Dilçiliyin obyekti,predmeti və vəzifələri


əsas 4 növ əlifbadan hal hazırda istifadə olunur. Latın 30%,slavyan kiril 10% ərəb10% hind20%, əlifbalarını əhatə edən hərf səs yazısından istifadə olunur



Yüklə 63,25 Kb.
səhifə12/25
tarix02.06.2023
ölçüsü63,25 Kb.
#115072
1   ...   8   9   10   11   12   13   14   15   ...   25
DİLÇİLİYƏ GİRİŞ CAVABLARI.

38.əsas 4 növ əlifbadan hal hazırda istifadə olunur. Latın 30%,slavyan kiril 10% ərəb10% hind20%, əlifbalarını əhatə edən hərf səs yazısından istifadə olunur. Əlifba hər hansı fonoqrafik yazının hərflərinin məcmusudur.əlifba sözü özü yunan əlifbasındakı ilk iki hərfin alfa və betadan yaranmışdır. Hərf səs yazısı və əlifba yaratmaq cəhdləri bir çox xalqlarda ,xüsusi ilə Şərqi aralıq dənizi hövzəsi xalqlarında qeydə alınmışdır.lakin əlifbanın mənşəyi öz kökləri ilə Misir ,Finikiya , Yunanıstan kimi qədim ölkələrə gedib çıxır.
Yunan əlifbası. Yunanlar əvvəlcə konsonant yazısından istifadə edirdilər. Eramızdan əvvəl 7 -8 əsrlərdə vokal səs kitabələrinin olduğu qeydə alınmışdır. E.ə 403 cü ildə Afinada arxont Evklidin dövründə klassik yunan əlifbası yarandı. Bu əlifba 24 hərfdən ibarət idi. 17 samit 7 sait var idi.yunanların əlifba təşkilinə verdikləri töhvə hər şeydən əvvəl ondan ibarət idi ki onlar əlifbaya saitləri bildirən hərflər daxil etmişdilər.2 ci dəyişiklik isə yazının istiqaməti ilə bağlı idi. Yunanlar misirlilər və finikyalılar kimi sağdan sola yox soldan sağa yazmağa başladılar.yunan yazısının tərkibi sonralar papirus , və permanent kimi yumşaq materiallardan istifadə edilməsi sayəsində mümkün olmuş sürətli yazının inkişaf etməsi və diaktrik işarələrin yaranması ilə ellinizm (e.ə 4-1 əsrlər) Roma və Bizans dövrlərində daha da təkminləşmişdir.bizans dövründə hərflərin 2 yazılışı mayuskul yəni baş hərflər , minuskul yəni kiçik hərflər yazılışı müəyyənləşdi. Qərbi yunan yazısı əsasında latın əlifbası ,Şərqi yunan yazısı əsasında slavyan Kiril əlifbası ,eləcə də gürcü və erməni əlifbaları yarandı.
Latın əlifbası və latın əlifbası əsasında yaranan əlifbalar.
Latın Roma yazısının yaranmasında şimal qonşularının -etruskların və yunanların təsiri olmuşdur. Bu əlfibada 23 hər var idi . U və v,I və j hərflərinin müxtəlif cür yazılışı elə cə də hərflərin adı sətri yazılışı orta əsrlərdə yarandı .k və z hərflərin yalnız yunan mənşəli sözlərdə işlənirdi.
Kiril əlifbası.
Slavyan əlifbası 9 cu əsrin sonları 10 cu əsrin əvvəllərində yaranmışdır. Bu əlifba bizans əlifbasının 7 8 ci əsrlər yunan nizamnamə yazısının yaradıcı şəkildə işlənmiş variantıdır. Bu əlifbanın 43 hərfindən 19 u qədim slavyan dili səslərinin bildirilməsi üçün istifadə edilmişdir. Kiril əlifbası cənu və şərq slavyan larında yayılmışdır.keçmiş ssri də kiril əlifbasının 50 variantı yaradılmışdı . Bu əlifbalarda 33 rus hərfindən başqa 64 əlavə işarədən istifadə olunur.
39.orfoqrafiyanın əsas hissəsi nitq səslərinin sözlərin və morfemlərin tərkibində hərflərlə verilməsi qaydalarıdır. Bu qaydalar orfoqrafiya nın prinsiplərinə fonetik, morfoloji, tarixi ,ideoqrafik və alınma sözlər prinsiplərinə əsaslanır. Orfoqrafiya nın əsas prinsipləri fonetik və morfoloji prinsiplər hesab olunur.
Yazının fonetik prinsipi səsin qrafikası və orfoqrafiyasına istinad edir. Bu prinsipin mahiyyəti ondan ibarətdir ki sözlər tələffüz edildiyi kimi yazılır.bu prinsip geniş şəkildə belorus , serb xorvat və s dillərdə istifadə olunur. Azərbaycan orfoqrafiya sında əsasən fonetik prinsip tətbiq edilir. Məsələn əl qol su və.s sözlər bu prinsipə əsasən tələffüz edildiyi kimi yazılır.

Yüklə 63,25 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə