Dilçiliyin obyekti,predmeti və vəzifələri


Nitq səslərinin akustikası



Yüklə 63,25 Kb.
səhifə6/25
tarix02.06.2023
ölçüsü63,25 Kb.
#115072
1   2   3   4   5   6   7   8   9   ...   25
DİLÇİLİYƏ GİRİŞ CAVABLARI.

21.Nitq səslərinin akustikası.
Nitqin akustikası tərəddüd hərəkətlərinin növləri və tembr haqqında, eləcə də səsin yüksəkliyi, intensivliyi və davamlılığı haqqında təlimə, nitq səslərinin akustik əlamətlərə görə təsnifatına əsaslanır.
Tərəddüd hərəkətlərinin xarakterindən asılı olaraq səslər musiqili (onları tonlar adlandırırlar) və musiqisiz (onları küylər adlandırırlar) olmaqla iki yerə ayrılır. Ton səslənən cismin, məsələn, səs tellərinin müntəzəm (ritmik) tərəddüdləri nəticəsində yaranır. Küy səslənən cismin, məsələn, dodaqların qeyri müntəzəm tərəddüdləri nəticəsində yaranır. Saitlər və cingiltili samitlər küy və səsdən, kar samitlər isə yalnız küylərdən ibarət olur.
Nitq səsləri bir-birindən yüksəkliyi, gücü və sürəkliliyi ilə, eləcə də tembri ilə fərqlənir. Səsin yüksəkliyi vahid zamanda tərəddüdlərin sayı ilə təyin edilir. [o] ve [u] saitləri üçün yüksəklik 400 herse, [a] saiti üçün isə 800 herse bərabərdir. Nitqdə səsin yüksəkliyi səs tellərinin uzunluğu və tarımlığından asılı olur. Nitq səslərinin xarakteristikası üçün nisbi yüksəklik mühümdür. Daha yüksək səslərin daha qısa dalğası olur, ona görə də onlar daha güclü olurlar.
Nitq səsi akustik cəhətdən mürəkkəbdir, çünki özündə təkcə əsas tonları deyil. Həm də rezonator tonlarini chtiva edir. Bu ondan asılıdır ki, cisim bütövlükdə və bir hissəsilə tərəddüd edə bilər. Rezonans (frans. rezonance «əks-səda») ondan ibarətdir ki, səslənə bilən cisim (onu rezonator adlandırırlar) səs dalğasını qəbul edərkən səslənməyə başlayır. Yumşaq və yaş divarli rezonatorlar (ona nitq aparati aid edilir) öz tonları ilə tam üst-üsto düşmayən tezlikloro asanlıqla rezonans yaradırlar, həm də onların öz tərəddüdləri yavaş-yavaş zəifləyir. Bu akustik fizioloji xüsusiyyətlor nitqin akustikasında, xüsusilə tembrin təyin edilməsində çox böyük əhəmiyyətə malikdir.


22.Nitq aparatı.
Nitq aparatı insan orqanizminin səsli nitqi yaratmaq və qəbul etmək üçün uyğunlaşmış orqanlarıdır.
Geniş mənada nitq aparatı mərkəzi sinir sistemi, səsləri qəbul etmək və səs yaradılmasını korreksiya etmək üçün zəruri olan eşitmə (və görmə) orqanları və nitq səslərini yaratmaq üçün zəruri olan nitq orqanlarını əhatə edir. Fizioloji baxımdan nitq insanın mərkəzi sinir sisteminin funksiyalarından biridir. Bir tərəfdən sinir sistemi nitq səslərinin yaranmasına səbəb olur, digər tərəfdən isə, o, xaricdən nitq səslərinin qabul edilməsində və onların dərk edilməsində iştirak edir.
Nitq orqanları (və ya dar mənada nitq aparati) nəfəs orqanları, qırtlaq və qırtlaqüstü boşluqlardan ibarətdir. Nəfəs orqanlarına ağciyər, bronxlar və traxeya (nəfəs borusu) daxildir. Ağciyər və bronxlar nitq səsini yaradan tələffüz aparatı organlarinin tərəddüdünə səbəb olan hava axınının mənbəyi və ötürücüsüdür. Nəfəsalma öz-özlüyündə qeyri-ixtiyaridir.
Nitq səslarinin əmələ gəlməsi üçün səs tellərinin üç vəziyyəti – səs növünün üç forması mühümdür.
Nitq səslərinin əmələ gəlməsində ağız boşluğu mühüm rol oynayır: burada müxtəlif küylər və tembr yaradılması üçün mühüm olan rezonator tonları əmələ gəlir.
Səslərin tələffüz edilməsindəki roluna görə nitq orqanları aktiv və passiv orqanlara bölünür. Aktiv orqanlar mütəhərrikdirlər, onlar hava axınının keçməsi və ona maneələr yaradılması üçün müxtəlif hərələtlər edə bilərlər. Passiv orqanlar mütəhərrik deyillər, onların yerləşdiyi yerlərdə aktiv orqanlar kipləşmə və ya nov yaradırlar. Aktiv orqanlara səs telləri, dil, dodaqlar, yumşaq damaq, dilçək, əsnəyin arxa kürəkciyi (farinks), eləcə də bütün alt çənə, dil və onun ön hissəsi daxildir. Passiv orqanlara dişlər, alveollar, sərt damaq və bütün üst çənə daxildir.



Yüklə 63,25 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə