Dilçiliyin obyekti,predmeti və vəzifələri



Yüklə 63,25 Kb.
səhifə21/25
tarix02.06.2023
ölçüsü63,25 Kb.
#115072
1   ...   17   18   19   20   21   22   23   24   25
DİLÇİLİYƏ GİRİŞ CAVABLARI.

111. Beynəlxalq süni dillər
Heç bir xalqın dilini kölgə altına almadan, dünya xalqlarının böyük əksəriyyətinin başa düşəcəyi bir dil yaratmaq ideyasını süni beynəlxalq dillərin yaranmasına gətirib çıxartmışdır.
Beynəlxalq süni dil yaradılmasına dair 500-dən artıq layihə mövcuddur.
Süni dilin yaradılması bir neçə istiqamətdə gedirdi.Onlardan məntiqi (fəlsəfi) və mövcud dillərin bazasında yaradılan süni dilləri xüsusi qeyd etmək lazımdır.
Fransız filosofu R. Dekart 1628 - cu ildə rasional ümumbəşəri unversial dil sxemini yaratdı. Alman filosofu Q.Leybnits mühakimələrin cəbri qaydalarını və anlayışların cəbri təsnifatını təklif etmişdir. Universal ünsiyyət vasitəsi yaradılmasının bu istiqaməti hal-hazırda mühəndis dilçiliyində və alqoritmik dillərin yaradılmasında davam etdirilir.
Süni beynəlxalq dilin mövcud dilin ( dillərin) sadələşdirilmiş variantı əsasında yaradılmasına Basic English ( British American Scientific İnternational Commercial) nümunə ola bilər. Bu dil sadələşdirilmiş ingilis dilidirdilidir, leksikonunda məişət və ticari məqsədlərlə istifadə olunan 850 söz vardır. Həmin dil 1932 - ci ildə Ç. Orgen tərəfindən yaradılmışdır. Sonralar fransız və alman dillərinin belə sadələşdirilmiş variantları yaradıldı.
112. Samitlərin əlavə artikulyasiya əlamətləri: labializasiya, palatalizasiya və velyarizasiya
Əlavə artikulyasiyalar labializasiya (labiallaşma), palatalizasiya (palatallaşma) və velyarizasiyadır (velyarlaşma). Labializasiya samitin elə tələffüz edilməsidir ki, bu zaman o, dodaq küyü ilə müşaiyət edilir. Labializasiya nitq axınında qonşu sait və samitlərin təsiri altında yaranır. Məsələn, rus dilində: сук [суук] ‘düyün (taxtada)’, смотр [сммотр] ‘baxış’. Bəzən dildə labiallaşan (dodaqlanan) və labiallaşmayan (dodaqlanmayan) samitin qarşı qoyulması baş verir. Məsələn, avar dilində: кар ‘yal (atda)’, квар ‘ip, kəndir’.
Əlavə artkulyasiyanın ən geniş yayılmış növü palatalizasiyadır. Palatalizasiya dilin kürəkciyinin sərt damağa doğru əlavə olaraq qalxmasıdır. Dodaq samitlərinin palatalizasiyası zamanı da dodaqlar sərt damağa doğru dartılır. Dilin arxa hissəsinin yumşaq damağa doğru hərəkəti əks əlavə artikulyasiyaya səbəb olur. Rus dilində palatallaşan və velyarlaşan samitlərin olması rus konsonantizminin xarakterik cəhətidir: мел ‘təbaşir’ – мель ‘say, dayaz yer’, лук ‘kaman’ – люк ‘lyuk, quyu ağzı’. Avropa dillərində [l] samiti nə palatallaşan, nə də velyarlaşan samitdir. Məsələn, fransız dilində [l]: les lilas blancs [le-li-’bla] ‘ağ yasəmənlər’.

Yüklə 63,25 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə