Gülsüm Hüseynova tat d I l I n I n L u g ə t


Gülsüm Hüseynova.  Tat dilinin lüğət tərkibinin leksik-semantik təhlili



Yüklə 1,97 Mb.
Pdf görüntüsü
səhifə28/30
tarix14.07.2018
ölçüsü1,97 Mb.
#55503
1   ...   22   23   24   25   26   27   28   29   30

81

Gülsüm Hüseynova.  Tat dilinin lüğət tərkibinin leksik-semantik təhlili

(baş-ayaq),  aş futolı  «əvəlik  aşı»,  qilinpiyoz  «kartof-soğan  qı­

zart ması»,  nun  tari  «kartof supu»,  həlisə  «ətli  hədik»,  mixləmə 

«qayğanaq»  və  s.),  paltar,  ayaqqabı  və  parça  adları  (şe  «köy­

nək»,  ru  şey  «üst  köynəyi»,  zir  şey  «alt  köynəyi»,  zir  şalvar 

«alt  şalvarı»,  ostin  «köynəyin  qolu», püstin  «şuba»,  kisə  «cib», 



çarşö  «çarşab»,  çaxşür  «corab»,  olat  «paltar»,  ləçəy  «ləçək», 

şalvor  «şalvar»,  çit  «çit  parça»,  külmaxmar  «gülməxmər»,  qe- 

yiş  «qayış,  toqqa»,  paltok  «palto»,  dəsmol  «dəsmal»,  sədəf 

«düymə»),  məişətdə  istifadə  olunan  əşyalar və  qab-qacaq  adla­

rı  (bilmə  «boşqab»,  bəsti  «güyüm»,  satıl «mis  su  qabı»,  qaqala 

«saxsı  banka»,  ləif «yorğan»,  nolin  «döşək»,  abgərdun  «abgər- 

dən»,  nəəlbəki  «nəlbəki»,  məştəfə  «aftafa»,  aşpəlö  «aşsüzən», 

ərsin  «ərsin»,  istikon  «stəkan»,  qəməti  «ət  baltası»,  müq.et: 

azərb.  qəməlti  «böyük  çörək  bıçağı»,  korda  «bıçaq»,  qeyçi 

«qayçı»,  qaşuğ «qaşıq»,  qacqun  «qazan»,  bolış  «balış,  yastıq», 

xolinçə  «xalça»,  miz  «stol»,  ustul  «stul»,  qəndob  «qəndqabı», 

qəfədon  «çaynik»,  dəmkeş  «dəmkeş»,  bisg  «kabab  şişi»,  kirsin 

«kətil»  xüsusi  yer tutur.  Etnoqrafiyaya  aid  bu terminlərin bə zi- 

lərinin  izahı vacibdir.

Ş.Musayev  yazılı  abidələrdə  klassiklərimizin  əsərlərində 

etnoqrafiyaya  aid terminlərin işləndiyini  qeyd  etmiş və  nümunə­

lər  vermişdir.  Bu  nümunələr  arasında  tat  dilində  istifadə  edilən 

ümumiran mənşəli  terminlər də var (39,  45 -47).

Loşbəbər  -   «üstündə  xəmir  yaymaq  üçün  taxta»,  «ya- 

yan».  Əsasən,  Bakı  dialektində  işlənir.  Abşeron  ləhcəsində  bu 

sözə  xəmobər  şəklində  işlənir.  Sarə  xəmovərə  avard  ləreymu. 

«Sara yayanı bizə gətirdi».

Sənət  sahələrində  hazırlanan  əşyaların  məişətdə  istifadə 

olunması  onların  adlarını  bildirən  sözlərin  etnoqrafik  leksi ka- 

nın vahidləri  kimi  araşdırılmasına  da imkan verir  (38,  29).

Kündəgir  -   «xəmir  kündələyən»  (Naxçıvan).  Bu  söz  iki 

tərkib  hissəsindən  ibarətdir:  kündə+gır  (giriftan//giriftən  felin­

dən).



82

Gülsüm Hüseynova.  Tat dilinin lüğət tərkibinin leksik-semantik təhlili

Beybut  -   «qatlanmayan  iri  bıçaq».  Tat  dilinin  Lahıc  ləh - 

cəsində beybut  sözü mənasında  qeydə  alınmışdır.



Kirsin  -   «qışda  qızışmaq  üçün  evin  ortasında  xüsusi  dü - 

zəldilmiş  ocaq».  Şamaxı  şivəsində bu  söz  geniş işlənir.



Çömçə  -   ağac  və  metal  emalı  prosesində  hazırlanan  mə - 

mulatdır.  Çömçəsözü  müasir  Azərbaycan  dilində  və  başqa  türk 

dillərində  geniş  işlənir:  azərb.  çömçə,  türk.  çömçe  və  s.  Orta 

əsr türkcəsində  və  əski  qıpçaqcada  çömçə  lekseminin  işlənməsi 

və  onun  fars  dilindən  (çamçə)  alınması  göstərilir  (85,  99). 

Türk  dilin də  o,  kepçe  sözü  ilə  paralel  işlənir.  Qeyd  etmək  la - 

zımdır ki,  kepçə  sözü tat,  talış və  fars  dillərindəki  keçə  «qaşıq» 

(68,  352)  sözü  ilə mənşəcə  eyni  ola bilər.



Qəmçı  -   «qamçı».  Bu  söz  Azərbaycan  ədəbi  dilindəki 

qamçı  variantı  ilə  ya naşı,  dial.  qəmçi  variantına  da  malikdir. 

Onun  fonetik  siması  yəqin ki  bununla bağlıdır.



Ovsar  -   «dəvə  yüyəni,  noxtası».  Azərbaycan  ədəbiyya - 

tında bu  söz  müvafiq  materiallarla təmsil  olunmuşdur:

Ağ  dəvə  düzdə  qaldı,

Ovsarı  bizdə qaldı.

Neçə  arzum,  həsrətim 

Dərdli  Təbrizdə  qaldı.

Yaxud:  Bir dəvənin ovsarını  tuta-tuta.



Dəsgirə  -   «cəyəndən  toxunma  səbət,  zənbil»  (dəst  «əl»  + 

gir «tut»).

Təsək -   «təsək»  (gecə  papağı).  Qədim  pəhləvi  dilində  tə- 

sik,  ümumiyyətlə,  paltar,  bundan  əmələ  gəlmiş  təşkuk  sözü  isə 

«müqəddəs  paltar»  mənasını  daşımışdır.  M.Hacıyev  göstərir 

ki,  «tatlar  da  gecə  yuxusundan  qabaq  başlarındakı  papağı  çıxa­

rıb  təsək  qoyardılar  ki,  gecə  yatanda  pis  yuxular  görməsinlər, 

onların  açıq  başına  bəd  ruhlar  qonmasınlar.  Onlar,  deməli,  tə - 

səkdə  bir  müqəddəslik,  bir  nicatvericilik  görmüşlər  (o)  tas//təs 

(başın  ortası,  qafası)  sözündən  və  ək kiçiltmə  ədatından  yaran­

mış  düzəltmə  sözdür»  (27,  226).




83

Gülsüm Hüseynova.  Tat dilinin lüğət tərkibinin leksik-semantik təhlili

Təşək  -   sözü  eyni  formada,  eyni  mənada  və  aid  olduğu 

əşya  ilə birlikdə  azərbaycanlılar  arasında  yaşayır.  Bu  isə xalqı­

mızın  təsəvvür  və  inamlarının  nə  qədər  qədim  olduğunu  bir 

daha təsdiqləyir.



Qir  -   «quyudan  su  çıxartmaq  üçün  işlədilən  ucu  əyri 

ağac»,  «ağacın  uca  bu daqlarını  aşağı  əymək  üçün  istifadə  edi - 

lən ucu  əyri  ağac»,  (koğa,  «qarmaq»).

Talış  dilində  «qəloskonə»  adlanır.



Gərənay  -   «dudkeş»,  «buxarının  tüstü  çıxan  yeri».  Müq. 

et:  azərb.  gərənay  «nəfəsli  musiqi  aləti».  Carçılar  çağrışır,  gə­



rənay bozlar,  Ərəb  atlar macal  tapmaz  qaşana («Koroğlu»).

Məzrəhə -   «xəlbir».

Məfrağ  -   «çuğun  suqabı».

Nimdər//nimdar  -   «döşəkçə»,  nimdərçə//nimdarçə  «ki­

çik  döşəkçə».  Həmin  söz  formalarda  «kiçik  həcm»  təsəvvürü 

yerinə  görə  həm  ayrıca  leksik  vahidlə,  həm  də  kiçiltmə  bil di­

rən  şəkilçi  ilə ifadə  edilmişdir.



Taz  -  «nazik,  uzun tir».

Şətəl  -  «yun  corab»  (26,  178).

Küşə  -   «çarığın  bağı  keçirilən  yer,  dəlik».  Müq.  et: 

azərb.  köşə  «çarıq tikmək üçün göndən  çəkilmiş bağ».



Kala  -  «2-3- litrlik  şüşə  qab,  banka».

Tilat  -   «ağzı  yeyilmiş  və  sapı  düşmüş  köhnə  bıçaq», 

«çaqqu».


Qirabli -   «qaloş».

Qalağ -   «bozdamacı  çevirmək üçün  ağac  alət».

Qafun  -   «yavanlıq  (pendir,  yağ  və  s.)»;  «duru,  yüngül 

xörək».


Xudur -  «sulu xörək».

Tax-tax -   «çox nazik bişirilmiş  quru  çörək»  (təqlidi  söz).

Kal//kol  -   «yumurta,  yağ və  qoz vurulmuş xəmirdən bişi - 

rilən  çörək».



Zərdou//zərdo  -   «ayranın  qaynatdıqdan  və  şoru  götürül -


Yüklə 1,97 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə