Dilçiliyin obyekti,predmeti və vəzifələri



Yüklə 63,25 Kb.
səhifə5/25
tarix02.06.2023
ölçüsü63,25 Kb.
#115072
1   2   3   4   5   6   7   8   9   ...   25
DİLÇİLİYƏ GİRİŞ CAVABLARI.

19.Dil münasibətləri.
Dil münasibətləri yaruslar və kateqoriyalar, vahidlər və onların hissələri arasında üzə çıxan qarşılıqlı əlaqələrdir. Bu münasibətlərin əsas tipləri paradiqmatik (yunanca «nümunə, örnək») va sintaqmatik (yunanca «birləşmiş»), assosiativ (latinca; associol «birləşdirirəm») vo iyerarxik (yunanca: ispapxia < iepóç «əzəmətli, müqəddəs» apyn «başlanğıc, özül; idarəetmə) münasibətlərdir.
Paradiqmatik münasibətlər dil vahidlərini qruplarda, şöbələrdə, kateqoriyalarda birləşdirən münasibətlərdir. Məsələn, samitlər sistemi, hal sistemi, sinonim cərgəsi paradiqmatik münasibətlərə əsaslanır.
Sintaqmatik münasibətlər dil vahidlərini onların eyni zaman ardıcıllığında birləşdirir. Sözlər (morfem və hecaların məcmusu kimi), söz birləşmələri və analitik adlar, cümlələr (cümlə üzvlərinin məcmusu kimi) və mürəkkəb cümlələr sintaqmatik münasibətlər üzərində qurulur.
Assosiativ münasibətlər zaman baxımından təsəvvürlərin üst-üstə düşməsi, yəni gerçəklik hadisələrinin obrazları əsasında yaranır. Üç növ assosiasiya fərqləndirilir: əlaqəyə, oxşarlığa ve ziddiyyətə görə. Bu assosiasiyalar epitet ve metaforaların işlənməsində, sözlərin məcazi mənalarının əmələ gəlməsində böyük rol oynayır. Məsələn, Rəqib ayı səsi ilə qışqırdı cümləsinde ayı səsilə epiteti ayı və insan arasında oxşarlığa görə yaranmışdır.
İyerarxik münasibətlər eynicinsli olmayan elementlər arasındakı münasibətlər, onların ümumi vo xüsusi, cins və növ, ən yüksək və ən kiçik kimi bir-birinə tabe olmasıdır. İyerarxik münasibətlər dilin müxtəlif yaruslarının vahidləri arasında, nitq hissələrində birləşdirilərkən sözlər və formalar arasında, sintaktik tiplərdə birləşdirilərkən sintaktik vahidlər arasında müşahidə edilir.


20.Ədəbi dil.
Cəmiyyətin və xalqın inkişafının müəyyən mərhələlərində, xüsusilə də xalqın və mütləq millətin yarandığı dövrdə ədəbi dillər yaranır və fəaliyyət göstərir.
Xalq dilinin və ya milli dilin tarixən cilalanib təkmilləşmiş forması ədəbi dil adlanır. Ədəbi dil dilin ən ali forması kimi onun lüğət tərkibinin zənginliyi, qrammatik quruluşunun qaydaya salınması, inkişaf etmiş üslubları, orfoqrafiya və durğu işarələri qaydalarına ciddi riayət edilməsi ilə xarakterizə edilir.
Ədəbi dilin hərfi mənası yazılı dil deməkdir (lat. littera «herf, yazı»).
Ədəbi dil həqiqətən yazılı formaya malikdir və bu, onun mühüm əlamətidir. Lakin «yazılı dil» anlayışı ilə «ədəbi dil» anlayışını eyniləşdirmək olmaz. Birincisi, heç də bütün yazılı forma ədəbi nitq deyildir və ikincisi, ədəbi dil təkcə yazılı formada deyil, həm də şifahi formada çıxış edir.
Ədəbi dil yazı dili olmaqdan başqa, həm də dövlət və ictimai müəssisələrin, maktab və teatrin, radio vo televiziyanın şifahi dilidir.
Yazılı dil ilə şifahi nitq arasında üslubi və struktur fərqləri vardır. Yazılı və şifahi nitq arasında yalnız üslubi və funksional fərq müşahidə edildiyi hallarda yazılı nitq daha ciddiliyi, sözlərin seçilməsinin ciddiliyi və cümlələrin cilalanmış formalarının işlənməsi ilə xarakterizə edilir.
Şifahi və yazılı ədəbi dil formaları arasındaki farq bəzən çox böyük olur. Məsələn, yazılı ve şifahi çex dili arasındaki fərq o qədər böyükdür ki, onları hətta ayrı-ayrı yazılı çex dili ve çex danışıq dili adlandırmaq təkliflari irəli sürülür.



Yüklə 63,25 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə