Dilçiliyin obyekti,predmeti və vəzifələri


Dilin diferensiasiyası və inteqrasiyası



Yüklə 63,25 Kb.
səhifə2/25
tarix02.06.2023
ölçüsü63,25 Kb.
#115072
1   2   3   4   5   6   7   8   9   ...   25
DİLÇİLİYƏ GİRİŞ CAVABLARI.

9.Dilin diferensiasiyası və inteqrasiyası
Dillərin və dialektlərin ayrılması və birləşməsi dilin inkişafının iki əsas prosesidir. Bu prosesləri xüsusi terminlərlə - diferensiasiya (divergensiya, ayrılma) və inteqrasiya (konvergensiya, uyğunlaşma) bildirirlər. Diferensiasiya zamanı dil daşıyıcılarının ərazi və sosial paylaşması baş verir və bunun nəticəsində qohum dillər və dialektlər yaranır. Inteqrasiya isə əksinə, elə tarixi prosesdir ki, bu prosesdə dillərin və dialektlərin birləşməsi baş verir. Diferensiasiya nəticəsində dillərin sayı çoxalır, inteqrasiya nəticəsində isə azalır. Diferensiasiya və inteqrasiya sosial dil prosesləridir, çünki dillərin ayrılması və yaxınlaşması iqtisadi, siyasi mədəni və s. səbəblərlə izah edilir.
10.Picin və kreol dilləri
Picin dillərin kollektiv şəkildə qədim daşıyıcıları olmayan və mənbə dilin strukturunun ciddi şəkildə sadələşdirilməsi yolu ilə inkişaf edən struktur-funksional tipidir. Belə dillər qarışıq əhali yaşayan ərazidə etnik qruplar arasında ünsiyyət vasitəsi kimi istifadə edilir. Picin dilin təbii tarixi inkişafının nəticəsi deyil, onun müntəzəm və kütləvi etnodil kontaktları şəraitində təkrar dəyişməsinin nəticəsidir, yəni genetik kateqoriya yox, areal-tipoloji kateqoriyadır. Dillərin əlliyə yaxın picin və picinləşmiş formaları qeydə alınmışdır. Onlar Cənub-Şərqi Asiyada, Afrikada, Okeaniyada və qismən də Amerikada yayılmışdır.
Kreol dilləri picinlərin əsasında formalaşməş və onların daşıyıcılarının müəyyən kollektivi üçün ana dilləri(ilkin dillər) olmuş dillərdir. Kreol dillərin fonoloji sistemi, bir qayda olaraq, mənbə dilin fonoloji sisteminin sadələşdirilməsi nəticəsində formalaşır. Kreol dilləri Afrika, Asiya, Amerika və Okeaniyada yayılmışdır.
11. Beynəlxalq, regional və süni dillər
Beynəlxalq dillər müxtəlif ölkələrin xalqları arasında rəsmi ünsiyyətin həyata keçirilməsi üçün istifadə olunan dillərdir. Hal-hazırda ingilis dili ən geniş yayılmış dildir.
Bir dilin bir neçə xalqı əhatə etdiyi halda həmin dilin milli variantları yaranır, həmçinin ədəbi-yazılı dilə çevrilmiş dilin bütün əhalini heç də tam əhatə etməməsi baş verir. Məsələn, meksikalılar xalq kimi ispanlarla yerli hinduların qarışığından yaranmışdır. Lakin indiyə qədər hindulardan 3mln-dan çoxu öz ana dillərində ( atstek, mayya, atomi və s.) danışır.
Heç bir xalqın dilini kölgə altında almadan, dünya xalqlarının böyük əksəriyyətinin başa düşəcəyi bir dil yaratmaq ideyası süni beynəlxalq dillərin yaranmasına gətirib çıxartmışdır. Süni dilin yaradılması bir neçə istiqamətdə gedirdi. Onlardan məntiqi (fəlsəfi) və mövcud dillərin bazasında yaradılan süni dilləri xüsusi qeyd etmək lazımdır. Bir neçə Avropa dili əsasında yaradılmış volyapük və esperanto süni dilləri daha geniş yayıldı.

Yüklə 63,25 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə