Dilçiliyin obyekti,predmeti və vəzifələri


Affiksal morfemlərin növləri



Yüklə 63,25 Kb.
səhifə22/25
tarix02.06.2023
ölçüsü63,25 Kb.
#115072
1   ...   17   18   19   20   21   22   23   24   25
DİLÇİLİYƏ GİRİŞ CAVABLARI.

113. Affiksal morfemlərin növləri
Affiksal morfemlerin aşağıdakı növləri vardır:
Derivasion ( sözdüzəldici) morfem, sıfır morfem, birləşdirici morfem, müsbət morfem, mənfi morfem, seqment morfem, superseqment morfem ( prosadik morfem) suffeksal morfem, affiksal morfem və s.
Derivasion morfem --- sözə birləşərək yeni leksik məna yaradır. Dildeki sözdüzəldici şəkilçilər derivasion morfemlerdir. Məs: qaz-ma, sor-aq, kitab-xana, kamen-şik, maşın-ist və s.
Sıfır morfem---belə morfemler formal mənada sözün tərkibində iştirak etmir. Amma onu asanlıqla berpa etmək olur. Məs:çox vaxt 3-cü şəxsdə mübtəda ilə xəbər uzlaşmır. Yəni mübtəda cəmdə, xəbər isə təkdə işlənir. Buna baxmayaraq, xəbərdə iştirak etməyən (sıfır morfem) - lar, - lər morfemini fikrən nəzərdə tuturuq. Məs:onlar gəldi(lər), quşlar uçdu(lar) və s.
İkinci növ təyini söz birləşmələrinin birinci tərəfində də formal morfem iştirak etmir. Məs: məktəb(in) direktoru, dəniz(in) qırağı, alma(nın) ağacı və s. Buradakı yiyəlik halı müəyyən edən - in sıfır morfem kimi söz tərkibində iştirak etmir.
Birləşdirici morfem---Adından da göründüyü kimi, birləşdirici morfemlər iki müxtəlif morfemi bir leksik və ya qrammatik məna ətrafında birləşdirir. Məs:üz-bə-üz, qaz-o-provod, par-o-voz, dal-ba-dal, vur-ha-vur və s.
Müsbət və mənfi morfemlər. Dildə elə morfemlər vardır ki, müsbət, elələri də vardır ki, mənfi anlayış ifadə edir. Bu, daha çox derivasion xarakterli morfemlərə aiddir. Məs:İt-müsbət, siz-mənfi, dır-müsbət, deyil-mənfi, anlayış ifadə edən morfemlərdir.
Seqment morfem. Seqment morfemlər sözün quruluşuna daxil olan ünsür-morfemlərdirünsür-morfemlərdir. Seqment morfemlərlə yanaşı dilçilik ədəbiyyatında superseqment(sverxseqment) morfemlər haqqında da bəhs edilir əslində belə hallar sabit formalardan ifadə edilmədiyindən onları qeydsiz-şərtsiz morfem hesab etmək olmaz. Superseqment morfemlərə əslində prosodikanı aid edirlər. Nitqin superseqment cəhətləri, tonun yüksəlməsi, alçalması (melodiya), daha güclü və zəif vurğuların müəyyən məqsəd üçün işlədilməsi ( dinamika), nitqin bənzər sürətli, bəzən ləng ifadəsi (temp), sözlər və ifadələrarası fasilə ( pauza) superseqment morfemlər hesab edilir. Amma bunu formal - morfem hesab etmək olmaz. Ona görə də superseqment adı verilmişdir.
114.
Polisintetik termini də mənşəcə latın dilinə məxsusdur. İnkorporlaşma ilə paralel işlədilir. Polisintetik dillərdə söz ilə cümlənin sərhədi yoxdur. Yəni cümlələr daxilən sıralanır, sözlərin leksik funksiyası qrammatik funksiya ilə əvəz olunur. Ona görə də bu dillər polisintetik hesab olunur. Polisintetik dillərə Amerika hindularının dilləri, eləcə də çukot-koryak dilləri qrupu daxildir. Şimali Amerika hindularının dilindəki ninakakva sözünü polisintetizmə aid nümunə kimi göstərmək olar. Bu söz hərfən mən ət yemək mənasını bildirir. Burada ni mən, nakatatl (kök – naka) - ət, kva – yemək mənasını bildirən sözlərdir. Onlar bir vahiddə birləşib söz şəklində formalaşsa da əslində, cümlə kimi işlədilir.
Affiksal morfem dedikdə isə buraya həm prefikslər,həm infikslər , həm də suffikslər daxildir.

Yüklə 63,25 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə