Dilçiliyin obyekti,predmeti və vəzifələri



Yüklə 63,25 Kb.
səhifə1/25
tarix02.06.2023
ölçüsü63,25 Kb.
#115072
  1   2   3   4   5   6   7   8   9   ...   25
DİLÇİLİYƏ GİRİŞ CAVABLARI.


1.Dilçiliyin obyekti,predmeti və vəzifələri.
Latın dilində obyekt-əşya,predmet deməkdir.Predmet isə üzərində iş icra edilən
məs,tikinti,cinayət obyekti və .s deməkdir.Dilçilik elminin obyekti insanın nitq
fəaliyyətinin nəticəsi olan danışıqdır.Nitq bir sıra elmlərin obyekti ola
bilər.Məntiq,psixologiya,loqopediya və s. Bunlarən hər biri insan nitqindən öz
predmetini seçir.Dilçilik isə insan nitqindən dil qanunlarını
öyrənir.Beləliklə,dilçiliyin obyekti insan nitqi,predmeti isə dildir.Dilçilik diı dil
haqqında elm olduğundan,onun birinci vəzifəsi dil üzərində tədqiqat
aparmaqdır.Lakin Prof. Qolovin dilçiliyin vəzifələrini 9 bənddə müəyyənləşdirib.
1. Dilin təbiəti və mahiyyəti
2. Dilin quruluşu və qanunları
3. Dilin sistemin öyrənilməsi
4. Dilin ümumi qanunları əsasında dialekt və ədəbi normaların öyrənilməsi
5. Yazının əmələ gəlməsi və inkişafı
6. Dillərin qrammatik tipi
7. Dilçiliyin öz obyektinə,predmetinə yanaşma üsulları və metodları
8. Dilçilik və məktəbləri,təcrübi dilçilik məsələləri
9. Dilçiliyin başqa elm sahələri ilə əlaqəsi

2.Dilçiliyin sahə və şöbələri
Dilçiliyin sahələrinin meydana gəlməsi onun yeni sahələrinin yaranmasını
şərtləndirir.Dilçilyin sahələrini 2 parametr əsasında müəyyənləşdirmək olar:1)
Əhatəsinə,miqyasına görə- a)ümumi d.
b)xüsusi d.
2)Təqiqatın xarakterinə görə-a) nəzəri d.
b) tətbiqi d.
Dilçiliyin şöbələri isə:
1) Dil strukturunu öyrənən şöbələr.Bura fonetika,leksikologiya,morfologiya və
sintaksis aiddir
2)Dilçiliyin ümumi şöbələri.a)Dialektologiya
b)üslubiyyat
c) dil tarixi
Bu şöbələrin ümumi vahidi yoxdur.Ona görə də onlar dilin bütün quruluş
elemetlərini öyrənir.Məs,dialektologiya həm dialektal leksikanı,həm dialektal
fonetikanı,diaıektal morfologiyanı,həm də dialektal sintaktik sistemi öyrənir.
3.Dilin funksiyaları
Ünsiyyət bir şəxsdən başqa bir şəxsə hər hansı məlumatın verilməsidir.Dil də
ünsiyyət aləti kimi çıxış edərək Kommunikativ funksiya yerinə yetirir.O ünsiyyət
vasitəsi kimi həm bir şəxs danışarkən(monoloji),həm də iki və ya çox adam
danışarkən(dialoji) nitq kimi çıxış edir.Dil ünsiyyət vasitəsi kimi ümumidir və 2
sosial funksiya yetinə yetirir:a) İnteqrasiyaedici-dünya miqyaslı
b) Differensiyaedici-hər hansı millətin,xalqın ana dili
Koqnitiv funksiya-Ünsiyyətin məzmununu çatdırmaq və saxlamağın ifadə vasitəsi
vəzifəsini yerinə yetirir.Koqnitiv funksiya yalnız ayrı-ayrı şəxslərin ünsiyyətində
təzahür etmir,o xalqın dil təcrübəsində üzə çıxır,sonrakə nəsillər üçün cəmiyyət və
təbiət,dil və təfəkkür haqında ən müxtəlif biliklərin saxlanmasını təmin
edir.Məs,xış kərənti vəs. əşyalar daha istifadə edilməsə də,onları bildirən sözlər
Az. Dilinin mətnlərində saxlanılır.Bundan əlavə dilin
ekspressiv,nominativ,emotiv,idraki kimi əsas funksiyaları var
4.Dil ictimai hadisə kimi
Dil tarixi şəraitdən asılıdır,lakin irqdən qətiyyən asılı deyil.Dilin ictimailiyi onun
sosial differensiyasında ,sosial əvə ərazi dialektləeinin olmasında təzahür edir.Dil
ümumixalq mahiyyətlidir.İctimai təzahür kimi dilin müstəqilliyi dövlət dilinin və
insanların -dil əsasında birləşmiş qrupların üst-üstə düşməsində özünü
göstərir.Məs,iki və daha çox dövlət dili olan dövlətlər də var(Kanada -ingilis-
fransız)Dövlət dili əasas olduğundan,orada əlavə dil danışlan zaman vəziyyət
çətinləşir.Məs,Meksikada 3 milyondan çox hindu.Dövlət dili ispan olmasına
baxmayaraq,onlar astek,mayya,atomi dillərində danışırlar.
5.Dil və təfəkkür.
Dil fikir mübadiləsi və onların sonrakı nəsillər üçün saxlama aləti olaraq milli
mədəniyyət forması kimi bilavasitə şüur və təfəkkürlə bağlıdır.Təfəkkür düşünmək
və mühakimə etmək ,nəticə çıxarmaq və qitmət vermək bacarığı kimi
obrazlı,texnik və məntiqi də ola bilər.Dil bütün təfəkkür növlərinin vasitəsi və
alətidir.O,ilk növbədə lüğət tərkibi ilə şüuru maddiləşdirir və ifadə edir.Sözlər
əşyalar və anlayışlar aləminə yönəlmişdir.Sözlər əşyaları adlandırır və bilikləri ifadə edir.
6.Sepir-Uorf nəzəriyyəsi
Sepir-Uorf nəzəriyyəsi ilk növbədə dillərin müxtəlifliyi ilə bu və ya digər xalqların
təfəkkürünün xarakteri arasında əlaqənin olub olmaması haqqında suala cavab
verməyə səy göstərir.Eduard Sepir dilin müəyyən təcrübə ilə,yəni təfəkkürümüzün
məzmunu ilə əlaqəsini izah edirdi.Onun fikrincə,bu zaman insanın düşünmə
təcrübəsi,onun daxili aləmi gerçəklikdən asılı olmur.Dillər müxtəlif olduğu üçün-
insan təcrübəsi isə dildən asılıdır.Gerçəklik özü də müxtəlif dillərdə insanlara
müxtəlif şəkildə görünməlidir.Li Uorfda eyni tərzdə mühakimə edirdi.Uorfa
görə,təfəkkür hər hansı dilin qrammatikasının vir hissəsidir və müvafiq olaraq
müxtəlif xalqlarda fərqlənir.Etnoqrafların çoxsaylı müşahidələri göstərir ki,bir çox
xalqlarda həqiqətən hər hansı iqlim şəraiti və ya məşğuliyyətlə bağlı leksika
yaranır.
7.Dil və nitq fəaliyyəti
Dil termini həm dilin nizamını,quruluşunu,həm ədəbi normanı,həm də fərdi nitqi
bildirir.Nitqi dilə qarşı qoyaraq ,nitq termini isə həm nitq bacarığı,həm nitq
aktı,həm nitqin nəticəsi mətn və hətta nitq fəaliyyətinin özü-dil qabiliyyəti və nitq
davranışını bildirir.Nitq fəaliyyəti dialoq kimi həmsöhbətlər arasında əlaqə
yaradılmasını nəzərdə tutur.Dildən istifadə etmək üçün onu bilmək lazımdır.Bu isə
təlim və tərbiyə,həmçinim nitq fəaliyyəti prosesində başqalarının nitqinin
müşahidə edilməsi nəticəsində mümkün olur.Dilin mənimsənilməsi və onun
istifadə edilməsi seçimə əsaslanır.Dil vahidləri,modelləri ümumixalq leksikasını
dəyişmə və birləşmə qaydalarını bilmək zəruridir.Beləliklə nitü fəaliyyəti dilin
danışan tərəfindən aktiv şəkildə istifadə edilməsidir.
8.Dillərin mənşəyi haqqında nəzəriyyələr.
Dilin meydana gəlməsi amilləri arasında insan orqanizminin evolyasiyası ilə və ilk
insan sürüsünün cəmiyyətə çevriıməsi ilə bağlı amillər olmuşdur.Buna görə də
dilin mənşəyi haqqında çoxsaylı fikirləri 2 əsas qrupa ayırırlar.
1)Bioloji nəzəriyyələr; 2)Sosial nəzəriyyələr
Bioloji nəzəriyyələr dilin mənşəyini insan orqanizminin-hiss orqanları,nitq aparatı
və beynin evolyusiyası ilə izah edilir.Bioloji nəzəriyyələr arasında səs təqlidi və
nida nəzəriyyələri daha çox məhşurdur.
Səs təqıidi nəzəriyyəsinə əsasən,dil heyvan səslərini təqlid etmə nəticəsində
yaranmışdır.
Nida(və ya refleks) nəzəriyyəsi isə dilin mənşəyini insanın keçirdiyi hiss həyəcanla izah edir.
Sosial müqavilə və iş nəzəriyyəsinə əsasən,dil insanların şüurlu kəşfidir və onun
əsasını belə fikir təşkil edir ki, insanların birgə heyvan ovlaması,vəi heyvanlara
qarşı birgə pusqu qurması və s nəticəsində əvvəlcə mənasız səslər
çıxarmışdır.Sonra bu ssəslər anlayışlara çevrilmişdir.

Yüklə 63,25 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə