Gülsüm Hüseynova tat d I l I n I n L u g ə t



Yüklə 1,97 Mb.
Pdf görüntüsü
səhifə25/30
tarix14.07.2018
ölçüsü1,97 Mb.
#55503
1   ...   22   23   24   25   26   27   28   29   30

72

Gülsüm Hüseynova.  Tat dilinin lüğət tərkibinin leksik-semantik təhlili

Kələsər  -   Tat  dilində  bu  söz  «işçi  arı»  mənasında  qeydə 

alınmışdır.  Dialekt və  şivələrdə «işçi  arı»;  «təzə  əkilmiş tənək» 

mənalarına rast gəlinir.

Vəcə  -   Tat  dilində  bu  söz  yeni  əmələ  gəlmiş  arı  ailəsi 

mənasında  işlənir.  İ.Tahirov  həmin  sözü  geniş  təhlil  etmişdir. 

Tat  dilindən  keçməsi  ehtimal  olunur.  Məlumdur  ki,  qədim  İran 

dillərində  sözönü  v  səsini  saxlayan  dillərdən  biri  də  tat  dilidir. 

Qədim  İran  dillərində  sözönü  vtarixi  inkişaf  prosesində  fars, 

tacik və  s.  dillərində  b  səsinə  keçmişdir  (72,  89).  Sözönü  v talış 

dilində  də  qalmışdır  (63,  228).  Əyanilik  xatirinə  bir  misala 

diqqət yetirək.

Haqqında  danışdığımız  vəcə  sözü  orta fars  dilində  vaççağ 

şəklində işlənmişdir  (73,  85).  Vəcə  sözünün  müasir fars  dilin də 

qarşılığı  bəççe-dir.  Qanunauyğun  olaraq,  orta  fars  dilindəki 

vmüasir  fars  dilində  b-yə  keçmişdir.  Azərbaycan  dilində  beçə 

«cavan  xoruz»  sözü  də  işlənir.  Bu  fonetik və  semantik va riant- 

ların  tarixən  bağlı  olmasına  heç  bir  şübhə  yoxdur.  Ancaq  bil - 

mək  lazımdır  ki,  ədəbi  dil  və  dialektlərin  yolu  heç  də  həmişə 

bir-birinə  uyğun  gəlmir.  Belə  ki,  ədəbi  dildə  səs  dəyişmələri 

baş  verdiyi  hallarda  belə,  dialektlərdə  köhnə  «for mat»  özünü 

mühafizə  edə bildir.  Lakin  b-v  əvəzlənməsi  Quba  dialekti  üçün 

və,  ümumiyyətlə,  şərq  qrupu  dialekt  və  şivələri  üçün  xarak te- 

rik  deyil.

Bu  hadisə,  əsasən,  qərb  və  qismən  şimal  qrupu  dialekt  və 

şivələrində  aiddir  (48,  86).  Doğrudan  da  Şəkidə  və  Göyçayda 

«yeni  əmələ  gəlmiş  arı  ailəsi»  mə nasında veçe  sözü  işlənir  (31, 

199;  52,  27).

Tat  dilində  vəcə  «bala,  körpə»  deməkdir  (26,  103).  Quba 

dialektində  həmin  söz  daha  da konkretləşərək,  «körpə  arı»  an la- 

mında  işlənir.  İsmayıllı  rayonu  şivələrində  isə  vəcə  keçi  balası­

na deyilir.  -  Bugün vəcələr yaxşı  otdadı  (50,  66-67).

Qeyd  etmək  lazımdır  ki,  İran  dillərində  vəçə  təzə  pöhrə­

lərə  deyilir.  Bəzən  kiçik uşaqlara  «vəçə»  deyilir.  Məsələn  talış




73

Gülsüm Hüseynova.  Tat dilinin lüğət tərkibinin leksik-semantik təhlili

dilində:  In  əğılon  əçey  vəçonin  «Bu  uşaqlar  onun  balalarıdır». 

Talış  dilində  vəçə-xıçə  qoşa  sözu  də işlədilir ki,  bu  da  «pöhrə  -  

budaq»,  «şax -  ğudaq»  mənasındadır.

Oğuz  və  Qəbələ  rayonlarında  fındıq  kolunun  dibindən 

çıxmış  təzə  zoğlara  beçə  deyirlər.  Məhsul  bol  olsun  deyə  beçə­

ləri  kəsirlər.  Beçələri  böyüyəndən  sonra  çıxarıb  əkmək  olur.

Biz  hiss  edirik  ki,  beçə/veçə  sözündən  lazım  olduğundan 

artıq  danışdıq.  Hər  halda  burası  inkar  edilməzdir  ki,  bu  ifadə 

də  sözdür  və  hər bir  söz  kimi,  dildə  müxtəlif əlaqə  və  münasi­

bətlərdə  olur.

Coğrafiya və astronomiya  ilə  bağlı  terminlər

Bu  qrupdan  olan  leksik  vahidlər  də  tat  dilində  müəyyən 

qrup yaradır.  Onlardan bəzilərini  nəzərdən keçirək.

Çırcır  -   «şəlalə».  Tat  dilində  ş~ç  əvəzlənməsi  baş  ver - 

mişdir:  çırçır~çurçur~çurçura  (-a  şəkilçisi  tat  dilində  adlardan 

ad  düzəldən  şəkilçidir.  Məs:  çox  «çax».  -   Çoxa  «budaq»,  ruz 

«gün»  ~  ruza  «orucluq»,  dəst  «əl»  ~  dəstə  «yeniyetmə  uşaq» 

və  s.  (29,  67).  Burada  səstəqlidi  sözdən  düzəltmə  ad  yaran - 

mışdır.


Cıqqırığ -  (güclə  çıxarılan)  (Lah.,  Məl.)  «səs».

Daracağ -   «keçid,  dağ keçidi»,  «gədik»,  «aşırım».

Adına  -   «cümə  axşamı».  Azərbaycan  dili  dialekt  və  söz­

lərində  də işlənir.



Tousdum  -   (Ab.)  «yay».  Bə  tousdum  bağ  lap  pirvayı  bi - 

rənü.  «Yayda  ora  lap  qiyamət  olur».  Müq.  et:  fars.  tabestan. 

«Yay»  mənası  tat  ləhcələrində  hamin//homin  sözünə  də  məx­

susdur.


Tat  dilində  təbiət  hadisələri  ilə  bağlı  terminlər  sırasına 

abi-bahar//obi  bohor  «bahar  suyu»,  əvvəlin  bahar//əvvəlin  bo - 

hor  «ilk  bahar»,  tiri  kamon  «göy  qurşağı»  kimi  söz  və  termin­

lər də  daxildir.




74

Gülsüm Hüseynova.  Tat dilinin lüğət tərkibinin leksik-semantik təhlili

Tat  dilində  təbiət  obyektlərinin  adlarını  bildirən  bir  çox 

sözlər  var  ki,  on ların  əksəriyyəti  ümumiran  mənşəli  olub,  coğ­

rafiyaya  aid terminoloji  leksika  sə ciyyəsi  daşıyır.



Tat  dilinin  onomastik leksikası

Onomastik vahidlər alınma ola bildiyi  kimi,  onların tər ki- 

bində  alınma  sözlər  də  işlənə  bilir.  Alınma  onomastik  vahidlər 

və  alınma  sözlərin  köməyi  ilə  düzələn  onomastik  vahidlər  bir- 

birindən fərqli  anlayışlardır.

Müasir  tat-müsəlmanların  əcdadları  İranda  yaşamışlar  və 

orada  indi  də  tatlar  yaşayır.  V.İ.Savina  müasir  dövrdə  İranda 

tatların  farslarla  qarışaraq,  assi milyasiyaya  uğradığını  qeyd  et­

mişdir  (76,  143).  Buna  baxmayaraq,  ərazidə  tat  adı  və  tat  dili 

ilə  bağlı  onomastik  vahidlər,  o  cümlədən  toponimlər  az  deyil. 

İran  Azərbaycanında  Tatkəndi,  Tatlar,  Tatqışlaq,  Tatxa  kimi 

toponimlər  qeydə  alınır.  A.Qurbanov  qeyd  edir ki,  dildə  hər bir 

xüsusi  ad  -   onomastik  vahid  ictimai-tarixi  inkişafın  məh sulu­

dur.  Xüsusi  adlar keçmişin izlərini  özündə mühafizə  edib,  müasir 

zamana  kimi  gətirib  çıxaran  real  faktlar,  tarixin  canlı  izləridir 

(36,  3).

Azərbaycanın  xüsusi  adlar  sistemində  tat  etnonimi  ilə 

bağlı  bir  sıra  ono mas tik  vahidlər yer  tutur.  T.Əhmədov  bu  mə - 

sələ ilə bağlı  olaraq  yazmışdır:  «Tat toponimlərinə  tatların  mü - 

əyyən  yerlərdə  kompakt  və  əsasən  isə  azərbaycandilli  əhali  ilə 

qarışıq  şəkildə  Dərbənd-Quba-Dəvəçi-Siyəzən-Xızı-Abşeron 

zonalarında  ara-sıra  təsadüf olunur.  Bu  qrup  toponimləri  fərq - 

ləndirən  cəhət  tərkiblərində  ən  çox  dahar  «qaya»,  o  «su»,  di 

«kənd»,  təng  «dar»,  sər  «üst,  baş»,  xar  «yer»  və  s.  söz  və  ter- 

minlərin  işlənməsidir:  Xaruşə,  Gəndov/Gəndo,  Nügədi  və  s.» 

(23,  69).

A.Qurbanov  Azərbaycan  onomalogiyasının  əsaslarını  sis - 

temli  şəkildə  araşdırmış,  bu  sahənin  prinsip  və  xüsusiyyətləri-




Yüklə 1,97 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə