Gülsüm Hüseynova tat d I l I n I n L u g ə t


Gülsüm Hüseynova.  Tat dilinin lüğət tərkibinin leksik-semantik təhlili



Yüklə 1,97 Mb.
Pdf görüntüsü
səhifə14/30
tarix14.07.2018
ölçüsü1,97 Mb.
#55503
1   ...   10   11   12   13   14   15   16   17   ...   30

40

Gülsüm Hüseynova.  Tat dilinin lüğət tərkibinin leksik-semantik təhlili

sıra İran  dillərində  işlənir.  Türk  dillərinin bəzilərində  bakır  sö­

zü  həmin  mənada  işlənir.  Bakır  türk  dillərinin  qədim  yazılı 

abidələrində  qeydə  alınmışdır.  H.Əsgəro vun  fikrincə,  Azərbay­

can  dilində  mis  sözü  işləndiyindən,  bakır  mühafizə  edilməmiş­

dir  (25,  90-95).  Türk  dilləri  üçün  «mis»  anlamında  işlənmiş 

ilkin  kökün  cez  (qaz),  des  (alt),  çes  (tuv),  ciz  (tat),  ces  (başq; 

çuv.)  variantlarından  biri  ol ması  qənaətinə  gəlmək  mümkün - 

dür.  Qədim  türk  lüğətində  cez  «sarı  mis»  mənasında  verilmiş­

dir  (58,  260).  Müəyyən  fonetik  əvəzlənmələrə  istinadla  mis  sö­

zünün bu  kökdən yarandığını  ehtimal  etmək olar.

Dəmirçilik  qədim  sənətdir.  Bu  sənətdən  dünyanın,  demək 

olar  ki,  bütün  xalqları  istifadə  etmişlər.  Nəticədə  onların  dillə­

rin də  sahə  terminləri,  sözləri  yaranmışdır.  Azərbaycan  tatları­

nın  dilində,  xüsusən  də,  Lahıc  ləhcəsində  misgərlik  və  dəmir - 

çilik sənətinə  aid  kifayət qədər çox termin var.  Nəri  «qalın me­

talı  dartıb  uzatmaq  üçün  alət»,  lözani  «metal  məmulatın  dar 

hissəsində  iş  görmək  üçün  alət»,  coz  «qayçı  növü»,  daranoy 

«ling  növü»,  noylülə  «ling  növü»,  damdamundan  «körük  bas­

maq»,  moladoran  «lehimləmək»,  abiyə  «lehimləmə  növü»,   

«isti  metalı  soyutmaq  üçün  su  doldurulmuş  hovuz  və  ya  qab», 

nügoni  «təmirolunma»,    «misgərlikdə  metalın  qızdırılıb  so - 

yudulması  prosesi»,  tənəkə  «misin  lay  forması»,  xəzinəliyəqey- 



çi  «xəzinəli  qayçı»,  bəsti  «güyüm»,  vəri  «güyümün  boğaza  qə- 

dərki  hissəsi»,  bin,  kəəb  «güyümün  alt  hissəsi»,  danduna  «me­

talı  cilalamaq  məqsədilə  tutmaq  üçün  dişli  alət»,  «maşa»,  düş- 

doran  «qaynaq  etmək»,  gom  «qaynaq  növü»,  pəstöyi  «yarım- 

fabrikat» və  s.  belə terminlərdir.

Dillərin  inkişafında xalqlararası  əlaqələr xüsusi  rol  oyna - 

yır.  İqtisadi,  siyasi,  sosial  əlaqələr leksik  sistemlərin  bir-birinə 

təsirini  şərtləndirir.  Ayrı-ayrı  xalqlar  arasında  iqtisadi,  ictimai - 

siyasi  və  digər  əlaqələrdə  dil  əhəmiyyətli  rol  oynamışdır.  İqti - 

sadi  əlaqələr bir xalqa  məxsus  əşya və  mə mulatların başqa xal­

qın  məişətində  yer  almasına  şərait  yaratmışdırsa,  dil  əlaqələri




41

Gülsüm Hüseynova.  Tat dilinin lüğət tərkibinin leksik-semantik təhlili

pro sesində  sənətlə  bağlı  terminlərin  bir  dildən  digərinə  keçmə­

si  hadisəsi  baş  vermişdir.  Ona  görə  də  tat  dilində  işlənən  mis - 

gərlik terminlərinin bir qismi  alınma terminlərdir.  Bu terminlər 

Azərbaycan  dilindən  və  ya  Azərbaycan  dili  va sitəsi  ilə  alın­

mışdır.  Ümumiyyətlə,  tat  dilinin terminoloji  leksikasını  üç  qru - 

pa  ayırmaq  olar:  1)  mənşəcə  tat  dilinə  məxsus  terminlər;  2) 

ümumiran  mənşəli  terminlər;  3)  alınma  terminlər.  Belə  bölgü 

bütün  sənət  növlərinə  aid  termionologiya  üçün  eyni  olduğun - 

dan  başqa  sahələrə  aid  terminlərdən  bəhs  edərkən  terminlərin 

mənşəcə  növlərə  bölgüsünü  təkrar  aparmağa  ehtiyac  qalmır  və 

terminlərin  mənşəcə  növləri  haqqında  sonda  qısa məlumat  ver­

məklə kifayətlənirik.

Peşə-sənət  sahələri  müxtəlif və  rəngarəngdir.  Sənət  sahə - 

ləri  də  müxtəlif meyarlar üzrə  təsnif olunur.  Xalqın  məşğul  ol - 

duğu hər  sənət  sahəsi  onun  dilində  öz izlərini  buraxır.  Nəticədə 

ayrı-ayrı  sənət  sahələrinin terminləri  dildə  müəyyən toplu  əmə - 

lə  gətirir.  Bu  baxımdan  misgərlik terminləri  tat  dilində  işlənən 

terminlərin  bir  hissəsidir.  Məlumdur ki,  terminlərlə  ümumişlək 

sözlər  arasında  əsas  fərqlərdən biri  leksik vahidin  dildə  işlək li- 

yidir.  Terminlərin  bəziləri  dildə,  daha  doğrusu,  ünsiyyət  prose­

sində  az  işlənirsə,  digərlərinə  nitqdə  tez-tez  rast  gəlmək  olur. 

Bu  da  daha  çox  bu  və  ya  digər  əşyanı  bildirən  adla  bağlı  olur. 

Məsələn,  misgərlərin  hazırladıqları  əşya ların  müəyyən  hissəsi 

əhalinin  məişətində  istifadə  olunduğundan,  onların  adları  danı­

şıqda  çox  işləkdir.  Lakin  misgərlik  alətləri  haqqında  məlumat 

daha  çox  bu  sahə  ilə  məşğul  olanlara  aid  olduğundan bu  sözlər 

onların  dilində  və  ya  nitqində  üzə  çıxır.  «Linqvistik  təhlil  və 

araşdırma  prosesində  mühüm  funksionallıq  kəsb  edən  termi no- 

loji  leksikanın  işlənmə  və  mənimsənilmə  texnikasının  öyrə nil- 

məsi  gündəlik  tələbat  və  zəruri  ehtiyacdan  doğur.  Özü  də  bu, 

terminlərin  hamısına  aid  məsələ  deyildir.  Məlumdur  ki,  ter­

minlərin,  o  cümlədən  dilçilik terminlərinin  əhəmiyyətli  bir his - 

səsi  ümumişlək  xarakterə  malik  olduğundan,  onlar  sintaq matik




42

Gülsüm Hüseynova.  Tat dilinin lüğət tərkibinin leksik-semantik təhlili

mövqe  etibarı  ilə  sərbəst  funksiya  daşıyırlar»  (18,  233). 

Ə.Cavadovun  bu  fikri  müxtəlif sənət  sahələrinə  aid  leksikanın 

işlədilməsində  də  özünü  doğ ruldur.  Bu  cəhət  misgərlik  ter min­

lərinin  işlənməsində  də  müşahidə  olunur.  Azərbaycan  tatları­

nın  dilində  işlənən  misgərlik  terminlərinin  başqa  bir  qisminə 

aid  nümunələri  nəzərdən  keçirək.  Onu  da  qeyd  edək  ki,  mis - 

gərliklə  bağlı  söz  və  terminlər,  əsasən  Lahıc  ləhcəsinə  aiddir. 

Bu  da  yuxarıda  qeyd  etdiyimiz  kimi,  misgərliyin  Lahıcda  daha 

çox  inkişaf etməsi  və yayılması  ilə bağlıdır.

Azərbaycan  tatlarının  dilində  misgərlikdə  istifadə  olunan 

terminləri  üç  əsas  qrupda  birləşdirmək  olar:  1)  misgərlikdə  is ti- 

fadə  olunan  alət və vasitələrin  adları;  2)  misgərlikdə  istifadə  olu­

nan  texnoloji  proseslərin  və  üsulların  adları;  3)  misgərlik  mə - 

mulatlarının adları;  4) misgərliklə bağlı  digər söz və ter minlər.

1. 


Misgərlikd ə  istifad ə  olunan  alət  və  vasitələrin  adları. 

Bu  sənət  sahəsində  bir  sıra  alət  və  avadanlıqlardan  istifadə 

olunur.  Qeyd  olunduğu  kimi,  onlardan  bəzilərinin  müxtəlif 

növləri  var.  Aşağıda misgərlikdə  istifadə  olunan  alətlərin  adla­

rı,  onların  istifadə  məqsədləri  və  bu  terminlərin  cümlədə  işlən­

məsinə  aid misallar verilmişdir:

Lahıc  misgərləri  iri  çəkiclərə  «tapun»  deyirlər.  İri  çəkic­

lərdən metalı  döymək üçün istifadə  olunur,  onlarla misgərlikdə 

ən  ağır  işləri  görürlər.  Müq.  et:  Azərb.  dial.  tapan  keçmişdə 

üstü  torpaqla  örtülmüş  damların  yağışdan  qabaq  döyülüb  bər­

kidilməsi  üçün  ağac  alət.

Korsü «ağzı  dördbucaqlı  şəklində  çəkic».  Nəzər  korsürə 

nayoft. «Nəzər çəkici  tapmadı»  və  s.



Xoraduhun  -   «çəkic  növü».  İn  xoraduhun  an  Haci  Naği- 

yı.  «Bu  çəkic Hacı Nağınındır» və  s.



Nəri  -   «qalın  metalı  dartıb  uzatmaq  üçün  alət».  Venəri 

materiala  b əkəşirəni  duroz  bısoxtəni.  «Nəri  ilə  materialı  çəkib 

uzadırsan»  və  s.

Lözani  -   (lö  «dodaq»,  zərən  «vurmaq»  felindən).  «Metal



Yüklə 1,97 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə