Gülsüm Hüseynova tat d I l I n I n L u g ə t


Gülsüm Hüseynova.  Tat dilinin lüğət tərkibinin leksik-semantik təhlili



Yüklə 1,97 Mb.
Pdf görüntüsü
səhifə10/30
tarix14.07.2018
ölçüsü1,97 Mb.
#55503
1   ...   6   7   8   9   10   11   12   13   ...   30

29

Gülsüm Hüseynova.  Tat dilinin lüğət tərkibinin leksik-semantik təhlili

ri»,  ya da «peşə-sənət leksikası»  adı  altında izah edilir.  A.A.Yulda- 

şev peşə-sənət leksikası  haqqında yazır:  «Xalq terminoloji  leksikası 

hələ ki,  olduğu  kimi  ümumi  lüğətlərə  daxil  edilir.  Bu,  tamamilə tə­

biidir.  Əvvəla, bu  sözlər verilmiş  dildə ifadə vasitələri  çox olmayan 

realiyalardır,  ikincisi,  onlar xalqın  maddi  və  mənəvi  mədəniyyətini 

özündə əks etdirir, üçüncüsü,  bu sözlərin arasında çox nadir,  əvəllər 

qeydə alınmamış,  tarixi  dəyərə malik  sözlər olur,  dördüncüsü və  ən 

başlıcası,  bütün  türk  dillərində  peşə-sənət  leksikası  həm  səciyyəsi­

nə,  həm  tərkibinə,  həm  də  ədəbi  dil  normalarına  mənsubluq  baxı­

mından az öyrənilmişdir» (83,  87-88).

Xalçaçılıq  Azərbaycan  dekorativ-tətbiqi  sənətinin  ən  əsas  sa­

hələrindən biri olmuşdur. Hələ orta əsrlərdə xalçaçılıq sənətlər içəri­

sində xüsusi  yer tutmuşdur.  Bu  da təsadüfi  deyildir.  Çünki  hələ qə­

dim  zamanlardan  Azərbaycanda  qoyunçuluq  və  boyaq  maddələri 

hazırlanması  inkişaf etdiyindən,  xalçaçılıq  üçün  şərait yaranmışdır. 

Tat dilində xalçaçılıqla bağlı  sözlər,  demək olar ki,  ayrıca  qrup  təş­

kil  edir.

Ümumiyyətlə,  peşə-sənət  leksikasını  təşkil  edən  sözlərin  lek- 

sik-semantik  və  tematik  qruplara  bölünməsi  xüsusi  leksikanın  təd­

qiq  prosesinin  ənənəvi  məsələlərindən  biridir.  Tematik  qruplara 

ayırma professionolizmlərin əmələgəlmə,  dildə işlənmə xüsusiyyət­

lərinin,  onların  leksik  sistemin  hansı  layında  yer  almasının,  habelə 

terminləşməsi  və  determinləşməsinin  öyrənilməsində  xüsusi  əhə­

miyyət  kəsb  edir.  Peşə-sənət  leksikası  xalqın  məişətində  bilavasitə 

yer  almış  əşyaların,  iş  və proseslərin,  fəaliyyətin,  adamların  gündə­

lik həyatlarında üzləşdikləri,  istifadə  etdikləri  məmulatların  adlarını 

əhatə  etdiyindən ümumişlək  sözlərlə  ortaq,  eyni  vahidlərin  çoxluğu 

ilə  seçilir.  Bu  baxımdan  peşə-sənət  leksikasına  aid  olan  sözlərin 

terminlərlə  eyniləşdirilməsi  bir  çox  hallarda  mübahisə  obyektinə 

çevrilmişdir.  Ona görə də  peşə-sənət leksikasının  adlandırılmasında 

da  fikir  müxtəlifliyi  nəzərə  çarpır.  Müxtəlif  peşə-sənət  sahələrinə 

aid  sözlərin  sistem  şəkildə tədqiqi  çox vaxt müvafiq  sənət sahəsinin 

leksikası  adı  adtında  aparılmışdır.  Bir  sıra  tədqiqat  işlərində  peşə-




30

Gülsüm Hüseynova.  Tat dilinin lüğət tərkibinin leksik-semantik təhlili

sənət leksikasına və ona yaxın  olan leksik vahidlərə termin kimi  də 

baxılmışdır (79).  Təbii  ki, biz bütün  sənət növləri üzrə leksikanı nə­

zərdən  keçirməyəcəyik.  Burada  bəzi  sənət  sahələrinin  leksikasını 

araşdirmağa  çalışacağıq.  Peşə-sənət  sözləri  həm  də  terminlərdir. 

Onları  müəyyən  dil  materialı  üzrə  araşdırdıqda  müxtəlif sözlərdən 

istifadə  olunur.  M.Ə.Abdullayeva bu  məsələ  ilə  bağlı  yazır:  «İsteh­

salat və  sənətlə  bağlı  terminologiyanı  nəzərdən  keçirməzdən  əvvəl 

onu da qeyd etmək lazımdır ki, bu əsərdə tez-tez «termin» sözündən 

istifadə  olunacaq.  Amma biz  «xalçaçılıq terminləri»  dedikdə,  «ter­

min sözünü prinsipial  surətdə əsl  ciddi termin mənasında yox,  fikri­

mizi  ifadə  etmək  üçün  söz,  leksik  vahid  mənasında  ekvivalent  bir 

anlayış kimi işlədəcəyik» (1).

5.  Köhnə  həyat  tərzi  ilə  bağlı  leksika:  xərroc  (vergi,  hər­

rac),  qazamot  «qazamat»,  tocir  «tacir»,  əmlok «əmlak»,  karvon- 

sura «karvansara»,  vəzir  «vəzir»,  vəkil «vəkil»,  tobi  «tabe», pod- 

şoh «padşah», şohzoda «şahzadə»,  nükər «nökər» və  s.

6.  Yeni  məişət,  siyasət və  mədəniyyətlə bağlı  sözlər:  iqti- 



dor  «iqtidar»,  müxolifət  «müxalifət»,  partiya  «partiya»,  icro- 

hokimiyyəti  «icra  hakimiyyəti»,  nozir  «nazir»,  direktur  «direk­

tor»,  aşkori  «aşkarlıq»,  nəçənniy  «rəis»,  telfun  «telefon»,  qəm- 



püter  «kompyuter»,  axt  «akt»,  təşkilot  «təşkilat»,  istiqloliyət 

«istiqlaliyyət»,  müsovot «müsavat»  və  s.

7.  Coğrafi  obyekt  və  ətraf  mühitlə  bağlı  sözlər:  küh 

«dağ»,  dih  «kənd»,  rükərə  «çay»,  küləxır  «bulud»,  zəvəra  «yu­

xarı»  (məhəllə),  dəryo  «dəniz»,  vərəzə  «yoxuş»,  yeyloğ  «yay- 

laq»,  qışloğ «qışlaq»  və  s.

8.  Bəzək  və  zinət  əşyalarının  adları:  qilində  «boyunbağı», 

əngişdərin  «üzük»,  quşvərə//sırqa  «sırğa»,  sep  «həmayil»,  səhət 

«saat»,  bozibənd  «qolbaq»,  püşötuği  «qızıl  başlıq»,  silsilə  «enli 

boyunbağı» və  s.

9.  Mərasimlərlə  bağlı  söz  və  terminlər:  a)  toy  mərasimi 

ilə  bağlı  sözlər:  ərsi  «toy»,  ərsivər  «toy  sahibi»,  ərüs  «gəlin», 

varaşist  «toy  xərci»,  ərsixuna  «toyxana»,  hinə  «xına»,  hinərə-



31

Gülsüm Hüseynova.  Tat dilinin lüğət tərkibinin leksik-semantik təhlili

bun  «xınayaxdı»,  çalqu  «çalğı»,  xune  kilə  «qız  evi»,  xunegedə 

«oğlan  evi»,  vozi  «rəqs»,  sazəndə  «çalğıçı»;  b)  yas  mərasimi 

ilə  bağlı  sözlər:  mirdə  «ölü»,  daxorustan  «basdırmaq»,  «dəfn 

etmək»,  saruza  «üçgünlük»,  haftruza  «yeddigünlük»,  çilruza 

«qırx»,  siyəid «qara bayram»,  əhson  «ehsan»;  v)  novruz,  rama­

zan,  qurban  və  s.  bayramları  ilə  bağlı  sözlər:  şəmələ  «şam», 



kürmüri  «novruz  bayramında  yandırılan  kol  növü»,  «gəvən», 

aşşirəvo  «südlü  aş»,  şürqaqol  «şorqoğal»,  ruza  «orucluq»,  ru- 

zamoh  «orucluq  ayı»,  ruzavogərdan  «oruc  açmaq»,  həlvovüri 

«umac  halvası»,  siyəhəlvo  «qara  halva»  (səmənidən  hazırla­

nır),  id  «Novruz  (bayramı)»,  id  Qurbun  «Qurban  bayramı», 

zəhvürun  «zəfəran»,  zərdəkülə  «sarıkök»,  dorçın  «darçın»,  hi­

  «həna», firn i  «düyü  unundan  bişirilmiş  südlü  aş»,  (Orucluq 

bayramında bişirilir),  qurbuni  «qurbanlıq  (heyvan)» və  s.

10.  İnsanın bədən üzvləri  ilə  əlaqədar  söz  və  terminlər:  sər 

«baş»,    «saç»,  çim  «göz»,  micə//mijə  «kirpik»,  günə  «yanaq» 



  «dodaq»,  dandun  «diş»,  birc//bürc  «qaş»,  zuhun  «dil»,  düş 

«çiyin»,  bozi  «qol»,  dəst  «əl»,  əngişt  «barmaq», pö//pay  «ayaq» 



şağam//işqəm  «qarın»,  ruru  «bağırsaq»,  dil//dül «ürək»,  n o f «gö- 

bək»,  zuni  «diz», güş//quş  «qulaq»,  tuğ «alın»,  vini  «burun»,  xun 

«qan»,  gərdən  «boyun»,  siyəcigər  «qara  ciyər»,  buzi//qurt  «bo- 

ğaz»,  ərs «göz yaşı»,  şənə «kürək» və  s.

11.  Xəstəlik  və  dərman  adları:  sərədər  «başağrısı»,  şağa- 

maburi//işqəməburi  «qarınağrısı»,  var//vor  «yel  xəstəliyi»,  hi- 

noğ  «inaq»,  çilk//çülk  «irin,  çirk»,  qısır  «sonsuz»,  «qısır»,  ru- 

ğanmü  «vazelin»,  sinəgiri  «astma»,  çıx  «öskürək»,  qənçür  «sə- 

təlcəm» və  s.

12.  Təbiət  hadisələri,  astronomik  və  coğrafi  terminlər: 

xak//xok  «torpaq»,  xori//xari  «yer»,  afto  «günəş»,  küləxır  «bu­

lud»,  mah//moh  «ay»,  arkərə//rukərə  «çay»,  vorxəzri  «şimal 

küləyi»,  giləvor  «qərb  küləyi»,  varuş//vorış  «yağış»,  vərf 

«qar»,  nuhur  «göl»,  küh  «dağ»,  dih  «kənd»,  zəvəra  «yoxuş», 



sərbənüşvə//sərzimi  «eniş»,  pişin  «günorta»,  ruz  «gün»,  şö


Yüklə 1,97 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə