MühaziRƏ 1 Mülkü müdafiənin əsasları, qüvvə və vasitələri



Yüklə 4,5 Mb.
səhifə19/78
tarix29.03.2023
ölçüsü4,5 Mb.
#103596
1   ...   15   16   17   18   19   20   21   22   ...   78
mülki müdafiə

Elektromaqnit impulsu – nüvə partlayışlarından istiqa­mət­­­lə­nən elektromaqnit sahəsinə elektromaqnit impulsu deyilir. Nüvə partlayışı anında külli miqdarda qam­ma-kvantlar və neytronlar yayılır. Partlayışın qamma-kvantı ət­raf mühitin atomları ilə qar­şı­lıqlı təsirdə müsbət yüklü zəif ion­lar və cəld elektronlar əmələ gə­tirir ki, bunlar da yeni qamma-kvant­ların törəmələri istiqamətində hərəkət edir. Nəticədə, ətraf mü­hitdə sərbəst elek­trik cərəyanı və yüklü sahə əmə­lə gəlir. Öz növbəsində cəld elek­tronlar mühitdə ionlaşaraq, müsbət yüklənmiş ionlar və zəif elek­tron­lar yaradır və bu mü­hit elektrikkeçirici olur. Elektrik sahəsinin təsiri altında, yaran­mış cəld elektronların zəif elektronlara qarşı hə­rəkətə baş­la­ma­sın­dan elektronlarda cərəyankeçiricilik yaranır. Elektromaqnit impul­su radioelektron cihazlara və elektrotexniki avadanlıqlara (kabel və rabitə sistemi xətlərinə, idarəedilən cihaz­la­ra, elektrik təc­hi­za­tı­na və digər qəbuledicilərə) məhvedici təsir göstərir. Bu cihazlarla iş­ləyən insanların təhlükəsizliyi üçün tədbir görülməyibsə, elek­tro­maqnit impulsu yüksək gərginliklə insanları zədələyə bilər. Elektromaqnit impulsundan mühafizə vasitəsi kimi qoruyucu av­to­mat tərtibatlarından istifadə edilir.
Nüvə zədələnmə ocağı (NZO) o əraziyə deyilir ki, orada nü­və partlayışının zədələyici amillərinin təsiri nəticə­sində külli miq­darda insan, heyvan və bitki tələfatı olsun, bina və qurğular da­­­ğılsın, yanğınlar baş versin və yer radioaktiv maddələrlə zəhər­lən­sin. Nüvə zədələnmə ocağı qarışıq zədələn­mələr ocağıdır: bu­ra­da eyni zamanda dağıntılar, yanğın­lar və radioaktiv zəhər­lən­mə ocaqları əmələ gələ bilər. Dağıntı­ların xarakterinə görə belə sa­hə­lər 4 növə ayrılır: tam dağıntı zonası, güclü dağıntı zonası, or­ta da­ğın­tı zonası və zəif dağıntı zonası.
1. Nüvə partlayışı mərkəzinə ən yaxın sahələrə tam dağıntı zo­­nası deyilir. Bu sahənin hüdudları daxilində zərbə dalğasının yaratdığı izafi təzyiq 50 kPa-dan artıq olur. Burada istehsalat və yaşayış binaları tamamilə dağılır, partlayış mərkəzinin lap ya­xın­lı­ğın­da isə sığınacaqların bir qismi uçulur. Küçələrdə başdan-başa uçqunlar əmələ gəlir və sığınacaqların giriş yolları uçqunlarla tu­tu­lur.
2. İzafi təzyiqin təsirinə 50 kPa-dan 30 kPa-dək məruz qal­mış sahələr güclü dağıntı zonası adlandırılır. Buradakı bina və qur­ğular, əsasən, dağılır, sığınacaqlar və yeraltı kommunal-enerji şəbəkələrinin əksəriyyəti salamat qalır.
3. İzafi təzyiqin təsirinə 30 kPa-dan 20 kPa-dək məruz qal­mış sahələr orta dərəcəli dağıntı zonası adlandırılır. Bu zonanın hü­­dud­ları daxilindəki binalar orta dərəcədə dağılır, yeraltı sığına­caq və şəbəkələr salamat qalır. Küçələrin müxtəlif yerlərində uç­qun­lar yarana bilər.
4. İzafi təzyiqin təsirinə 20 kPa-dan 10 kPa-dək məruz qal­mış sahələr zəif dağıntı zonası adlandırılır. Bu zaman binanın ikin­ci dərəcəli elementləri, yəni qapı və pəncərələri, artırmaları və da­xili arakəsmələri dağılır, küçələrdə tək-tək uçqunlar yaranır.



Yüklə 4,5 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə