Gülsüm Hüseynova tat d I l I n I n L u g ə t


Gülsüm Hüseynova.  Tat dilinin lüğət tərkibinin leksik-semantik təhlili



Yüklə 1,97 Mb.
Pdf görüntüsü
səhifə24/30
tarix14.07.2018
ölçüsü1,97 Mb.
#55503
1   ...   20   21   22   23   24   25   26   27   ...   30

69

Gülsüm Hüseynova.  Tat dilinin lüğət tərkibinin leksik-semantik təhlili

Müri  -   «çiyələk».  Əksər  tat  şivələrində  geniş  şəkildə  iş -

lənir.


Əngəbuy -  «nanəyəoxşar bal  iyi  verən  mədəni  bitki».  Tat 

dilində  əng  «arı»,    «şəkilçi»  və  buy//bu  «iy,  qoxu»  his sələ­

rindən.

Zəncirəbənd -  «armud  növü».

Dumbul  gavalı  -   «iri  gavalı  növü».  Mürəkkəb  sözün  bi - 

rinci  tərəfi  /dumbul/ «ətli,  iri,  gombul»  deməkdir.



Məməbizi  -   «xırda və  uzunsov  alça  növü».  Məmə  «döş», 

büz  «keçi»,  -i  sözün  motivi  «keçiəmcəyi»  keçi  məməsindən 

ibarətdir.  Məlum  olduğu  kimi,  Azərbaycan  dilində  «keçiəmcə­

yi»  adlı  üzüm  növü  var.  Tat  dilinin  Quba  ləhcəsində  məməbüzi 

(hərfən:  «keçiməməsi»)  eyni  zamanda,  həm  çiyələyin  və  həm 

də  böyürtkənin  müvafiq  əlamətlə  səciyyələnən  bir  növünə  də 

deyilir.


Püspüsə -   «gavalı  növü».  Bu  söz tat dilində  həm  də  «xır - 

da hissəcikli  quru,  rahat  ovulan  şey»,  «girmiç»  deməkdir.



Qarq  -  «qozun yaşıl  qabığı»  («qoaq»).

Bəlyabağı  -   «balqabaq».  Əsasən  Abşeron,  Quba,  Qonaq - 

kənd  ləhcələrində  geniş  işlənir.  Məs:  Ə  bəlyəbağı  yeqdə  qutab 

nezim. «Balqabaqdan bir az  qutab  bişirək» və  s.

Cıbrıx  -   «çılpaq»,  «qərzəksiz,  qərzəkdən  çıxmış  qoz, 

fındıq,  şabalıd».  Cıbrıxdan çıxmaq  «susuzluqdan yanmaq».  Tat 

ləhcələrində  də  bu  söz  cıbrığıdərmoran//cıbrıx durmarən  «cıb- 

rığı  çıxmaq,  susuzluqdan  yanmaq»  mənasında  geniş  işlənir. 



Cıbrıx  sözü  Azərbaycan  şivələrində  də işlənir.

Çətənə  -   «ləpəsi  çətin  çıxan».  İn  xoçəməzə  həmeyi  çətə- 

neyi.  «Bu  qozun  hamısı  çətənədir».  Azərbaycan  dialekt  və  şi- 

vələrində  də bu  söz  eyni  mənada işlə nir  (4,  102).



Gəlinbarmağı  -   Bakı  dialektində  bu  söz  üzüm  növünü 

bildirir.  İsmayıllı  şivəsində  isə  xüsusi  əhəmiyyəti  olan  yabanı 

bitkinin  adı  kimi  işlənir.  Tat  dilində  bu  sözün  qarşılığı  «pəlpə- 

tənyon»dur.




70

Gülsüm Hüseynova.  Tat dilinin lüğət tərkibinin leksik-semantik təhlili

Qaqalaxırdi  -   «dəvədabanı».  Hər  iki  mürəkkəb  sözün 

motivi  eynidir.



Tat  dilində tibb  terminləri

Tibbə  aid  termin  və  ifadələr  tat  dilində,  əsasən,  xəstəlik­

lərin  adından  ibarətdir.  Məsələn:  çüməürə//çümörə  «göz

xəstəliyi»  (çüm  «göz»,  öürə//örə  «duman»);  zərdi  «sarılıq» 



(zərd  «sarı»  sözündən);  qulə//olə  «çiçək»  (ou/o  «su»,  -  

kiçiltmə  bildirən  şəkilçi);  xuruzyek//xuruzek  «inaq»  müq.  et: 

Azərb.  dial.  xoruzəkzərdou//zərdo  «yaradan  axan  sarı  su,  irin»; 

bu  fakt  sözün  motivində  öz  əksini  tapmışdır:  «Zərd»  +  «ab» 



isbirə  «insan  ağzının  kənarlarında  əmələ  gələn  ağ  rəngli  yara» 

(isbirə  «ağ,  ağrəngli»,    şək).

Dini terminlər

Dinlə,  islamla bağlı  söz və terminlərin,  demək olar ki,  əksə­

riyyəti  ərəb  mənşəlidir  və  Azərbaycan  dili  va sitəsi  ilə  tat  dilinə 

keçmişdir.  Məsələn:  məllö  «molla»,  cənnət  «cənnət»,  cəhənnəm 

«cəhənnəm»,  imom  «imam»,  dəfn  «dəfn»,  türbət «türbə»,  qurbon 

«qurban»,  düö  «dua»,  qurön  «quran»,  şiyə  «şiə»,  sünni  «sünnü», 



müsülmun  «müsəlman»,  məzor  «məzar»,  mələk  «mələk», 

cənəmoz  «canamaz»,  peyğumbər  «peyğəmbər»,  xudo  «allah», 

seyid «seyid» və  s.

Kənd  təsərrüfatı  ilə  bağlı  terminlər

Tat  dilində  kənd  təsərrüfatının  müxtəlif  sahələrinə  aid 

terminlər  mövcuddur.  Vaxtilə  bu  sahələr  peşə,  sənət  sə viyyə- 

sində  olmuşdur.  İndi  də  əhalinin  müəyyən  bir  hissəsi  bu 

sahələrlə  peşə  kimi  məşğul  olur.  Belə  sahələr  arasında  arıçılıq, 

quşçuluq,  qoyunçuluq  və  s.  qeyd  edə  bilərik.  Bu  sahələrdə




71

Gülsüm Hüseynova.  Tat dilinin lüğət tərkibinin leksik-semantik təhlili

işləyənlərin  leksikasında  kənd  təsərrüfatına  aid  müxtəlif 

vasitələrin  adları  işlənir.  Kənd  təsərrüfatı  alətləri,  kənd 

təsərrüfatı  üçün  nəzərdə  tutulmuş  tikililər,  istehsal  prosesində 

alınan  məhsulların  adları  bu  leksikanın  tər kib  hissələrini  təşkil 

edir.  Məsələn:  saqot  «dəhrə»,  təvər  «balta»,  tapançü  «belə 

bənzər  alət»,  xiyəh  «kürk»,  bilinc  «yaba»,  qartanqa  «yüyən», 

damdamundan  «körükü  basmaq»,  köydun  «tövlə»,  məbrəd 

«yeyə»,  rəncbəri  «əkinçilik»,  «rəncbərlik»,  sərgin  «peyin», 



xırş  «ağuz»  (doğmuş  heyvanın  ilk  südü)  və  s.  Kənd  təsərrüfatı 

sahəsində işlədilən bir neçə termini  nəzərdən  keçirək.



Ağıl/ağul  -   «yayda  mal-qara  saxlamaq üçün  ətrafı  çəpərə 

alınmış  açıq  yer»;  «qışlaqda  qoyunlar üçün  qamışdan  hazırlan­

mış  yer.  Məs.:  Mərəqoya  amarund  bə  ağul  (Dəv.)  «Qoyunlar 

ağıla gəldi».



Qilində  -   İsmayıllı 

şivəsində  «heyvanın  boynuna 

keçirilən  dairəvi  ağac»  mənasında  qeydə  alınmışdır.  Tat 

ləhcələrində  bu  söz  «boyunbağı,  muncuq»  mənalarını  da 

bildirir.

Xarazan  -   «kotana,  arabaya  qoşulan  öküzlərin  birinci 

cütü».


Bəhərxır  -   Bakı  dialektində  bu  söz  «müvəqqəti  bağ 

kirayə  götürən  adam»  mənasında  qeydə  alınmışdır.  Tat  dilinin 

Abşeron  ləhcəsində  xiran  «almaq»  mənasında  işlənən  feldir. 

Belə  düşünmək  olar  ki,  «Bəhərxır»  sözünün  tərkibindəki  «xır» 

komponenti  məhz bu  fellə bağlıdır.

Tatların  məşğul  olduğu  sahələrdən biri  də  arıçılıqdır.  Ona 

görə  də  tat  di lində  arıçılıqla  bağlı  bir  sıra  leksik  vahidlər  işlə - 

nir  ki,  onlar  terminoloji  səciyyə  daşıyır.  Məsələn:  əng  «arı», 



əngdor  «arıçı»,  soya,  birin  «arı  səbəti»,  şum  «şan»,  dərəmum 

«arının  səbətin  qapısını  mumla  örtməsi»,  şah  «ana  arı»,  kələsər 

«erkək  arı»,  ləşgər  «işçi  arı»,  vəçə  əng  «arı  balası»  (vecəsi), 

əssəl  «bal»,  nüne  «yuva»,  şəhəkü  «çarpaz  ağac»  və  s.  Tat  dili­

nin  arıçılıq terminlərindən bir neçəsini  nəzərdən  keçirək.




Yüklə 1,97 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə