Dilçiliyin obyekti,predmeti və vəzifələri



Yüklə 63,25 Kb.
səhifə19/25
tarix02.06.2023
ölçüsü63,25 Kb.
#115072
1   ...   15   16   17   18   19   20   21   22   ...   25
DİLÇİLİYƏ GİRİŞ CAVABLARI.

108. Müqayisəli-tarixi metod
Müqayisəli-tarixi metod, vəzifəsi qohum dillərin müqayisəsi yolu ilə dilin tarixini izah edən elmi-tədqiqat üsulları sistemidir. Bu metod dilin inkişafının yazılı sistemidir. Bu metod dilin inkişafının yazılı abidələrə qədər olan dövrünü şərh edə biləcək yeganə vasitədir. Bu metod bir dilin faktlarını başqa bir dilin, ona qohum dilin faktları əsasında işiqlandıraraq dilin inkişafındakı qanunauyğunluqları açıb göstərir.
Müqayisəli-tarixi metodun əsasını alman alimi Frans Bopp 1816-cı ildə Frankfurt şəhərində çapdan çıxmış " Sanskrit dilinin təsrif sistemi yunan, latın, İran və alman dillərinin təsrif sistemi ilə müqayisədə " , Danimarka alimi Rasmus-Kristian Rask 1818 ildə Kopenhagendə çapdan çıxmış, " Şimal İsland dilinin mənşəyinə dair " , alman alimi Yakob Qrimm 1819 cu ildə Hettingen şəhərində birinci cildi çapdan çıxmış " Alman qrammatikası " , rus alimi A. X. Vostokov 1820 ci ildə Moskvada nəşr edilən "Slavyan dili haqqında mühazirələr" adlı əsərləri ilə qoymuşlar.

109.Sintaqmatik və paradiqmatik münasibətlər
Paradiqmatik münasibətlər dil vahidlərini qruplarda ,şöbələrdə kateqoriyalarda birləşdirən münasibətlərdir. Məsələn samitlər sistemi , hal sistemi, sinonim cərgəsi paradiqmatik münasibətlərə əsaslanır. Dildən istifadə edərkən paradiqmatik münasibətlər lazım olan vahidi seçməyə, eləcə də dildə olan sözlərlə analogiya üzrə sözlər və formalar yaratmağa imkan verir.
Sintaqmatik münasibətlər dil vahidlərini onların eyni zaman ardıcıllığında birləşdirir. Sözlər ( morfem və hecaların məcmusu kimi ) , söz birləşmələri və analitik adlar ,cümlələr ( cümlə üzvlərinin məcmusu kimi ) və mürəkkəb cümlələr sintaqmatik münasibətlər üzərində qurulur. Dildən istifadə edərkən sintaqmatik münasibətlər eyni zamanda dilin iki və daha artıq vahidindən istifadəyə imkan verir.
Sintaqmatika və paradiqmatikanın fərqini belə bir nümunə əsasında izah etmək olar. Dünyanı forması ( ismin təsirlik halında, tək formasında ) bir tərəfdən hafizəmizdə bu sözün digər formalarını ( dünyanın, dünyada, dünyaya və s ) və mənaca ona yaxın olan sözləri ( aləm ,cahan ) adlandırır. Sözün qeyd olunan formaları hallanma tipidir, mənaca yaxın isimlər isə leksik mənaların paradiqmatik münasibətlər üzərində qurulmuş sinonimik qrupdur.
Digər tərəfdən , dünyanı forması fellərlə, sifətlərlə və isimlərlə birləşə bilir:( dünyanı )görmək ( gəzmək, tutub durmaq və s) ,sirli ( qaranlıq ,işıqlı ,gözəl ) dünyanı, məhəbbət dünyasını. Göstərilən söz birləşmələrində özünü sintaqmatik münasibətlər üzərində qurulan formal və məna əlaqələri büruzə verir.

Yüklə 63,25 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə