Gülsüm Hüseynova tat d I l I n I n L u g ə t


Gülsüm Hüseynova.  Tat dilinin lüğət tərkibinin leksik-semantik təhlili



Yüklə 1,97 Mb.
Pdf görüntüsü
səhifə26/30
tarix14.07.2018
ölçüsü1,97 Mb.
#55503
1   ...   22   23   24   25   26   27   28   29   30

75

Gülsüm Hüseynova.  Tat dilinin lüğət tərkibinin leksik-semantik təhlili

ni,  nəzəri  əsaslarım,  tədqiqi  yol larını  hərtərəfli  aydınlaşdırmış, 

onomalogiya  ilə  bağlı  dilçilər  qarşısında  duran  və zifələrin  tam 

spektrini  açmışdır.  Tədqiqatçı  başqa  dillərə  məxsus  onomastik 

vahidlərə  də  yer  ayırmış,  bu  sahədə  tədqiqatların  əhəmiyyətini 

qeyd  etmışdır:  «Di limizin  leksikasına  başqa  lüğəvi  vahidələrlə 

bərabər,  bir  sıra onomastik vahidlər  də  daxil  olmuşdur.  Onların 

dilimizə  keçmə  tarixi  olduqca  müxtəlif  dövrlərə  təsadüf  edir. 

Dilimizin  onomastik  sistemini  müəyyən  dövrlər  üzrə  araşdırıb 

tədqiq  etmək,  başqa  dillərə  məxsus  xüsusi  adların  mənşəyini 

müəyyənləşdirməklə,  çox  mühüm  elmi  nəticələrə  gəlmək  o lar. 

Müasir  Azərbaycan  dilçiliyi  bü  barədə  hələ  öz  sözünü  demə - 

mişdir»  (16,  316).

Azərbaycan  onomastik vahidlərinin  arasında Azərbaycan­

da  yaşayan  başqa  xalqların  dillərində  olan  bir  sıra  onomastik 

vahidlər  qeydə  alınır.  Bu  ono malogiyanın,  demək  olar  ki,  bü­

tün  şöbələrində  (antroponimiya,  etnonimiya,  topo nimiya,  hid- 

ronimiya,  zoonimiya)  əksini  tapır.  Azərbaycan  dilində  baş qa 

dillərdən  alınmalar  antroponimiyada  daha  geniş  yayılmışdır. 

Başqa  dillərə  aid  onomastik  vahidlərin  tədqiqi  prosesində 

dillərin  qarşılıqlı  əlaqəsi  nəticəsində xüsusi  adda izlərini  sax la- 

yan  bir  sıra  linqvistik  və  ekstralinqvistik  hadisələri  üzə  çıxar - 

maq  olur.  Alınma  və  ya  tərkibində  alınma  ünsür  olan  ono mas- 

tik  vahidlərin  tədqiqi  bu  cəhətdən  də  xüsusi  əhəmiyyət  kəsb 

edir.  Qeyd  olunduğu  kimi,  Azərbaycan  onomastikasında  tat 

dili  ilə  bağlı  bir  sıra  vahidlər  aşkar  edilir.  «Bakı  ətrafında  bir 

sıra tatdilli  toponimlər  mövcuddur.  Məsələn:  Şubanı,  Zuğulba, 

Zirə,  Dübəndi,  Gürgan,  Şüvəlan,  Biləcəri,  Balaxanı,  Bilgəh, 

Kürdəxanı  və  s.  İsmayıllı  rayonu  ərazisində  rast  gəlinən  bəzi 

yer  adları  da  İran  qrupu  dillərinə  aid  topo nimlərdəndir.  Məsə­

lən:  Ərəkit,  Qərçə,  Uştal,  Mücühəftəran,  Keşxurt,  Kənzə,  Balik, 

Güyüm,  Əhən,  Duvaryan,  Qoydan,  Ximran,  Bilistan,  Bəhliyan, 

Kirk,  Mingə və  s.»  (37,  318).

Tat  dilinin  onomastikası  iki  aspektdən  tədqiq  oluna bilər.




76

Gülsüm Hüseynova.  Tat dilinin lüğət tərkibinin leksik-semantik təhlili

Birinci  aspekt  bilavasitə  tat  dilinə  məxsus  onomastik vahidləri 

ayırıb,  ayrı-ayrılıqda  antroponimlər,  toponimlər,  hidronimlər 

və  s.  üzrə  qruplaşdırmaqla,  araşdırmağı  tələb  edir.  Bu  cəhət, 

dünyada  yayılmış  dillərdən  biri  olan  tat  dilinin  tədqiqi,  dünya 

dillərinin  inkişaf  xüsusiyyətlərini  öyrənmək,  ümumiyyətlə  dil 

sistemində  gedən  pro seslərə  aydınlıq  gətirmək,  dillərarası  əla - 

qələrin  xüsusiyyətlərini  müəyyənləşdirmək  baxımından  əhə­

miyyət  daşıyır.  İkinci  aspekt  Azərbaycan  ərazisində  tat  dili  ilə 

bağlı  müşahidə  olunan  onomastik  vahidləri  araşdırmaqla  əla - 

qəlidir.  Məsələyə  bu  şəkildə  yanaşma  Azərbaycan-tat  dil  əla­

qələrinin  öyrənilməsi  üçün  lazımlı  məsələlərdəndir.  Bununla 

yanaşı,  xüsusi  adların  mənşəyi  məsələsinə  aydınlıq  gətirmək, 

fərqli  fikir  və  mülahizələrin  daim  müqayisəli  şəkildə,  tarixi - 

coğrafi  faktlar,  etimoloji  təhlil  zəminində  işlərin  aparılmasını 

tələb  edir.

Onomastik  vahidlər  arasında  toponimlərin  xüsusi  yeri 

var.  Toponimlər  təkrarlanan  ola  bilir.  Təkrarlanan  toponimləri 

bir-birindən  fərqləndirmək  məqsədilə  fərqləndirici  sözdən  is ti- 

fadə  edilir.  Bir  sıra  toponimlərin  tərkbində  xalqın,  etnosun, 

tayfanın  adı  durur.  Azərbaycanda  təkribində  «tat»  sözü  olan 

bir neçə toponim  var:  Tatlar  (Kəlbəcər,  Ağdaş),  Tatlı  (Ağstafa, 



Samux).  Qeyd  olunan  toponimlər  sırasında  Tatoba  (Lənkəran), 

Tatoni  (Lerik),  Tatyanoba  (Masallı)  toponimlərinin  də  veril­

məsi  hallarına  da  rast  gəlirik.  Lakin  sonuncuların  «tat»  etnik 

qrupu ilə bağlılığı  yoxdur.  Bu  toponimlərin tərkibində  işlənmiş 

tat  sözü  talış  dilindən  olub,  «isti»  mənasındadır.  Yaşayış  məs - 

kənindəki  isti  su  bulaqları  da  bu  fikri  təsdiqləyir.  Tatlar  və 



Tatlı  toponimlərinin  izahı  ilə  bağlı  fərqli  fikirlər  müşahidə 

olunur.  Kəlbəcər  və  Ağdaş  rayonlarındakı  Tatlar  kəndlərinin 

adı  «İrandangəlmə»  tatlar  nəslinin  adı  ilə  bağlanır.  Tatlı 

(Qazax)  kəndinin  adı  isə  «əkinçi,  biçinçi,  oturaq  həyat  ke çi- 

rən»  mənasında  izah  olunur və  onun  tat  etnik  qrupu  ilə  bağlılı­

ğının  olmadığı  göstərilir (13,  458).  Burada bir məsələyə  aydın-




77

Gülsüm Hüseynova.  Tat dilinin lüğət tərkibinin leksik-semantik təhlili

lıq  gətirmək,  onun  üzərində  dayanmaq  lazım  gəlir.  Q.Qeybul- 

layev  əsərində M.Kaşqa riyə  istinadla  qeyd  edir ki,  türklər fars - 

ca  danışanları  «tat»  adlandırmışlar.  Təd qiqatçıların  fikirlərinə 

görə isə,  «tat»  sözünün  ilkin  mənası  «iranlı»,  «iranca danışan», 

«oturaq  həyat  keçirən»,  «əkinçi»  olmuşdur  (54,  181).  Ağstafa 

və  Samux  ərazisindəki  Tatlı  toplonimlərinin  izahında  da  bu 

fikir  əsas  götürülmüşdür.  Əlbəttə,  ilkin  məna  bu  cür  qəbul 

olunsa belə,  sözün  «tat»  etnik  qrupu  ilə  bağlılığını  inkar  etmək 

olmaz.  Çünki  tatlar həm  İran  dillərindən birində  danışmış,  həm 

İrandangəlmə  olmuş,  həm  də  oturaq  həyat tərzi  keçirmiş,  əkin - 

çiliklə  məşğul  olmuşlar.

Qərbi  Azərbaycan  ərazisində  Tatluqışlaq  adında  yaşayış 

məskəninin  adının  Tatlu  tayfasının  adından  götürülməsi  və  bu 

tayfanın  orta  əsrlərdə  Anadoluda  yaşamış  Ulu  Yeruk  tayfa  bir - 

ləşməsinin  Tatlu  qolundan  olması  haqqında  fikir var  (16,  382). 

Yuxarıda  İran  Azərbaycanı  ərazisində  Tatqışlaq  toponiminin 

olması  haqqında  məlumat  vermişdik.  Bu  toponimin  tərkibində 

«tat»  və  «qışlaq»  tərkib  hissələri  var.  Qərbi  Azərbaycan  əra zi- 

sində  mövcud  olmuş  «Tatluqışlaq»  şəklində  olan  toponimin  də 

tərkibində  «tatlu»  və  «qışlaq»  tərkib  hissələri  mövcuddur.  Hər 

ehtimala  görə,  bu  iki  toponim  eyni  əsaslar  zəminində  for ma- 

laşmışdır.  Nəzərə  almaq  lazımdır  ki,  Kəlbəcər  rayonundakı 

Tatlar kəndi  Qərbi  Azərbaycan  ərazisindən köçənlər tərəfindən 

salınmış  yaşayış  məskəni  olmuşdur.  Yeri  gəlmişkən  onu  da  de - 

mək  vacibdir  ki,  ermənilərin  monomillətçilik  siyasəti  yalnız 

türklərə  qarşı  çevrilməmişdir.  Qərbi  Azərbaycanda  yaşamış 

başqa  xalqların  nümayəndələri  də  zaman-zaman  erməni  daş- 

naqlarının  zülmünə  məruz  qalmış,  onlar  da  yaşadıqları  əra zi- 

lərdən zorla  çıxarılmış,  ermənilərin törətdikləri  qırğınların  qur­

banı  olmuşlar.

Tərkibində  tat  dilinə  aid  sözlər  olan  bəzi  onomastik  v a­

hidləri  nəzərdən  keçirərkən  onların  bir  qisminin  Azərbaycan 

toponimikasında əsaslı  şəkildə yer tutması  aydın  olur.  Bu topo-




Yüklə 1,97 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə