MühaziRƏ 1 Mülkü müdafiənin əsasları, qüvvə və vasitələri


Ərazinin radioaktiv zəhərlənməsi



Yüklə 4,5 Mb.
səhifə18/78
tarix29.03.2023
ölçüsü4,5 Mb.
#103596
1   ...   14   15   16   17   18   19   20   21   ...   78
mülki müdafiə

Ərazinin radioaktiv zəhərlənməsi nüvə partlayışının digər məhve­di­ci faktorlarından fərqli olaraq, insanları və ərazini uzun müddətdə öz təsiri altında saxlayır. Radioaktiv çirklənmənin mühüm xüsusiy­yət­lərindən biri odur ki, onun nə iyini, nə də dadını duymaq ol­mur. Onu ancaq xüsusi cihazların köməyi ilə təyin etmək mümkündür.
Radioaktiv çirklənmənin əsas mənbəyi – nüvə partlayışı­nın bölünən hissələridir. Nüvə bölünməsi prosesində böyük miqdarda müxtəlif maddələrin mürəkkəb qarışığı əmələ gəlir. Bu qarışıqlar Mendeleyev dövri sisteminin orta hissəsində yerləşən 35 kimyəvi ele­mentin 200 izotopunu özündə birləşdirir. Radioaktiv çirklən­mə­nin mənbəyini bölünən nüvə hissəcikləri və radioaktiv enerji təş­­kil edir.
Nüvə partlayışı zamanı çoxlu radioaktiv maddələr yaranır və bu maddələr yerə çökərək ərazinin zəhərlənməsinə səbəb olur. Nü­­­və partlayışı baş verəndən sonrakı anlarda radioaktiv zər­rə­cik­lər odlu kürənin tərkibində olur. Odlu kürə buxara və tüstüyə bü­rü­nərək hündürə qalxır və bir neçə saniyədən sonra topa buludlara çevrilir. Hündürə qalxan hava axınları yerdən toz - torpağı göyə qaldırır və onları radioaktiv buludla birlikdə aparır. Yuxarı qalxan toz-torpaq radioaktivləşir. İri toz buludlarının bir hissəsi bila­va­sitə partlayış rayonunda yerə çökür, qalan hissəcikləri isə buludun tərkibində qalıb hava axınları vasitəsi ilə partlayış mərkəzindən yüzlərlə km. məsafələrə aparılır (şəkil ).

Şəkil Ərazinin radioaktiv zəhərlənmə sxemi

Partlayış rayonundakı radioaktiv cirklənmənin əsas mənbəyi nuvə reaksiyası nəticəsində yaranan və yer səthinin uzərindəki ak­tiv­ləşdirilmiş elementlər olan (alüminium – 28, manqan – 56, nat­ri­um – 24, dəmir – 59) radionuklidlərdir. Radionuklidlər partlayış zo­na­­sından çıxan neytronların təsiri nəticəsində yaranır. Düzən əra­zi­­də istiqamətini və sürətini dəyişməyən külək zamanı, həmçinin ra­dioaktiv çirklənmə zonasını proqnozlaşdırarkən radioaktiv bu­lu­dun izi ellips formasında olur. Çirklənmə zonası 4 ərazi üzrə bölü­nür:


 orta yoluxma zonası;
 güclü yoluxma zonası;
 təhlükəli yoluxma zonası;
 çox təhlükəli yoluxma zonası.
Radioaktiv zəhərlənmənin dərəcəsi ilk növbədə partlayışın gücündən və növündən asılıdır. Bundan əlavə partlayışdan sonra ke­çən müddətdən, partlayış mərkəzinə qədər olan məsafədən, me­te­oroloji şəraitdən, küləyin istiqamətindən və yerin relyefindən ası­lı olur.
Yerin radioaktiv çirklənməsi radiasiya səviyyəsi ilə xarak­te­ri­zə olunur və R-saatla ölçülür. Radiasiya səviyyəsi – insanın hə­min ərazidə bir saat qaldığı müddət ərzində aldığı şüalanma doza­sı­nı göstərir. Radiasiya səviyyəsi 0,5R-saat və ondan çox olan əra­zi­lər zəhərlənmiş sayılır.
Yerin radioaktiv zəhərlənməsinin xarakterik xüsusiyyəti - radioaktiv maddələrin təbii surətdə parçalanması nəticəsində ra­dia­siyanın səviyyəsinin aşağı düşməsidir. Radiasiya səviyyəsi za­man keçdikcə dəfələrlə azalır.
Radioaktiv çirklənmədən mühafizə olunmaq üçün sığına­caq­lardan və radiasiya əleyhinə daldalanacaqlardan, həmçinin fər­di mühafizə vasitələrindən istifadə etmək lazımdır. Bədənin sət­hi­ni radioaktiv çirklənmədən adi paltarlarla da mühafizə etmək müm­kündür.
Təhlükəsiz radiasiya dozaları:
- sülh dövründə təhlükəli obyektlərdə işləyənlər bir il ər­zin­də 5R (həmin obyektlərin yaxınlığında yaşayanlar bir il ərzində 0,5 R);
- müharibə dövründə bir dəfəlik doza 4 gün ərzində 50 R, çox­dəfəlik dozalar: bir ay ərzində 100 R, üç ay ərzində 200 R, bir il ərzində 300 R təşkil edilir.

Yüklə 4,5 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə