Gülsüm Hüseynova tat d I l I n I n L u g ə t


Gülsüm Hüseynova.  Tat dilinin lüğət tərkibinin leksik-semantik təhlili



Yüklə 1,97 Mb.
Pdf görüntüsü
səhifə12/30
tarix14.07.2018
ölçüsü1,97 Mb.
#55503
1   ...   8   9   10   11   12   13   14   15   ...   30

34

Gülsüm Hüseynova.  Tat dilinin lüğət tərkibinin leksik-semantik təhlili

ehtiyac  olmamışdır.  Bununla  belə,  tat  dilində  də  terminlərdən 

istifadə  olunur.  Məişət  səviyyəsində  istifadə  olunan  dillərdə 

termin lərin  işlənməsi  bir  sıra  amillərlə  bağlıdır.  Birincisi,  bu 

dilin  daşıyıcıları  müxtəlif sənət  sahələri  ilə  məşğul  olduq ların- 

dan  sənət-peşə  leksikası  müəyyən  sistem  təşkil  edir.  İkincisi, 

iqtisadi  şərait  və  bir  sıra  iqtisadi  sahələrin  inkişafı  (məsələn, 

kənd  təsərrüfatı,  heyvandarlıq  və  s.)  həmin  sahələrə  aid  ter - 

minlərdən  istifadə  zərurəti  yaradır.  Üçün cüsü,  etnik  birliyin 

üzvləri  arasındakı  əlaqələrlə  bağlı  terminlər,  eləcə  də  onların 

məişətdə  istifadə  etdikləri  vasitələr  spesifik  sahəyə  aid  oldu - 

ğundan,  bu  sahələrə  aid  terminlər  dildə  işlənir  (məsələn,  qo - 

humluq  terminləri,  bitkiçiliyə  aid  terminlər,  coğrafi  terminlər, 

dini,  hərbi  terminlər və  s.).  Qeyd  olunan  cəhətlərin  hamısı  tat 

dilinin  leksikasında  özünü  göstərir.  Tat  dilinin  lüğət tərkibində 

bu  qəbildən  olan  terminlərin  işləkliyi  olduqca  yüksəkdir.  Ona 

görə  də tat  dilinin leksikasına  aid tədqiqat işində  terminlərin  ay­

rıca  araşdırılması  lazım  gəlir.  Konkret  bir  dilin  leksikasını  öy­

rənmək  prosesində  ən  etibarlı  metod  həmin  leksikanı,  o  cümlə­

dən,  terminoloji  leksikanı  tematik  qruplar  üzrə  tədqiq  etməyin 

vacibliyi  elmi  ədəbiyyatda göstərilir (21,  80;  28,  186).  Tat  dilin­

də  işlənən  terminlərin  tematik  qruplar  üzrə  tədqiqi  məqsədəuy- 

ğundür.  Tat  dilinin  lüğət  tərkibinə  daxil  olan  terminləri  aşağı - 

dakı  qruplara bölmək  olar:  1)  müxtəlif sənət  sahələrinə  aid  ter - 

minlər;  2)  qohumluq  terminlər;  3)  dini  terminlər;  4)  tibb  ter­

minləri;  5)  iqti sadiyyatla  bağlı  terminlər;  6)  bitkiçiliyə  aid  ter - 

minlər;  7)  heyvandarlığa  aid ter minlər;  8)  coğrafi  terminlər;  9) 

astronomiyaya  aid  terminlər;  10)  etnoqrafiyaya  aid  terminlər; 

11)  elmi-texniki  tərəqqi,  mədəniyyətin  inkişafı  ilə  birlikdə  di - 

lin  lüğət  fondunun  ümumişlək  leksik  layına  keçmiş  müxtəlif 

sahə  terminləri.  Bu  qruplardan  bəzilərini  yarımqruplara  ayır­

maq  mümkündür.

Tat  dilində peşə-sənət  sözləri  işləkdir.  Bu,  ondan  irəli  gə - 

lir  ki,  tatlar  müəyyən  sənət  sahələri  ilə  məşğul  olmuşlar.




35

Gülsüm Hüseynova.  Tat dilinin lüğət tərkibinin leksik-semantik təhlili

H.Həsənov  peşə-sənət  leksikasını  belə  təyin  edir:  «Peşəsi,  işi, 

sənəti,  istehsalat  fəaliyyəti,  ixtisası  ilə  əlaqədar  birləşən  kol - 

lektivin  nitqində  işlədilən  sözlərə  peşə-sənət  leksikası  deyilir. 

Bunlar  xüsusi  məfhum,  əmək  aləti  və  ya  məh sulunu,  istehsalın 

əmək  prosesini  ifadə  edir.  Ona  görə  də  onları  bəzən  xüsusi 

sözlər və  ya terminlər  adlandırırlar».  O,  peşə-sənət leksikasına 

aid  olan  sözləri  aşağıdakı  şəkildə  qruplaşdırır  (çörəkçilik, 

meyvəçilik,  üzümçülük,  tərəvəzçilik,  quşçuluq,  balıqçılıq,  atçı­

lıq,  əkinçilik)  və bu  leksikanın terminlərdən  fərqini  aç mağa  ça­

lışır.  Müəllif belə  hesab  edir  ki,  peşə-sənət  leksikası  öz  tər ki- 

binə  görə,  əsasən, köhnə peşə və xüsusi  məşğuliyyətlə  əlaqədar 

olan  arxaik  sözlərdir  (məsələn,  dənizçilikdə,  dülgərlikdə və  s.). 

«Peşə-sənət leksikası  öz  məzmununa və  işlənmə  dairəsinə  görə 

məhduddur.  Onun  işlənmə  dairəsi  yeni  istehsal  proseslərinin 

yaranması,  elm  və  texnikanın  yeni  nailiyyətlərinin  isteh salata 

tətbiqi  ilə  əl aqədar olaraq  daralır»  (28,  186-187).

Aydındır  ki,  sənət  ayrılıqda  götürülmüş  bir xalqa  məxsus 

deyil.  Bütün  xalqlar  müəyyən  sənət  sahələri  ilə  məşğul  olmuş 

və  hazırda  da  məşğul  olurlar.  Ona  görə  də  müxtəlif  sənət  və 

peşəyə  aid  sözlər bütün  xalqların  dilində  işlənir.  Bu  baxımdan, 

Azərbaycan tatlarının  dilində  də  sənət leksikası  geniş  yer tutur. 

Onu  da  qeyd  etmək lazımdır ki,  tat  dilinin  ayrı-ayrı  ləhcələrin­

də  müxtəlif  sənət  sahələrinə  məxsus  sözlərdən  istifadə  olunur. 

Bu,  ondan  irəli  gəlir  ki,  sənət  sahələrinin  ərazi  üzrə  yayılma- 

sındakı  fərqlər  dilin  leksik  sisteminə  öz  təsirini  göstərmişdir. 

Məsələn,  Lahıc  ləhcəsində  misgərlik,  zərgərlik,  eləcə  də  də - 

mirçiliklə  bağlı  sözlər  böyük  toplu  təşkil  edirsə,  Quba  və  Qo - 

naqkənd  ləhcələrində,  Məlhəm,  Xızı  şivələrində  toxuculuq, 

dabbaqlıq,  Abşeron  ləhcəsində  zərgərlik  sənətlərinə  məxsus 

terminlər çoxdur.  Əlbəttə,  belə bir cəhət hər hansı  ləhcədə baş - 

qa  sənət  sahələrinə  aid  terminlərin  olmadığını  göstərmir.  Mə - 

sələn,  toxuculuq  terminləri  Lahıc  ləhcəsində  də  az  deyil.  Qeyd 

olunan  cəhət  odan  irəli  gəlir  ki,  müxtəlif  ərazilərdə  yaşayan




36

Gülsüm Hüseynova.  Tat dilinin lüğət tərkibinin leksik-semantik təhlili

adamlar  ayrı-ayrı  sənət  növləri  ilə  məşğul  olmuşlar.  Sadəcə  bu 

sənət  növlərindən  biri  və  ya  bir  neçəsi  müəyyən  ərazidə  daha 

geniş  yayıldığından,  həmin  sahəyə  aid  terminlər  bu  ərazidə 

çoxluğu  ilə  seçilir.  Tədqiqat  işində  tat  dili nin  ümumi  termino- 

loji  mənzərəsi  öyrənildiyindən  sənət-peşə  leksikasını  ayrı-ayrı 

ləhcələr  üzrə  bölməyə  deyil,  terminoloji  vahidləri  vahid  bir 

sistemdə birləşdirməyə  ehtiyac yaranır.

Tat  dilinin  peşə-sənət leksikasını,  sahələrə  aid  terminləri­

ni,  aşağıdakı  yarımqruplara  ayırmaq  olar:  1)  misgərlik;  2)  də - 

mirçilik;  3)  toxuculuq;  4)  zərgərlik;  5)  dabbaqlıq;  6)  dulus çu­

luq.  Tat  dili  ilə  bağlı  aparılmış  təhlil  və  araşdırmalar,  top lan- 

mış  materiallardan  aydın  olur  ki,  misgərlik  və  toxuculuğa  aid 

terminlərin  sayı  daha  çoxdur.  Ona  görə  də  bu  iki  yarımqrupa 

aid  terminləri  ayrıca,  digər  yarımqrupa  aid  terminləri  isə  bir 

yerdə  araşdırmaq  məqsədəuyğundur.  Onu  da  qeyd  edək  ki, 

misgərlik  və  dəmirçilik  bir-biindən  istifadə  olunan  materialın 

növünə  görə  fərqlənən  sənət  növləridir.  İnsanlar,  şübhəsiz  ki, 

müəyyən  metallardan  daha  tez  istifadə  etmişlər.  Ümumiyyətlə 

metal  emalı  ilə  bağlı  əsas  sənət  sahələri  dəmirçilik,  misgərlik, 

tənəkçilik  və  zərgərlikdir.  Mis  ilk  istifadə  olunmuş  metaldır. 

Qalay,  qurğuşun  və  başqa  metalların  mislə  qarışığından  tunc 

alınmışdır.  Tunc  dəmirdən  əvvəl  istifadə  edilmişdir.  Sonralar 

sənətkarlar  dəmir  əşyalar  düzəltməyə  üstünlük  vermişlər.  Də­



mir  sözü  V  əsrə  aid  yazılı  abidələrdə  qeydə  alınmışdır:  «Təmir 

kapığka  təki  sülədim»  (42,  71).  Lakin  bəzək  əşyalarının,  eləcə 

də,  ərzaq  saxlanması  və  yeməklə  bağlı  əşyaların  dəmirdən  ha­

zırlanmasına üstünlük verilməmişdir.  Bu,  suyun təsiri  ilə  də mi­

rin paslanması  ilə  əlaqədardır.

Ölkəmizdə  ayrı-ayrı  sənət  sahələrində  tarixən  müxtəlif 

materiallar  işlədilmişdir.  Burada  dəmir  e.ə.  ikinci  minilliyin 

axırları  birinci  minilliyin  əvvəllərindən  istifadə  edilmişdir.  Öl - 

kədə  arxeoloji  qazıntılar  nəticəsində  Dəmir  döv rünə  aid  çoxlu 

abidə  aşkara çıxarılmışdır (11,  400-401).




Yüklə 1,97 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə