Dilçiliyin obyekti,predmeti və vəzifələri


Dil və digər ünsiyyət vasitələri



Yüklə 63,25 Kb.
səhifə3/25
tarix02.06.2023
ölçüsü63,25 Kb.
#115072
1   2   3   4   5   6   7   8   9   ...   25
DİLÇİLİYƏ GİRİŞ CAVABLARI.

12. Dil və digər ünsiyyət vasitələri
Səsli dil ilə yanaşı, insanlar qədim zamanlardan bəri ünsiyyətin digər səsli vasitələrindən də istifadə etmişlər, məsələn, fit dili, təbil dili. Sivilizasiyalı xalqlarda onların dillərinin kodlaşdırılması üçün əlavə ünsiyyət vasitələri, fikri çatdırma vasitələri mövcuddur. Bu əlavə dillər səsli və yazılı olur. Əlavə səsli dillərə siqnallar, zənglər, texniki ünsiyyət vasitələri olan telefon, videotelefon, radio və s. aiddir. Əlavə yazılı vasitələrə aiddir: 1)yardımçı dillər – daktilologiya, nöqtə əlifbası 2)xüsusi siqnalizasiya sistemləri – teleqraf əlifbası(Morze), yol işarələri və s. 3)elmi simvolika, məsələn: q-bərabərlik
13. Diqlossiya və bilinqvizm
Diqlossiya eyni bir dilin iki və ya üç variantının qarşılıqlı şəkildə fəaliyyətidir, dil daşıyıcısının nitq fəaliyyəti baxımından bu, sinonimiya və nitqin üslubiyyatı məsələləridir. Bilinqvizim isə iki və ya üç dilin eyni bir dil kollektivində, eyni bir cəmiyyətdə qarşılıqlı şəkildə fəaliyyətidir. Əlbəttə, bilinqvizm sosial təzahür kimi və bilinqvizm danışan və ya yazanın nitq fəaliyyəti faktı kimi fərqləndirilməlidir. Sosial bilinqvizm xalqların və onların dillərinin tarixində dil kontaktlarıdır.
14. Dilin inkişafının zahiri qanunları
Dilin inkişafının zahiri qanunları onun funksiyaları və strukturunun dildən asılı olmayan səbəblərdən dəyişməsi qanunudur. Onlara cəmiyyətin iqtisadi və sosial quruluşunun dəyişməsini, müharibələri, onların köç etməsini aid etmək olar. Tarixi inkişafın zahiri qanunları ilk növbədə dilin zahiri strukturunu, məsələn, ədəbi-yazılı və xalq dilinin qarşılıqlı münasibətlərini dəyişdirir.
15. Dilin inkişafının daxili qanunları
Dilin inkişafının daxili qanunları dilin daxili strukturunun tarixi dəyişmələridir, dil vahidlərinin və kateqoriyalarının daxili dəyişmələridir. Dil vahidləri və kateqoriyalarının inkişafının spesifik qanunauyğunluqları dilin daxili inkişaf qanunları adlanır. Məsələn, flektiv dillərin, o cümlədən, rus dilinin daxili qanunlarından biri sözün tərkibinin sadələşməsi, sıxılmasıdır. Indi колесо sadə söz kimi görünsə də tarixən коло və -ес- cəm şəkilçisindən ibarət olmuşdur.

Yüklə 63,25 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə