Gülsüm Hüseynova tat d I l I n I n L u g ə t



Yüklə 0,74 Mb.

səhifə1/30
tarix14.07.2018
ölçüsü0,74 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   30


Gülsüm Hüseynova

TAT 

d i l i n i n

 

l u g ə t

TƏRKİBİNİN

LEKSİK-SEM ANTİK TƏHLİLİ

«Elm və təhsil»

BAKI -  2014


AMEA Nəsimi adına Dilçilik İnstitutu 

Elmi Şurasının qərarı ilə çap olunur

Elmi redaktor: 

Roza Eyvazova, Fil.  üzrə elmlər doktoru

Rəyçilər: 

Gülxanım Vəliyeva,  Fil.  ü.f.d,  dosent

Rasim Heydərov, Fil.ü.f.d.

Gülsüm Hüseynova

Tat  dilinin  lüğət  tərkibinin  leksik-semantik  təhlili.  Bakı, 

«Elm və təhsil», 

2014, 


s.

Monoqrafiyada ilk dəfə olaraq Azərbaycan tatalarının dilinin 

lüğət tərkibinin  leksik-semantik  söz  qrupları  araşdırılmış  tat  dilinin 

Ərüsküş-Dağ  Quşçu  ləhcəsinin  leksik  xüsusiyyətləri  tədqiq 

olunmuşdur.

Əsərdən  dilçilər  və  dil  məsələləlri  ilə  maraqlanan  digər 

şəxslər faydalana bilər.

©Gülsüm Hüseynova, 2014.



3

Gülsüm Hüseynova.  Tat dilinin lüğət tərkibinin leksik-semantik təhlili

GİRİŞ

Azərbaycan  Respublikası  müstəqillik  əldə  etdikdən  sonra  öl­

kədə  ciddi  demokratik dəyişikliklər baş  verməkdədir.  Bu  demokra­

tik  dəyişikliklər  özünü  ölkənin  ərazisində yaşayan  azsaylı  xalqların 

və  etnik  qrupların  dilinə  və  mədəniyyətinə  olan  münasibətdə  də 

açıq-aşkar  göstərir.  Respublikanın  müxtəlif elm  mərkəzlərində  az­

saylı xalqların və etnik qrupların dilinə aid  aparılan  elmi  araşdırma­

ların  sayı  son  illərdə  xeyli  artmışdır.  Bu  baxımdan  Azərbaycanda 

yaşayan tatlarla bağlı  araşdırmalar  da kəmiyyət baxımından  seçilir. 

Tatların  mənşəyi,  tarixi,  etnoqrafiyası,  mədəniyyəti  və  dilləri  haq­

qında müxtəlif tədqiqatlar mövcuddur.

Respublikamızda  həm  linqvistikanın  ümumnəzəri,  həm 

praktik məsələləri  ilə yanaşı,  ölkə  ərazisində  yayılmış  ayrı-ayrı 

dillərin  hərtərəfli  öyrənilməsinə  xüsusi  diqqət  yetirilir.  Suve­

ren  Azərbaycanda  yaşayan  azsaylı  xalqların  dilinin  öyrənilmə­

si  də  dilçilimizin  aparıcı  istiqamətlərindəndir.

Təmaslı  dil  əlaqələri  dillərin  qarşılıqlı  təsirinin  dilin 

müxtəlif  səviyyələrində  özünü  necə  göstərməsini  aydınlaşdır­

maq  üçün  genış  imkanlar  acır.  Bu  cür  tədqiqatların  nəticələri 

müxtəlif  ümumiləşdirmələrin  aparımasında  özünəməxsus  rol 

oynayır.

Respublikamızın  bir  sıra  ərazilərində  yayılmış  tat  dili 

ləhcə  fərqləri  ilə  seçilir.  Qeyd  edək  ki,  müxtəlif ərazilərdə  ya - 

şayan  Azərbaycan tatlarının  dilləri  məskunlaşma yerlərinə  görə 

ümumi  şəkildə  araşdırılmışdır.

Bu  dilin  xüsusi  leksikası  sistemli  şəkildə  az  öyrənilmiş­

dir.  Dil  əlaqələri  prosesində  tat  dilinə  keçmiş  alın malar,  onla­

rın  sahə mənsubluğu haqqında  ayrıca monoqrafiya yazıl mamış- 

dır.  Tat  dilinin  ləhcələri  üzrə  toplanmış  sözlərin  sistemə  salın - 

ması,  bu  dilə  aid  lüğətlərin  hazırlanması  ilə  bağlı  işlər  də hələ­

lik kifayət  qədər deyildir.

İran  dillərindən olan tat  dili  əsrlər boyu  Azərbaycan  dili,




4

Gülsüm Hüseynova.  Tat dilinin lüğət tərkibinin leksik-semantik təhlili

onun  ayrı-ayrı  dialektləri  ilə  qarşılıqlı  təmasda  olmuşdur. 

Nəticədə  hər  iki  dil  bir-birinə  təsir  göstərmiş,  bu  təsir  həmin 

dillərin  leksik  sistemində  əhəmiyyətli  iz  buraxmışdır.  Tat  dili 

ilə  Azərbaycan  dili  arasında  əlaqələrin  qədimliyi  tat  dilində 

Azərbaycan  dilinin  qədim  leksik  layına  aid  olan  sözlərin 

mühafizə  olunmasında  öz  əksini  tapır.  Tatların  dilində  işlənən 

türk  dili  ünsürləri  türk  dillərinin  tarixi  leksikologiyasının 

öyrənilməsi  üçün xüsusi  əhəmiyyət kəsb  edir.

Azərbaycan  tatlarının  dilinin  lüğət  tərkibinə  daxil  olan 

sözlərin  semantik  sahələr və  ya  te matika  üzrə  qruplaşdırılması 

ilə  bağlı  tədqiqat  işləri  aparılmadığından,  bu  dildə  müəyyən 

semantik  sahələrdə  sözlərin  leksik  xüsusiyyətləri  də  aydınlaş- 

dırıl mamışdır.  Yazısız  dillərdə  xüsusi  leksik  qatın  təyini,  belə 

bir  qatın  təşəkkül  və  formalaşma  səbəbləri  ayrılıqda  götü rül- 

müş  bir  dil  üçün  deyil,  ümumiyyətlə,  xüsusi  leksikanın  öyrə­

nilməsi  üçün  əhəmiyyətlidir.  Tarixən  müxtəlif  sənət  sahələri 

ilə  məşğul  olmuş  tatların  dilində  sənət-peşə  leksikası  geniş  ya­

yılmışdır.  Tat  dilində  terminlərin  işlənmə  xüsusiyyətləri,  yeni 

terminlərin  bu  dilə  keçərək,  onun  ümumişlək  leksik  qatında 

yer  tutması  səbəbləri  və  yollarının  açılması,  tat  dilinin  etnoq­

rafik  leksikasının,  qohumluq  terminlərinin  araşdırılması  elmi- 

praktik və  elmi-nəzəri  əhəmiyyət  daşıyır.

Tat dilinin Ərüsküş-Dağ Quşçü ləhcəsinin 

leksik xüsusiyyətləri

Ləhcə  fərqlə rinin  müəyyənləşdirmək  və  həmin  ləhcələrin 

sərhədini  təyin  etmək  üçün  fo netik,  leksik-qrammatik  fərqlərlə 

yanaşı,  dini  fərqlər  də  nəzərə  alınmalıdır.  Tat  ləhcələrinin  aşa­

ğıdakı  ilkin  təsnifi  verilmişdir:  1)  şimal  (sünni)  şivələri  -  

Quba,  Dəvəçi,  Qonaqkənd  rayonları  və  Xızı  rayonunun  Qızıl 

Qazma  kənd  sovetliyi  ərazisində  yayılmış  şivələr;  2)  mərkəzi 

(şiə)  şivəsi  -   Xızı  rayonunun  Ərüsküş  və  Dağ  quşçu  kənd  so -






Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   30


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə