MühaziRƏ 1 Mülkü müdafiənin əsasları, qüvvə və vasitələri



Yüklə 4,5 Mb.
səhifə11/78
tarix29.03.2023
ölçüsü4,5 Mb.
#103596
1   ...   7   8   9   10   11   12   13   14   ...   78
mülki müdafiə

Bioloji xarakterli FH
Epidemiya, epizootiya, epifitotiya kəskin yoluxuca xəstəliklərin insanlar arasında sürətlə və geniş yayılmasınaepidemiya, heyvanlar arasında yayılmasına epizootiya, bitkilər arasında yayılmasına isə epifitotiya deyilir.yoluxucu xastəlikləri törədən mikroblardır. Mikroblar bu kimi növləri ayırd edilir: bakteriyalar, viruslar, rikteriyalar və göbələkciklər. Infeksion xəstəlikləri törədən mikroblar aşağıdakı xüsusiyyətlərə malikdirlər:
- Xəstə adamdan sağlam adama keçməklə insanlar arasında geniş yayılmaq və kütləvi yoluxmalar törədmək, gizli inkişaf dövrünə malik olmaq;
- xəstəliyin aşkar edilməsi və diaqnostikası prosesinin çətin olması və xeyli vaxt tələb etməsi.
İn­fek­sion xəstəliklərin 6 yoluxma mexanizmi mövcuddur:
1) qida (dizenteriya, qarın yatalağı);
2) su (vəba, qarın yatalağı və s.);
3) hava-damcı (meningit, qızılca, qrip və s.);
4) hava-toz (sətəlcəm, tetanoz);
5) məişət-münasibət əlaqəsi (qrip, Sibir xorası);
6) canlı ötürücülərlə (bit  yatalaq, gənə – ensafalit və s.).
Bundan əlavə müəyyən yoluxmuş əşyalara toxunarkən də yoluxma baş verə bilər.
Epizootiya – rayonda və ya ölkədə, bəzən isə bütün qitədə heyvanlar arasında xəstəliyingeniş yayılmasına deyilir.
Epifitotiya- bitki xəstəliklərinin yayılmasından ibarətdir və əsasən bu xəstəliklərlə səciyyəvidir: dınli bitkilərin pas xəstəliyi, çəltiyin göbələkcik xəstəliyi və s.
Torf və meşə yanğınları

Torf  faydalı qazıntı olub, ondan istehsalatda, kənd təsər­rü­fatında yanacaq, gübrə, istilikqoruyucu material istehsa­lında is­ti­fadə edilir. Torf bataqlıq şəraitində bitki qalıqlarının yığılması nə­ticəsində yaranır, tərkibində 50-60 % karbon var. Dünyada olan torf ehtiyatları 500 milyard ton təşkil edir ki, bunun da 186 mi­l­yardı Rusiya ərazisindədir.


Torf yan­ğın­la­rı­nın xarakterik xüsusiyyəti  çoxlu miq­darda tüs­tünün ya­ran­ma­sı­dır ki, bu da ərazinin hislənməsinə gə­tirib çı­xa­rır. Torf öz-özünə alışmaya meylli olub 50 dərəcədən yüksək temperaturda alışır. Yay vaxtı orta iqlim qurşağında yer səthinin temperaturu 52-54 dərəcəni ötür. Bundan başqa torf yanğınlarının ya­ranmasına meşə yanğınları da səbəb ola bilər. Bu cür hallarda alov torf qatlarına ağac gövdəsi vasitəsilə yayılır. Alışma tədricən baş verir. Yıxılmış ağacların kökləri alışır ki, onun uzandığı də­rin­lik boyu torf da tədricən alışır. Torf küləyin istiqamətindən asılı ol­­mayaraq bütün istiqamət­lərdə, hətta zəif yağış və qar yağdıqda da alışa bilər.
Torf yanğınları böyük sahələri əhatə edir və söndürülməsi çə­­tindir. Bu, xüsusən, torfun bütün qatlarının alışmasında baş ve­rir. Yer­altı torf yanğınlarının söndürülməsi üçün yanan torf əra­zi­sin­də ayırıcı qanovlar qazılır. Qanovların eni 0,71 m, dərinliyi mi­­neral süxurlara və ya qrunt sularına çatanadək olur.

Yüklə 4,5 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə