Dilçiliyin obyekti,predmeti və vəzifələri



Yüklə 63,25 Kb.
səhifə18/25
tarix02.06.2023
ölçüsü63,25 Kb.
#115072
1   ...   14   15   16   17   18   19   20   21   ...   25
DİLÇİLİYƏ GİRİŞ CAVABLARI.

106.Fonetik proseslər
Nitq zəncirində səslərin öz görkəmini dəyişməsi fonetik (səs) proseslər adlanır. Fonetik proseslərə qonşu səslərin artikulyasiyasının başlanğıcı və sonunun qarşılıqlı təsiri səbəb olur. Buna görə də fonetik proseslər kombinator proseslərə və mövqe ilə bağlı proseslərə ayrılır.
Kombinator fonetik proseslər əsasən samitləri əhatə edir. Əsas kombinator proseslər assimilyasiya, dissimilyasiya və akkomodasiyadır. ( latın, assimilis "oxşar", dissimilis" ferqli , oxşar olmayan" accomod " uyğunlaşma" )
Akkomodasiya qonşu sait və samitlərin bir birinə qarşiliqli təsiridir .Məs:Rus dilində incə samitlərdən sonra saitlər on siraya meyilli olur və daha yüksək tələffüz olunur. люк-лук,сек-сок,qalın samitlərdən sonra sait arxa sıraya daha meyilli olur.сыгратъ
Diereza – Səslərin mürəkkəb birləşməsində onlardan birinin düşməsidir :цестный-цесный
Epenteza –Müəyyən birləşmələrdə onlara səs əlavə edilməsidir: Фиялка фиялкь
Mövqe ilə bağlı əsas fonetik proseslərə vurğusuz samitlərin reduksiyası , sait harmoniyası, cingiltili samitlərin sözün sonunda karlaşması , sözün əvvəlində səs artırılması və ya əksinə, səs düşməsi aiddir.
Vurgusuz saitlər reduksiyaya ugrayır. Reduksiya 2 cür olur: keyfiyyətcə və kəmiyyətcə .
Kəmiyyətcə reduksiya zamani vurgusuz saitlər davamlılıgiını itirərək oz tembrini saxlayır .Bu Ukrayna dili üçün xarakterikdir.
Keyfiyyətcə reduksiya zamani vurgusuz saitin nəinki davamliligi və gücü ,hətta tembri də dəyişir.Bu ,rus dili üçün xarakterikdir.
107.Konversiyanın əsas növləri
Semantik-qrammatik sözdüzəltmənin xüsusi növü bir nitq hissəsinin başqa hissəsinə keçməsidir. Bu hadisə konversiya adlanır. Konversiya zamanı sözün yaranması söz formasının, yəni onun paradiqmasının dəyişməsi yolu ilə baş verir: söz başqa nitq hissəsinə keçir və öz qrammatik və leksik mənasını dəyişir.
Konversiyanın əsas növləri substantivasiya, adyektivasiya və adverbializasiya, yəni başqa nitq hissələrinin formalarının bazasında isimlər, sifətlər və zərflərin yaranmasıdır.

Yüklə 63,25 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə