan balast sularında olan xarici sulara aid canlılar və 



kimyəvi çirklədicilər 

 

Sənədsiz və qeyri-qanuni sahələrdən qum çəkilməsi 



 

Qəzalar 


www.behruzmelikov.com


 

Həddindən artıq və şüursuzca ovlanma 

 

"GMO"- Genetik strukturları dəyişdirilən yabanı növlər (yosun, 



fito/zooplankton vs.) 

 

İ



stehsal fermaları 

 

Atmosfer qaynaqlı çirklənmələr- toz, turşu yağışları, tüstü, hava nəqliyyat 



vasitəsilərinin tullantıları vs. 

GƏMİLƏRDƏN MEYDANA GƏLƏN ÇİRKLƏNMƏLƏR: 

 

Neft məhsulları 



 

Radyoaktiv maddələr 

 

Kütlə halında daşınan zəhərli mayelər 



 

Paket halında və ya daşına bilən tanklarda, yük konteynerlərində, vaqonlarda 

daşınan zərərli maddələr 

 

Gəmilərin balast və tank yuma suları 



 

Gəmi qaynaqlı məişət tullantı suları 

 

Gəmilərin zibilləri 



 

Limanlarda yükləmə, boşaltma və təmizlik əməliyyatları  



 

QƏZA NƏTİCƏSİNDƏ MEYDANA GƏLƏN DƏNİZ ÇİRKLƏNMƏSİ:  

Dənizlərdə gəmilərlə aparılan nəqliyyat və yük daşınması dəniz qəzalarının meydana 

gəlməsinə səbəb olur. Xüsusən də dəniz və dəniz canlıları üçün təhlükə yarada biləcək 

yükləri daşıyan gəmilərin qəzaya uğraması geniş və təsirli çirklənməyə yol açır. 

Dəniz çirklənməsinə səbəb olan ən əhəmiyyətli maddələrdən biri də maye yanacaqdır. 

Dənizlərə maye yanacaq əsasən gəmilərdəki qaçaqlardan axır. Bu qaçaqlar az 

miqdarda olduqları üçün ümumiyyətlə ekosistemdə çox ciddi bir problemə gətirib 

çıxarmır. Hələ çox yaxşı bilinməyən bir bakteriya tərəfindən bu az miqdardakı neft 

zərərsiz hala gətirilə bilər. Əsl problem dəniz qəzaları nəticəsində böyük miqdarda 

dənizə tökülən yanacaqdan qaynaqlanır. Bu qəzaların ən məşhuru 24 Mart 1989-cu 

ildə Alyaskada  Prince William Soundda meydana gələn “Exxon Valdez” qəzasıdır. 

Bu qəzada 45 milyon litr (250 min vedrə) xam neft dənizə tökülmüş və bu neft 

axıntısı 3000 km uzunluğunda bir sahil xəttini dəniz istiqamətində 800 km məsafəyə 

qədər təsiri altına almışdır. İlk bir neçə ayda 90 müxtəlif cinsə aid 40000-ə yaxın 

dəniz quşu, minlərlə dəniz məməlisi və nəsli təhlükədə olan bir qartal cinsinin 

yüzlərləsi məhv olmuşdur. Bütün bunlarla yanaşı ABŞ-a məxsus balıq fermalarına, 

sərbəst balıqçıların ovladıqları balıq cinslərinə, bölgənin iqtisadiyyatına və turistik 

bölgələrinə də ziyan vurmuşdur. 

www.behruzmelikov.com



Böyük miqdarda yanacağın dənizə tökülməsindəki ən böyük problem sahillərdə 

müşahidə olunur. Sahil səthini örtən neft qum və daşlarda yaşayan midi kimi dəniz 

canlılarının oksigen qəbulunu mümkünsüzləşdirdiyi üçün toplu ölümlərə səbəb olur, 

dəniz səthini qalın bir təbəqə şəklində örtən neft dənizlə atmosfer arasındakı oksigen 

mübadiləsinə maneə törətdiyi üçün dəniz ekosistemində problemlərə yol açır və 

toksin xüsusiyyətinə görə toplu balıq ölümlərinə gətirib çıxarır. Yüksək miqdarda neft 

qəbul edən balıqlar özləri ölməsə belə, qida zəncirindəki bir üst canlı- dəniz 

məməliləri, dəniz quşları və ya insanlar tərəfindən yeyildikdə, həmin canlıda da 

zəhərlənməyə, hətta ölümə belə səbəb ola bilir. 

Bu normal gündəlik dəniz çirklənmələri ilə yanaşı, anormal dəniz çirklənmələrinə də 

rast gəlirik. Məsələn, İraqın Küveyti işğalından sonra meydana gələn dəniz 

çirklənməsi ətraf mühitin çirklənməsi baxımından ən qorxuncu hesab olunur. 

Mütəxəssislər bunu "ətraf mühit terrorizmi" adlandırdılar. Xam neftin dənizə 

axıdılması, 750-dən çox neft quyusunun və neftayırma zavodlarının yandırılması, 

kimyəvi-biyoloji silah anbarlarının bombalanması bu dəniz və mühit çirklənməsinin 

başlıca səbəbləri arasındadır. Bu böyük faciənin təsirləri hələ tam olaraq ortaya 

çıxmadığı halda, dəymiş zərərlərin ilk təsirləri hisli yağış formasında İran 

torpaqlarında və Türkiyənin cənub və cənub-şərq bölgələrində özünü göstərmişdir. 

12 Aprel 1991-ci ildə İtalyanın Genuya limanından tökülən bir milyon barel neft 

Aralıq dənizində meydana gələn ən böyük çirklənmə sayılır. Bu çirklənmənin 

təsirindən Aralıq dənizində müxtəlif balıq növlərinin nəsilləri təhlükə altındadır. 

Yuxarıda sadalanan çirklənmə səbəbləri su ekosistemi- fauna və floranın içində yer 

alan canlı və cansız sistemlər arasındakı kompleks və həssas tarazlığa təsir göstərir. 

Bu tarazlıq nəticəsində ekosistemin maddələr mübadiləsi, enerji  axını və populyasiya 

nəzarəti təmin edilməkdədir. Çirklənmələr bu ekoloji tarazlığa zərər yetirir. Bioloqlar 

çirklənməni izləyir, "bioloji indikatorlar"dan istifadə edirlər. Çirklədicilərin canlılar 

üzərindəki təsirini subletal və letal səviyyədə araşdırmaq lazımdır. 

Neft, pestisit və ağır metal kimi kimyəvi çirkləndiricilərin dəniz canlılarında yaratdığı 

toksik, akut, xroniki və birbaşa təsirlərilə yanaşı, dolayı yollarla fizioloji təsirləri də 

mövcuddur. Bu cür çirkləndiricilər canlıların yumurta, sürfələrinə və gənc fərdlərinə 

daha çox təsir göstərirlər. Fizioloji təsirləri belə sıralaya bilərik- planktonlarda 

hüceyrə bölünməsinin gecikməsi və maneə törədilməsi, qabıqlılarda bəslənmə 

vərdişlərinin dəyişməsi, balıqlarda anormal yumurtlama və yumurtlama dövrlərinin 

dəyişməsi, xərçəng şişlərinin meydana gəlməsi vs. 

 

www.behruzmelikov.com




DƏNİZLƏRDƏ ÇİRKLƏNMƏNİN QARŞISINI ALMAQ ÜÇÜN TƏKLİFLƏR: 

 

Endemik və nəsli tükənməkdə olan növlər təsbit edilərək yaşayış məskənləri 



(habitatları) qoruma altına alınmalıdır 

 

Bioloji müxtəlifliyi təhdid edən risk faktorları ilə bioloji indikatorlar təyin 



olunmalıdır 

 

Dəniz çirklənməsi ilə mübarizə ilə əlaqədar nazirlik, ictimai orqan və peşə 



təşkilatları tərəfindən təcili müdaxilə və master proqramları hazırlanmalıdır 

 

Su hövzələrinə qeyri-qanuni inşaat tikintilərinin qarşısı alınmalıdır 



 

Dənizlərdə və boğazlarda gəmilərin və digər dəniz və daxili nəqliyyat 

vasitəsilərinin çirkli balast sularını boşalda biləcəyi sahələrin yaradılmasına 

sürət verilməlidir 

 

Daxili sulardakı çirklənmənin qarşısını almaq üçün təmizləmə sistemlərinin 



sayı artırılmalıdır 

 

Dəniz canlıları suyu süzərək qidalandıqları və ya süzərək qidalanan canlılarla 



qidalandıqları üçün çirklənmə faktorları- zəhərli   kimyəvilər, ağır metallar, 

kanserojenler vs. bu canlıların vücudlarında   toplanır. Bu daxili sulardan və 

dənizlərdən əldə edilən canlılardakı  çirklənmə hədləri davamlı olaraq izlənməli 

və bu hədlərin beynəlxalq standardları aşması halında, ixracatçı və istehlakçılar 

xəbərdar edilməlidir 

 

Dəniz nəqliyyat vasitələrinin hərəkətinin müasir səviyyədə planlaşdırılması və 



bələdçilik xidmətlərinin keyfiyyətinin yüksəldilməsi dəniz qəzalarının sayını 

minimuma endirəcək 

 

Dənizlərdən keçən gəmilərin beynəlxalq standartlara uyğunluğuna nəzarət 



edilməlidir 

 

Dəniz qəzaları üçün təcili müdaxilə birlikləri və planı hazırlanmalıdır 



 

Bütün gəmilərin ətrafa verə biləcəkləri təbii, tarixi, mədəni və iqtisadi zərərlərin 

aradan qaldırılması və kompensasiyası ilə bağlı bu gəmilərə qanuni 

tənzimləmələr nəzərdən keçirilməlidir 

 

Çirklənmənin qarşısının alınması üçün milli və beynəlxalq səviyyədə bir çox 



qanunun olmasına baxmayaraq, bu qanunların tətbiq edilməsində çətinlik 

çəkilir. Səlahiyyət və məsuliyyət tək bir təşkilata verilməlidir 



 

QƏZA NƏTİCƏSİNDƏ MEYDANA GƏLƏN ÇİRKLƏNMƏ VƏ 

ZƏRƏRLƏRƏ QARŞI ALINACAQ TƏDBİRLƏR: 

 

www.behruzmelikov.com




 

Qəzanın şəkli və müdaxilə qabiliyyətini müəyyənləşdirmək və alınacaq 

tədbirlərə qərar vermək üçün ən yüksək riskə məruz qalanları təsbit etmək 

 

Dənizə tökülən maddənin xüsusiyyəti və müxtəlif ekoloji şəraitlərdəki təsir 



xüsusiyyətlərini təsbit etmək 

 

Dənizə tökülən maddələrin hərəkətlərini təsbit edə bilmək üçün dənizdəki külək 



və axıntılara dair məlumatları əldə etmək 

 

Vəsait və heyətin yerləşdirilməsi üçün strategiya təyin etmək 



 

Dənizdə toplanacaq neft və digər vəsaitlərin müvəqqəti yığılacağı sahələri təsbit 

etmək 

 

Müdaxilə əməliyyatında istifadə ediləcək texnikaların seçimini etmək 



 

DƏNİZLƏRDƏ ÇİRKLƏNMƏ İLƏ BAĞLI SƏNƏD: 

Dünya dənizlərinin və buna bağlı olaraq sahil sahələrinin qarşı-qarşıya olduğu mühit 

çirklənməsinə, dənizlər və dəniz canlı qaynaqlarının qorunmasına istiqamətlənmiş 

1900-cü illərdən bu yana qlobal və regional səviyyədə çox sayda beynəlxalq müqavilə 

bağlanmışdır. 1992-ci ildə Rio da Janeiroda reallaşdırılan BM Ətraf Mühit və İnkişaf 

Konfransında qəbul edilən "Gündəm 21" adlı sənədin 17-ci maddəsi “okeanların, 

qapalı və yarıqapalı dənizlər də daxil olmaqla bütün dənizlərin və sahil sahələrinin, 

buradakı canlı qaynaqlarının qorunması, ağıllı istifadəsi və inkişaf etdirilməsi” 

başlığını daşımaqdadır. Bu sənəd, qlobal səviyyədə nail olunmuş bir siyasi iradə 

uyğunlaşmasını göstərən ən aktual sənəd olması səbəbiylə dənizlərin qorunması 

baxımından xüsusi bir əhəmiyyət daşıyır. 

 

XƏZƏR DƏNİZİNİN ÇİRKLƏNMƏSİ 

Xəzərə, Kür və Araz çaylarına, Azərbaycanın başqa göl və çaylarına hər gün 

1.100.000 m3 çirkli su axıdılır. Hesablamalara görə, təkcə 1987-ci ildə Xəzərə 13.000 

ton neft məhsulu, 746 ton dəmir, 6.611 ton yağ, 938 ton sintetik maddə, 186 ton fenol, 

2.000 ton digər zəhərli maddələr vs. axıdılmışdır. Təkcə "Azərbaycan  Neft-Kimya 

Dövlət İstehsalat Birliyi" Bakı körfəzinə gündə  78.000 m3 çirkli su buraxır. Çirkli 

suyun hər litrinin tərkibində 35-150 milliqram neft məhsulu var. Bu isə sudakı neft 

məhsulu nisbətinin normaldan  700- 3000  dəfə çox olması deməkdir.1988-ci ildə 

Xəzər dənizində 24.000 hektardan daha böyük üzən bir neft ləkəsi təsbit edilmişdir.  

Azərbaycanda hər il ortalama olaraq 13 milyon ton neft çıxarılır. Bunun  9.5 milyon 

tonu dənizdəki neft yataqlarının payına düşür. Primitiv metodlarla çıxarılan neftin bir 

hissəsi Xəzərə axıdılır.  

www.behruzmelikov.com




Rusiya Federasiyası, Qazaxıstan  və  Türkmənistan  da bu baxımdan Azərbaycandan 

heç də geri qalmır. Bura tökülən Volga, Kür və Araz çaylarının dəniz 

çirklənməsindəki payı da olduqca böyükdür. 

Hazırda Xəzər dənizi ölür, bataqlığa və  ölü dənizə çevrilir. Dənizin çirklənməsi 

sadəcə ekoloji şüursuzluq deyil, cahillik, mənəviyyatsızlıq və ekoloji düşüncənin 

çirklənməsidir.  

Çernobil və Aral kimi, Xəzər dənizi də ekoloji fəlakət zonası elan edilməli və onu 

qurtarma istiqamətində ciddi elmi proqramlar həyata keçirilməlidir. 



 

 

www.behruzmelikov.com



Yüklə 51,68 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə