Dilçiliyin obyekti,predmeti və vəzifələri



Yüklə 63,25 Kb.
səhifə13/25
tarix02.06.2023
ölçüsü63,25 Kb.
#115072
1   ...   9   10   11   12   13   14   15   16   ...   25
DİLÇİLİYƏ GİRİŞ CAVABLARI.

Morfoloji prinsip. Bu prinsip eyni bir morfemin onun tələffüzündən asılı olmayaraq eyni şəkildə yazılmasını nəzərdə tutur. Rus orfoqrafiyasında дом,домик,мир, kimi sözlərin yazılışında əsasında morfoloji prinsip durur.çünki onlar eyni zamanda həm sözün tələffüzünü həm də onun morfem tərkibi ni əks etdirir. Azərbaycan dilində bir sıra sözlər və ya morfem lər morfoloji prinsipə əsasən yazılır. Məsələn.: kənd yazırıq kənt tələffüz edirik .və.s. Morfoloji prinsip yalnız motivləşmiş deyil həm də köklərin yazılışı üçün xarakterik olan motivləşməmiş orfoqranları əhatə edir.
Tarixi ənənəvi prinsip. Bu prinsip ondan ibarətdir ki sözlərin elə yazılışları saxlanılır ki onlar öz motivliyini itirmişdir. Azərbaycan dilində tarixi -ənənəvi prinsip əsasında yazılan sözlər az deyildir. Belə sözlər tələffüzə uyğun şəkildə yazılmır. Onların yazılışı ənənə ilə müəyyənləşdirilmişdir. Məsələn : papaq papağ,Rza İrza və.s

Orfoqrafiyanın ideoqrafik prinsipi digərlərindən onunla fərqlənir ki o oxşar yazılışların məna fərqliliklərinə əsaslanır .məsələn:kompaniya ,kampaniya. .
Orfoqrafiyada alınma sözlərin yazılışı prinsipi mövcuddur. Məsələn rus orfoqrafiyasında alınma sözlərin yazılışında (yot ) un xüsusi yazılış qaydası vardır. Sözün və hecanın əvvəlində э və o dan əvvəl j işarə edilir.
40.Transliterasiya. transliterasiya hərfi yazılışın bir dildən başaq dilə bir qrafikadan başqa qrafikaya köçürülməsidir.transliterasiya alınma və kalka edilmiş sözlərin yazılması ,xüsusi adların yazılması zamanı çox vacibdir. Şəxs adlarının transliteryasiyası çətinliyi ondadır ki həm yazılışa həm də tələffüzə görə transliterasiya etmək olar. Məsələn İngilis familiyası Shakespere qrafik baxımdan Azərbaycan dilində Şekspir yazılışına deyil Shəkespeare yazılışına uyğun gəlir.
Transkripsiya. Transkripsiya hərf yazısının xüsusi növüdür.o bu və ya digər dilin dialektin fərdi nitqin səslərinin düzgün verilməsi üçün tətbiq edilir. Transkripsiya termini özü latın dilində ki transkripto sözündən yaranmışdır.
Onun yaranmasının əsas səbəbi odur ki , müasir hərfi yazı səslənməsi yalnız bəzi hallarda orfoqrafiyanın fonetik prinsipi istifadə olunan zaman əks etdirir. Yazılışı və oxunuşu üst üstə düşmür. Fonetik transkripsiya işarələri müasir latın və kiril əlifbalarının hərfləri elə cə də əlavə hərflər və diakrtrik işarələri çıxış edir Fonetik transkripsiyanın başlıca qaydası ondan ibarətdir ki transkripsiya işarələri kimi qəbul edilmiş hərflər yalnız bir səs mənasına malik olur. Əlfibada kı hərflər müxtəlif səsləri bildirə bilər ,transkripsiya işarəsi isə bütün hallarda yalnız bir səsi bildirir.
Fonetik Transkripsiya ilə yanaşı fonematik transkripsiya da mövcuddur. Fonetik transkripsiya sözlərin və frazaların tələffüzünü bildirir sə ,fonematik transkripsiya onların fonem tərkibini göstərir. Məsələn ноле sözü fonetik transkripsiyada [пол'ь] kimi, fonematik transkripsiyada <пол'э>kimi yazılır. Fonetik transkripsiya kvadrat mötərizə ilə, fonematik transkripsiya isə sınıq mötərizə ilə verilir.

Yüklə 63,25 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə