MühaziRƏ 1 Mülkü müdafiənin əsasları, qüvvə və vasitələri


MÜHAZİRƏ 2 Fövqəladə hallar və onların xarakteristikası



Yüklə 4,5 Mb.
səhifə5/78
tarix29.03.2023
ölçüsü4,5 Mb.
#103596
1   2   3   4   5   6   7   8   9   ...   78
mülki müdafiə

MÜHAZİRƏ 2
Fövqəladə hallar və onların xarakteristikası.
Təbii xarakterli FH.
FH – qəzalar, texnogen, təbii və ya digər fəlakətlər, habelə müasir qırgın vasitələri işlədilməsi nəticəsində müəyyən ərazidə insan tələfatına, xeyli maddi itkilərə, ətraf mühitə zərər dəyməsinə səbəb olan, yaxud ola biləcək və əhalinin normal həyat fəaliyyətini pozan hadisələrdir
FH qiymətlənirilməsinə eyni cür yanaşmaq və onlara qarşı tədbirlər görmək məqsədilə FH tiplərinə, növlərinə, miqyasına, nəticələrinin ağırlığına və s. əlamətlərinə görə təsnif edilir.
Əgər ehtimal olunan bütün FH küll halında götürsək , onda onları ilk növbədə münaqişəli və münaqişəsiz hadisələrə ayirmaq olar.
Münaqişəli hadisələrə - toqquşmalar, ekstremist siyasi mübarizə, sosial partlayışlar, milli və dini münaqişələr, terrorizm, tuğyan edən cinayətkarlıq və s bu kimi hadisələri aid edilir.
Münaqişəsiz FH – 3 əsas əlamətinə görə səciyyələnir:
- yaranma mühitinə görə  fövqəladə halın əmələgəlmə xü­su­siyyətlərini təyin edir;
- inzibati mənsubiyyətinə görə  xalq təsərrüfatının hər hansı bir sahəsində baş verən fövqəladə hal;
- ehtimal olunan fəsadların miqyasına görə  burada əsas əhə­miyyət daşıyan hadisələrin miqyası, dəymiş ziyan və nə­ti­cə­lərin ləğv edilməsinə cəlb olunan qüvvə və vasitələrin miqdarıdır.
Münaqişəsiz FH yaranma mühitinə görə FH təbii, texnogen və ekoloji olur (sxemə bax ).
Təsir daiRƏDinə görə (miqyasına) və nəticələrinin ağırlığına görə

  • lokal (qismi) – hadisələr iş yerindən, iş sahəsindən, mənzildən kənara yayılmır,

  • obyekt miqyaslı – sənaye obyektində, bina və ya qurğu hüdudlarında məhdudlaşır,

  • yerli – hadisələr ancaq yaşayış məntəqəsinin, yalnız bir şəhərin və ya kənd təsərrüfatı müəssisəsinin ərazisində özünü göstərir,

  • regional FH – bir neçə sənaye və ya kənd təsərrüfatı rayonlarını, bütövlükdə şəhəri və onun ətrafını əhatə edir,

  • milli – respublikanın xeyli ərazisini əhatə edən, lakin dövlətin inzibati sərhədlərindən kənara çıxmayan hadisələrdir

  • qlobal xarakterli FH – bir ölkənin ərazisində məhdudlaşmır və qonşu dövlətlərin də ərazisinə yayılır.

Təsir dairəsindən əlavə FH baş verən insan tələfatının miqdarına, zədələnmiş (yəni koçürülməyə ehtiyacı olan) əhalinin sayına, habelə dəymiş zərərin miqyasına görə də təsnif edilir.
FH onların yaranmasına səbəb olmuş konkret proses və hadisələrin xarakterinə görə təsnif edilməsi vacib əhəmiyyətə malikdir. Bu ümumiləşdirilmiş əlamət üzrə FH-lar: texnogen, təbii, ekoloji və sosial-siyasi mənşəli hadisələr kimi təsnif edilir. Azərbaycan respublikası ərazisində bütün bu 4 növ FH baş verə bilər.
FH zamanı ilk növbədə ümumi itkilər və ziyan müəyyən edilir ki, bu da dərhal müvafiq tədbir görmək və zərər çəkmiş rayona kənardan yardım göstərmək barədə qərar qəbul etmək üçün vacibdir.
Müxtəlif ağırlıq kateqoriyasına (dərəcəsinə) aid FH müxtəlif cür sosial-psixoloji əks-səda doğurur.
Birinci dərəcəli –ağır FH demək olar ki, xüsusi narahatlıq doğurmur, onlardan bəziləri, məsələn, iri şəhərlərin küçələrindən axan qısa müddətli leysan suları hətta maraqlı bir epizod kimi qəbul edilir.
İkinci dərəcəli –xüsusən ağır FH əhalinin əksəriyyətində bəd hadisə hesab edilməklə narahatlıq, əsəbilik və s. kimi pis əhval ruhiyyə yaradır.
Üçüncü dərəcəli-katastrofik FH isə sözün əsl mənasında fəlakətdir; belə hadisələr sosial psixoloji vəziyyəti xeyli dərəcədə dəyişən köçkünlər axını yarada bilər.
Dördüncü dərəcəli-böhranlı FH ümumi ümidsizlik yaradır və həyat dəyərləri haqqında təsəvvürlərin prinsipal surətdə dəyişməsinə, sosial çaxnaşmalara səbəb ola bilər.
Beşinci dərəcəli-əvəzolunmaz itkili FH-salamat qalmış insanların (köşkünlərin) yadında onların həyatını pozmuş hadisə olaraq həmişə qalır.
Sosial zərəri, adətən, FH ocağında həlak olanların, yaralıların və zərər çəkənlərin (ev-eşiyini itirənlərin və başqalarının) sayı ilə ölçürlər. İnsanların həlak olması və şikəst olması (iş qabiliyyətini itirməsi) nəticəsində yaranan itkiləri pul formasında müxtəlif üsullarla qiymətləndirmək mümkündür: əlil olmuş şəxsin təminatının dəyəri ilə; işçinin itirilməsi nəticəsində gəlirin azalması ilə; peşə üzrə risk üçün görülən lazımi tədbirlərin dəyərinə görə və s.
Əlverişsiz və təhlükəli hadisələrin dolayı sosial zərərini müəyyən edərkən bu zərərin etnik-mədəni zərər və psixoloji zərər olmaqla iki tərkib hissəsini də nəzərə almaq lazımdır. Etnik-mədəni zərər yalnız sadəcə insanların məhv olmasından ibarət deyil, bu həm də etnosun (müəyyən bir xalqın) məhv olmasıdır.
Təbii fəlakət sosial-psixoloji vəziyyət kəskinləşən dövrdə baş verdikdə, bərpa olunma zəyifləyir, uzun sürür, fövqəladə hadisə mürəkkəb xarakter kəsb edir və onun nəticələrinin ağırlıq dərəcəsi artır. Müasir dövrdəki belə hallara misal olaraq Cernobıl radioaktiv çirklənmə zonasının, 1980-ci illərin güclü quraqlıqları nəticəsində Şimali Afrikada geniş ərazilərin bərbad olmasını və boşalmasını göstərmək mümkündür.
Təbii fəlakətlər zamanı baş verən itkilər barədə dərc olunan məlumatlar yalnız birbaşa itkiləri xarakterizə edir. Dolayı iqtisadi itkilər isə birbaşa itkilərə nisbətən: yüngül və ərzaq sənaye sahəsinin xırda müəssisələri dağılarkən 30-50%; komunikasiyalar dağılarkən 103-104%, energetika müəssisələri dağılarkən isə 105% təşkil edir. İnzibati rayon və ya vilayət miqyaslı fəlakətə məruz qaldıqda orada dolayı itkilər birbaşa itkilərdən 3-4 dəfə artıq ola bilər. Cernobıl fəlakətinin vurduğu dolayı zərər birbaşa zərərdən 20-25 dəfə artıqdır. Əsas əlamətlərinə görə FH təsnifatı aşağıdakı cəsvəldə verilmişdir.

Təsir daiRƏDinə görə

Həlak olanların sayına görə

Zərərçəkən əhalinin sayına görə

Zərərin qiymətinə görə

FH növləri

Əhatə etdiyi ərazi

FH-in dərəcəsi

Həlak olanların
sayı (nəfər)

Təhlükə potensialının kımiyyıtinə görə FH-in xarakteri

Təhlükə altında olan adamların sayı (min nəfər)

Zərərin həcminə görə FH-ın xarakteri

1985-ci ilin qiymətləri üzrə dəymiş zərərin həcmi (mln man)

Lokal (qismi FH)

Iş yerinin, mənzilin hüdudları daxilində

Yüngül (əhəmiyyətsiz)

Tələfat olmur

əhəmiyyətsiz dərəcədə

0.1-ə qədər

əhəmiyyətsiz

0.1-ə dək

Obyekt səciyyəli

Sənaye obyektlarinin, qurğunun hüdudları daxilində

Orta agırlıqlı

10-a qədər

Orta dərərcəli təhlükəli

0.1-dən 1.0-ə qədər

Orta dərəcədə

0.1-dən 1.0-ə qədər

ağır

10-dan 100-ə qədər

Təhlükəli

1.0-dən 10.0-a qədər

böyük

1.0-dən 500.0-ə dək

Yerli FH

Yaşayış məntəqəsi, ayrıca bir şəhər, k/t obyekti hüdudları daxilində

Çox ağır

100.0-dən 1000.0-ə dək

Çox ağır

10.0-dan 125.2-ə qədər

Çox böyük

500.0-dən 10000.0-dək

Regional FH

Şəhər, şəhərətrafı ərazi, bir neçə sınaye və k/t rayonu hüdudları daxilində

katastrofik

1000.0-dən 25000.0-dək

Milli fəlakət

125.0-dən 500.0-ə qədər

Böhran qabağı xarakterli

10000.0-dən 100000.0-dək

Milli FH

Respublika ərazisinin xeyli hissəsində

böhranlı

25000.0-dən 1000000-a qədər

Milli müsibət

500-dən 20000-ə qədər

böhranlı

100000.0-dən 1000000-a dək

Global FH

Qonşu ölkələrin ərazisində yayılan

əvəz olunmaz

1000000-dan artıq

Sivilizasiya üçün təhlükə

20000.0-dən artıq

Bərpa olunmaz

1000000.0-dan artıq


Yüklə 4,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə