Dilçiliyin obyekti,predmeti və vəzifələri



Yüklə 63,25 Kb.
səhifə14/25
tarix02.06.2023
ölçüsü63,25 Kb.
#115072
1   ...   10   11   12   13   14   15   16   17   ...   25
DİLÇİLİYƏ GİRİŞ CAVABLARI.

41.Leksem anlayışı.Söz və ya leksem terminləri çox hallarda eyni bir dil faktını bildirirlər.məsələn ev həm söz həm də leksemdir.ilə görə və.s sözdür lakin leksem deyildir. İnsan insana dostdur cümləsində 3 söz 2 leksem vardır . Beləliklə söz termini köməkçi söz və söz forması bildirdikdə leksem terminindən fərqənir. Leksem termini törəmə adlar da bildirə bilər. Məsələn dəmir yolu. Leksem dilin fonetik və qrammatik xassələri ilə sıx bağlıdır. O sözün leksik mənası ilə səs cildinin vəhdəti kimi çıxış edir. Leksik söz və ya leksem əsas sözdür. O əşyalara işarə edir və onların haqqında anlayış bildirir. O cümlə üzvü kimi çıxış edə və cümlə yarada bilər. Məsələn yaxşı! Sözlərin morfoloji və sintaktik xassələri leksikologiya yalnız müəyyən dərəcəyə qədər öyrənir ,çünki söz leksem kimi leksemin və söz formasının vəhdəti olan söz forması kimi çıxış edərək dilin qrammatik quruluşu ilə bağlıdır. Kitab sadəcə leksem deyildir həm də ismin tək formasının adlıq halıdır. Sözün forması leksik mənanı saxlayaraq müxtəlif qrammatik mənalar ifadə edir. Kitaba,kitabdan və.s. Sözün formaları sadə və törəmə olduğu kimi ,nominativ vahidlər də sadə yəni sintetik və törəmə (analitik) olur.məsələn Qara dəniz.
42Leksik məna. Mənanın tipləri.Leksem mənanın və səs formasının vəhdətidir. Məsələn ağac səs forması bitki ağac haqqında təsəvvür yaradır. Buna görə də leksemi çox vaxt səslənmənin və mənanın vəhdəti olan işarə kimi təyin edirlər. Leksik məna onun əşyəvi anlayışının məzmunudur. Lakin bu xassə morfem və söz formasın da da vardır. Bundan başqa sözün və fonetik sözün leksik mənasının xassələri çox müxtəlifdir. Sözün leksik mənası onun səs tərkibi ilə müəyyənləşmir.öz özlüyündə nitq səsləri heç nı bildirmir. Əks halda nə omonimlər nə də sinonimlər olardı.
43Sözün daxili forması.sözün leksik mənasının onun sözdüzəldici və semantik strukturu ilə motivlənməsi sözün daxili forması adlanır.Məsəıən çəkməçi və ağarmaq sözləri öz daxili formalarını saxlayır. Çəkməçi isminin sözdüzəltmə strukturu göstərir ki bu söz çəkmə ilə sıx bağlı şəxs bildirir çi şəxs bildirən sözlər yaradır. Daxili forma əşya və anlayışın yalnız bir əlamətini göstərdiyindən eyni bir əşya eyni bir anlayış bir neçə ada malik olur. Sinonimlər belə yaranır müxtəlif dillərin çox zaman fərqli daxili forması olan sözləri belə yaranır. Sözün daxili forması və onun leksik mənası üst üstə düşməyə bilər buna görə də müxtəlif motivlənməli sözlərin sinonim yaxınlığı digər tərəfdən isə eyni daxili formalı müxtəlif leksemlər yarana bilər. Sözdə daxili forma onun yaranması anında olur. Tarixi inkişaf prosesində semantik sadələşmə baş verir və bunun nəticəsində daxili formasını itirmiş motivləşməyən sözlər meydana çıxır.Daxili formanın itirilməsi sözün morfem quruluşunun dəyişməsi ilə onun fonetik və semantik dəyişiklikləri ilə bağlıdır.
Sözün unudulmuş daxili forması yeni sözlərin yaranmasında yenidən bərpa oluna bilər .bu xüsusi olaraq adqoyma zamanı olur.Məsələn Azərbaycan adları Aygün,elsevər,yunan adları Aleksandr, Anatoli , latın adları Viktor və.s.

Yüklə 63,25 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə