Gülsüm Hüseynova tat d I l I n I n L u g ə t


Gülsüm Hüseynova.  Tat dilinin lüğət tərkibinin leksik-semantik təhlili



Yüklə 1,97 Mb.
Pdf görüntüsü
səhifə7/30
tarix14.07.2018
ölçüsü1,97 Mb.
#55503
1   2   3   4   5   6   7   8   9   10   ...   30

20

Gülsüm Hüseynova.  Tat dilinin lüğət tərkibinin leksik-semantik təhlili

ümumidən xüsusiyə  doğru  getdikcə  budaqlanmalar  artır.  Məsə­

lən,  bitkiləri  ağaclar,  kollar,  dənli  bitkilər,  tərəvəz,  meyvə, 

yem bitkiləri,  dərman bitkiləri  və  s.  ayırmaq  olur.  Bü tün bunlar 

leksik-semantik  qruplara  bölünmənin,  təsnifin  çətinliyini  gös - 

tərir.  La kin  mürəkkəblik  təsnifatın  ixtiyari  şəkildə  aparılması­

na  əsas  vermir.  Quşlar bir məfhumdursa,  çöl  quşları  və  ev  quş - 

ları  bu  məfhum  qrupuna  daxil  edilməlidir.  Tat  dilinin  Quba 

ləhcəsinin  lüğət tərkibinin təsnifatında  ev və  çöl  quşlarının  ad - 

ları  bir  qrup,  quşların  bədən  üzvlərinin  adları  başqa  bir  qrup 

kimi  verilmişdir.  Yaxud  həmin  təsnifatda  ev  heyvanları  (X 

qrup),  çöl  hey vanları  (XI  qrup),  başqa  heyvanlar  (XII  qrup) 

şəklində  verilir.  Zənnimizcə,  təsnifatda  heyvanlar  qrupunu 

ayırmaq,  onun  tərkibində  ev,  çöl  və  baş qa  heyvanlar  yarım - 

qrup larını  ayırd  etmək  daha  məqsədəuyğun  olardı.  Başqa  bir 

irad  çarıq və  onun  hissələrini  bildirən  sözlərin  ayrıca qrup  kimi 

qeyd  olunması  ilə bağlıdır.  Belə  çıxır ki,  bütün  ayaq geyimləri­

nin  (ayaqqabı,  qaloş,  çəkmə və  s.)  hər biri  bir qrup  təşkil  etmə­

lidir.  Geyimlərin  bir qrupda  birləşdirilməsi  daha  məqsədəuyğun 

sayılmalıdır.  Qeyd  edilən  cəhət leksik-semantik qruplarının  düz - 

gün təyin  edilmədiyini  göstərir.

Dilin  leksik  sisteminin  vahidlərini  isə  müxtəlif  şəkildə 

qruplaşdırmaq  olar.  Məsələn,  S.Cəfərov  Azərbaycan  dilinin 

leksik  sistemini  forma və  məzmun  etibarı  ilə  söz  qrupları,  dilin 

mənşə  etibarı  ilə  lüğət  tərkibi,  aktiv  və  passivliyə  görə  lüğət 

tərkibi,  istifadə  dairəsinə  görə lüğət tərkibi,  üslubi  leksika kimi 

ayrı-ayrı  bölmələrdə tədqiq  etmişdir (20;  8,  63,  72,  83).

Bəzi  tədqiqatçılar Azərbaycan  dilinin  lüğət  tərkibini  işlə - 

dilmə  dairəsinə  görə  üç  qrupa  bölür:  1)  ümumişlək  sözlər;  2) 

məhdud  dairədə  işlədilən  sözlər;  3)  xüsusi  leksika.  Müəllif 

ümumişlək  sözləri  nitq  hissələrinin  xüsusiyyətləri  əsasında 

leksik-semantik  qruplara  ayırmışdır:  1)  ad  bildirənlər;  2)  əla - 

mət  və  keyfiyyət  bildirənlər;  3)  miqdar  və  qeyri-müəyyən  kə­

miyyət bildirənlər;  4)  bu və  ya  digər nitq  hissəsinin  yerində  iş -




21

Gülsüm Hüseynova.  Tat dilinin lüğət tərkibinin leksik-semantik təhlili

lənənlər;  5)  hal  və  hərəkət  bildirənlər;  6)  məkan  və  zaman  bil - 

dirənlər (28,  168-170).

«Dilin  leksik  sistemində  lüğət  tərkibinə  daxil  olan  bütün 

sözlərin  mövqeyi,  mahiyyəti,  mənşəyi,  söz  qrupları,  sözün  isti - 

fadə  dairəsi  və  üslubi  xüsusiyyətləri,  leksik  tərkibin  həcmi  və 

inkişaf prosesi  və  s.  öz  əksini  tapır»  (59,  24).  Dilin  lüğət tər ki- 

binə  dildən  istifadə  edənlərin  nitq prosesində  işlətdikləri  sözlər 

daxildir.  Bu  sözlərin müəyyən  meyarlar üzrə  qruplaşdırılır.  Lü - 

ğət tərkibinin belə bölgüsü  leksik-semantik təsnifatdı r.

Lüğət  fondu  müəyyən  sayda  sözlərdən  təşkil  olunur.  Dil 

inkişaf etdikcə  ondakı  sözlərin  miqdarı  artır,  lüğətə  yeni  söz - 

lər  daxil  olur.  Təzə  sözlərin  əmələ  gəlməsi  yeni  anlayışlarla 

bağlıdır.  Çağdaş  dövrümüzdə  yeni  anlayışlar  daha  çox  elmi - 

texniki  tərəqqi  ilə  əlaqədar  meydana  çıxır.  Eyni  zamanda,  cə - 

miyyət həyatındakı  dəyişmələr  də  dillərin  lüğət tərkibinə  öz tə­

sirini  göstərir.  Bu  prosesdə  heç  bir  dil  kənarda  qala  bilmir. 

Göstərilən  cəhətdən  Azərbaycan  tatlarının  dili  də  istisna  təşkil 

etmir.  Tat  dilinin  lüğət  tərkibi  də  daim  dəyişilir,  zənginləşir. 

Lüğət  tərkibinin  zənginləşdikcə  ondakı  sözlərin  qruplara  böl - 

güsünə  ehtiyac  artır.

«Yer üzündə  mövcud  olan  dillərin leksik  sisteminin  ümu - 

mi  mənzərəsini  iki  böyük tərkib  hissəsinə  ayırmaq  olar:  a)  ap- 

pelyativ  leksika;  b)  onomastik  leksika»  (35,  392).  Belə  bölgü 

şübhəsiz  ki,  bütün  dillərin,  o  cümlədən  də,  Azərbaycan  tatları­

nın dilinin lüğət tərkibinə  də  aiddir.

Onu  da  qeyd  etmək  lazımdır  ki,  onomastik  vahidlər  yal - 

nız  onomastik  lüğətlərdə  yer  alır.  Bu  sözlər  dilin  adi  lüğətləri­

nə  daxil  edilmir.  Appelyativ  leksika  isə  müxtəlif qruplarda bir­

ləşdirilə  bilər.  Burada  ilkin  tədqiqat üçün  iki  qrupu  fərqlən dir­

mək  özünü  doğruldur:  ümumişlək leksika,  terminoloji  leksika.

Ümumişlək  leksik  fonda  daxil  olan  sözlər  dilin  bütün 

funk sional  sahələrində  işlənən  sözləri  əhatə  edir.  Terminoloji 

leksika  isə  ayrı-ayrı  sahələrin  terminlərini  özündə  birləşdirir.




22

Gülsüm Hüseynova.  Tat dilinin lüğət tərkibinin leksik-semantik təhlili

Azərbaycan  tatlarının  elmi  dili  Azərbaycan  dilidir.  Ona  görə 

də  bu  dildə  əksini  tapan  terminlər  Azərbaycan  dilindən  və  ya 

Azərbaycan  dili  vasitəsi  ilə  alınır.  Azərbaycan  dilinin  termino - 

logiyası  həm  ümumi  planda,  həm  də  ayrı-ayrı  sahə  termino lo- 

giyaları  üzrə  tədqiq  edilmişdir.  Azərbaycan  tatlarının  dilində 

işlənən  terminləri  elm  sahələri  üzrə  qruplaşdırılması  və  ya  sa­

hələr üzrə  öyrənilməsi  terminoloji  tədqiqat baxımından  az  əhə - 

miyyətlidir.  Lakin  məsələnin  başqa bir  cəhəti  diqqəti  cəlb  edir, 

xüsusi  elmi-nəzəri  maraq  doğurur.  Azərbaycan  tatlarının  dilin - 

dəki  terminlərin  sahə  mənsubluğu,  onların  dilə  keçmə  səbəblə­

rini  aydınlaşdırmaq  elmi  üslubu  formalaşmamış  dillərdə  ter - 

minlərin  işlənməsinə  işıq  sala bilər.  Bu leksikanı  müəyyən  elm 

sahələri  üzrə  qruplaşdırmaq  mümkündürmü,  yaxud  tat  dilində 

işlənən  terminlər  müştərək  terminlərdir?  Terminlər ümumi  dün­

yagörüşlə  bağlıdır,  yaxud  spesifik  sahəyə  mənsubluqla  seçilir. 

Aydındır ki,  terminlərin müəyyən  qismi  ümumişlək  sözlərə  çev­

rilir.  Termin  dildə  işləklik qazanır,  ümumişlək leksik laya keçir. 

Çox  zaman termin  alındığı  dildə,  mənbə  dildə  ümumişləklik  qa - 

zanır və  başqa  dilə  keçir.  Tat  dilinə  bu  şəkildə  keçən  terminlər 

ümumişlək leksik vahid funksiyasını  da yerinə yetirir.

Dil  mürəkkəb  sistemdir.  Onun  şöbə  və  bölmələri  də  sis - 

tem  yaradır,  sistem  münasibətlərə  malik  olur.  Dilin  l eksikasın- 

da  sistemlilik  «semantik  sahələr»lə  əlaqəlidir.  «Leksikanın  sis - 

temliliyi  bir  sıra  ekstralinqvistik  və  linqvistik  amillərlə  bağlı­

dır.  Bunlardan  birincisi  obyektiv  gerçəkliyin  əşya  və  hadisələ - 

rinin  bir-biri  ilə  əlaqədar  olmasıdır.  İkinci  amil  insan  təfəkkü - 

rünün  sistemləşdirici  fəaliyyəti  ilə  bağlıdır.  Bu  fəaliyyətin  əsa - 

sını  qavrama  və  dərketmədə  eyniyyət  və  fərqlərə  əsaslanmaq, 

məchulu məluma görə tanımaq üsulu təşkil  edir»  (19,  3).

Dilin bütün  səviyyələrində  alınma ünsür və vahidlərə rast gə­

linir.  Bir dilin başqa bir dildən müəyyən ünsürləri,  vahidləri,  konst­

ruksiyaları  almasının  müxtəlif  səbəbləri  vardır.  Aparılmış  araşdır­

malar  göstərir  ki,  alınmalar  özünü  daha  çox  dilin  leksikasını  əhatə




Yüklə 1,97 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə