Gülsüm Hüseynova tat d I l I n I n L u g ə t


Gülsüm Hüseynova.  Tat dilinin lüğət tərkibinin leksik-semantik təhlili



Yüklə 1,97 Mb.
Pdf görüntüsü
səhifə18/30
tarix14.07.2018
ölçüsü1,97 Mb.
#55503
1   ...   14   15   16   17   18   19   20   21   ...   30

52

Gülsüm Hüseynova.  Tat dilinin lüğət tərkibinin leksik-semantik təhlili 

tat  dilində işləkdir.



Tana  -   Bir  çox  tat  ləhcələrində,  eləcə  də,  Azərbaycan 

dilinin  Qazax-Gəncə  şivələrində  «sırğa» mənasında işlənir. 

Əridib  qəlbində  qızıl  eşqini 

Könül  qulağınçın yaparkən  tana 

Şair ye ni-yeni  sözlər bulacaq,

Kainat olduqca,  şer olacaq  (M.Müşfiq).

Aşıq  Ələsgərin  yaradıcılığında  «sırğa»  mənasında  üç  söz 

qeydə  alınmışdır:  «Guşumda sırğadı,  sinəmdə  dağdı»,  «Guşun- 

da güşvarə,  qızıl tanası».

Güş  -   (quş)  «qulaq»  mənasındadır,  «Cüşvarə»  qulağa  ta­

xılan bəzək  əşyasının  adıdır  («sırğa»).  Talış  dilində bu  söz  qu- 



şovə  kimi  işlənir.

Digər  sənət  sahələrinə  aid  leksik vahidlər

İnsanların  məşğul  olduqları  sənət  və  peşələr  çoxdur.  Ay - 

rı-ayrı  xalqlarda  bu  sənətlərin  müəyyən  növləri  çox  yayılmış - 

dır.  Dabbaqlıq,  dulusçuluq,  zərgərlik,  boyaqçılıq  və  s.  sənət 

sahələri  də  tatların  məişətində  müəyyən  yer tutur.  Ona  görə  də 

bu  sahələrə  aid  terminlər  də  tat  dilində  gen-bol  təmsil  olun - 

muşdur.Tat  dilində  bu  sahələrdən  hər birinə  aid  terminlərə  rast 

gəlmək  olur.  Məsələn:  püst  «qoyun  dərisi»,  kər  «mal  dərisi», 



ləysən  «dəryaz»,  ahəşdun  «əhəng  qabı»,  vəlcə  «yarpaq»,  leş- 

zan  «leş təmizləyən  alət»,  tülə  «yunu tökülmüş  dəri»  və  s.  kimi 

sözlər  tat  dilində  dabbaqlıq  sənəti  ilə  bağlı  işlənən  terminlər­

dir.  Dəri  emalı  və  dəridən  istifadə  ilə  bağlı  bəzi  sənət  sahələri 

yaranmışdır.  Bu  sahələrlə  məşğul  olanların  peşəsini  bildirən 

sözlər  də  sənət  leksikasına  daxildir.  Məsələn:  çəkmədüz  «çək­

məçi».  çəkmə  +  düz  (duxtən//duxdən  «tikmək»  felindən).  Tat 

dilində palandüz  «palançı»,  «palantikən»  sözü də geniş işlənir.

Azərbaycanda  yayılmış  qədin  sənətlərdən  biri  də  dulus- 

çuluqdur.  Azərbaycan  tatlarının  məişətində  dulusçuluq  mühüm



53

Gülsüm Hüseynova.  Tat dilinin lüğət tərkibinin leksik-semantik təhlili

yer  tutmuşdur.  Du lusçuluq  məmulatı  rəngarəng  olub,  tatların 

məişətində  geniş  istifadə  olunur.  Tat  dilində  işlənən  dulusçu - 

luq  leksikasını  aşağıdakı  tematik  qruplara  ayırmaq  olar:  1)  du - 

lus çuluq  sənəti  növlərini  bildirənlər;  2)  dulusçuluqda  istifadə 

olunan  materialların  adları;  3)  dulusçuluqda  istifadə  olunan 

texnoloji  proseslərin  adını  bildirənlər;  4)  dulusçuluqda  istifadə 

olunan  alətlə r və  onların  hissələrinin  adları;  5)  du lusçuluq  mə­

mulatlarının  adları;  6)  dulusçuluqda  tətbiq  edilən  bəzək  və  na - 

xışların  adları.

Saxsı  məmulatı  istehsalının  meydana  gəlməsi  və bu  sənət  sa­

həsinin  uzun  müddət  davam  etdirilməsində  başlıca  rol  oynayan 

amillər  Azərbaycan  ərazisinin  zəngin  gil  yataqları  və  ucuz  odun 

ehtiyatına malik olmasından,  əhalinin ev məişətində dulus məmulat­

larına  zəruri  tələbatdan  ibarət  olmuşdur.  Zəngin  çeşidə  malik  olan 

dulus  məmulatı  labüd  məişət  ehtiyaclarını  təmin  etməklə  bərabər, 

həm  də  əlavə  gəlir mənbəyi  olmuşdur.  Azərbaycanın  dulus  ustaları 

müxtəlif növ gil  məmulatı:  su qabları,  təsərrüfat küpləri,  xörək qab­

ları,  çıraqlar,  qızdırıcı vasitələr,  su təchizatı vasitələri istehsal etmiş­

lər.  Təkcə  su  qablarının  bir  neçə  qrupu  yaranmışdı.  Su  daşımaq 

üçün  səhəng,  şəhrəng,  cürdək,  kuzə,  su  saxlamaq  üçün  müxtəlif 

ölçülü  küplər,  süfrədə  işlətmək  üçün  sürahi,  qurqur,  dolça,  parç, 

tayqulp,  yuyunmaq və dəstəmaz  almaq üçün lüləyin,  aftafa,  fəşir və 

s.  keçmiş məişətimizdə mühüm  yer tuturdu.  Mətbəx  qabları  arasın­

da  dizə  (saxsı  çölmək),  qazança,  küvəc,  piti  dopulan,  aşsüzən,  hə- 

limdan  və  s.  ləziz  milli  xörəklərin  hazırlanmasında  müstəsna  əhə­

miyyət kəsb  edirdi.  ...Təsərrüfat küplərinin forma və həcm  etibarilə 

bir-birindən  seçilən  müxtəlif növləri  (küp,  ləh,  ximçə,  qalğa,  küpə) 

yaranmışdır. Bu rəngarəngliyi  ağartı  qablarında (goduş,  ağartı dopu- 

su,  ximçə,  bəqqə,  bəsti,  dizə,  yağ  küpəsi,  xeyrə,  ləngəri  və  s.)  da 

müşahidə etmək olur (15).

Sənət  adları  da  alınma  ola bilər.  Sənətin,  bu  sənətlə  məş - 

ğul  olan  şəxsin  adını  bildirən  dulusçu,  dulusçuluq  terminləri­

nin  tat  dilinə  Azərbaycan  dilindən  keçməsi  ehtimal  olunur.  Bu




54

Gülsüm Hüseynova.  Tat dilinin lüğət tərkibinin leksik-semantik təhlili

sözlərə  artırılan  çu-  çu+luq  şəkilçilərinin  Azərbaycan  dilindən 

olması  da  bu  faktı  təs diqləyir.  Dulusçuluq  məmulatlarına  tələ­

bat  artdıqca,  onların  müxtəlif növlərinin  istehsalı  üzrə  ixtisas - 

laşma  getmişdir.  Nəticədə,  bu  sahənin  qollarını  təşkil  edən  sə - 

nət  növləri  formalaşmışdır.  Bu  növlərdən  biri  «lüləçilik»  adl a­

nır.  Həmin  sənətlə  məşğul  olan  şəxsi,  sənətkarı  «lüləçi»  adlan - 

dırmışlar.  Lülə  tat  dilində  «boru»  mənasındadır.  Dialektlərdə 

«lülə»  sözü  işlənir.  Beş dənə  arşınnıx  lülə aldım; Dağdan  suyu 

lüləynən  gətirdilər  -   (Şəki).  Bakı  və  Salyan  dialektində  lül 

sözü  üç  mənada işlənir.  Bunlardan  ikisinin  lülə  ilə bağlılığı  aş­

kardır.  Lül -   «dar».  Paltar  əynində  çox  lül görünür -   (Salyan). 

Lül  -   «boru  şəklində».  İki  püt  lül  qəley  aldım  -   (Bakı)  (3, 

373).  Talış  dilində  uşaq  beşiyində  sidiyin  axıb  getməsi  üçün 

istifadə  olunan  xüsusi  boru  şəkilli  əşya  «lülə»  adlanır.  Lülə 

saxsıdan  və  ağacdan  düzəldilir.  Əvvəllər  daha  çox  saxsıdan 

hazırlanmışdır.  Ümumiyyətlə,  lül  sözünün  boru  şəkilli  olmanı 

ifadə  etməsi  özünü  başqa  sözdə  də  göstərir.  Məsələn,  bu  ünsü - 

rə  lüleyin  -   «aftafa»  sözündə  də  rast  gəlirik.  Əsasən  Culfa, 

İsmayıllı  şivələrində  qeydə  alınmışdır.  Lahıc  tatlarının  dilində 

bu  söz  eyni  fonetik  tərkibdə,  eyni  mənada  işlənməkdədir. 

Məs.:  İn  lüleyin  ə  tərəf Haci  Nağı  rost  soxta  bire.  «Bu  aftafa 

Hacı Nağı  tərəfindən  düzəldilmişdir»  və  s.

Dulusçuluqda  müxtəlif  materiallardan  istifadə  olunur. 

Dulus  məmulatına  aşağıdakı  təsərrüfat  və  məişət  əşyaları  da - 

xildir.  Su  qabları:  səhəng,  bardaq,  cürdək,  şəhrəng,  kuzə,  küp, 

dolça,  qurqur,  sürahı,  tayqulp,  parç,  lüləyin,  fəşir,  aftafa;  mət­

bəx  qabları:  qazança,  küvəc,  çölmək,  piti  dopusu,  aşsüzən,  hə - 

limdan;  çörək  və  çörəkbişirmə  vasitələri:  təndir,  kiranə-kiyə, 

manqal,  sac,  kürə  (xörək  kürəsi,  zəfəran,  zərgər  kürələri);  tə - 

sərrüfat küpləri  (küp,  ləh,  küpə,  qalğa,  ximrə,  bəqqə,  bəsti,  yağ 

küpəsi  və  s.  (46,  54).

Təbii  materialın  asanlıqla  əldə  olunması  bəzi  sənət  sahə - 

lərinin  daha  qədimdə  yaranmasına  səbəb  olmuşdur.  Bu  baxım-




Yüklə 1,97 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə