Gülsüm Hüseynova tat d I l I n I n L u g ə t


Gülsüm Hüseynova.  Tat dilinin lüğət tərkibinin leksik-semantik təhlili



Yüklə 1,97 Mb.
Pdf görüntüsü
səhifə23/30
tarix14.07.2018
ölçüsü1,97 Mb.
#55503
1   ...   19   20   21   22   23   24   25   26   ...   30

66

Gülsüm Hüseynova.  Tat dilinin lüğət tərkibinin leksik-semantik təhlili

təsnifi,  təhlil  və  araşdırılması  bu  dilin  leksikologiyasının  öyrə - 

nilməsi  baxımından  xüsusi  əhəmiyyət  daşımasa  da,  onların  di - 

lin  ümumi  leksik  sistemində  yer  tutması  nəzərə  alınmalı  və 

belə  terminlər  də  lüğət  fondunun  tərkib  hissəsi  kimi  qeydə 

alınmalıdır.

Beləliklə,  tat  dilində  işlənən  terminlər  əsasında  aparılmış 

tədqiqat  göstərir  ki,  bu  dildə  terminlər  müəyyən  sahələrlə, 

xüsusən  sənət-peşə  ilə  bağlı  olaraq  g eniş  yayılmışdır və  tat  di - 

linin  xüsusi  leksik  qatı  kimi  diqqətə  layiqdir.  İndi  isə  müxtəlif 

sahələrlə baxlı  terminləri  ümumi  şəkildə  nəzərdən  keçirək.

Zoologiyaya  aid  terminoloji  leksikanın  əsas  hissəsi  quş 

və  heyvan  adlarını  bildirir.  Bu  adlar  həm  term inoloji  vahidin 

quruluşu,  həm  əmələgəlmə  yolu,  həm  də  etimologiyasına  görə 

maraq  doğurur.  Ona  görə  də  bu  terminlərin  bir  qismi  üzərində 

dayanmaq lazım  gəlir.



Laxlaxa -   «ağacdələn».  Bu  təqlidi  sözdür.  Laxlaxa  «qab­

da  çalxalanan  suyun  səsini  və  ona  oxşar  bütün  səsləri  bildirir. 

Burada  -a  şəkilçidir  və  «oxşar,  kimi»  mənasını  ifadə  edir.  Bu 

söz  Quba və  Qonaqkənd ləhcələri  üçün xarakterikdir.



Cincit  -   «balaca  quş».  Tat  dilindəki  cincit  «diribaş»  sö­

zündən alınmışdır.



Qəçələ  qəriğ -   «zığzığ».  Bu  quşların  əksəriyyətinin başı­

nın  qabaq  hissəsində  tük  olmadığından,  onlara  belə  ad  ve ril- 

mişdir.

Bənlibiyo  -   «sarıköynək».  Quba  ərazisində  bu  quşa  əsa - 

sən  may-iyul  aylarında  gilasın  yetişməsi  ərəfəsində  təsadüf 

edilir.

Bəhlibilu  -   hərfən:  «gilasgəl»  (bəhli  «gilas»  +  bilu 

«gəl»).


Kaca  -   «sərçəyəoxşar  quş».  Tat  dilinin  Quba  ləhcəsində 

karcə  qulaqları  çox  qısa və  kobud  olan  qoyuna  deyirlər.  Göstə­

rilən  quşun  qulaqları  da  buna  oxşadığından,  ona  belə  ad  ver­

mişlər.



67

Gülsüm Hüseynova.  Tat dilinin lüğət tərkibinin leksik-semantik təhlili

Şöügərd  -   «yarasa».  Şöü  «gecə»,  gərd  isə  gəştən  (gəz­

mək)  felindən  olub,  söz  bütövlükdə  «gecəgəzən»  mənasını 

verir.

Şünəbəsər  -   «şanapipik».  Tat  dilində  şunə  «daraq»,  sər 

«baş»,  -bə  istiqamət bildirən  şəkilçidir.  Hərfən:  «daraqbaş»  de - 

məkdir.  Azərbaycan  dilindəki  şanapipik  sözü  də  eyni  məna 

üzrə  motivlənmişdir.  Tat dilində şunə  «daraq»  mənasındadır.



Kələsər  -   «eşşək  arısı».  Bu  söz  aşağıdakı  tərkib  hissələ­

rin dən ibarətdir:  kilə//kələ  «yekə»,  sər  «baş»,  yəni, yekəbaş.



Beçə -   «arı  beçəsi,  arı  balası».

Qəlçəngərək//qeyçəngərək  -   Dialektdə  bu,  həşərat  növü 

barəsində  deyilir:  «xırda uçan böcək».



Şüçirağıi -   «şəbçıraq».  Şəbçıraq  sözünün  şü//şöü//şe  mə­

nası  bu  sözün motivini  tamamilə  ehtiva  edir.



Pilpilək//pilpirek  -   «kəpənək».  Talış  dilində  kəpənək 

mənası  liləpər/lüləpər  sözü  ilə  ifadə  olunur.  Sonuncu  hecada 



l~r  əvəzlənməsi  nəzəri  cəlb  edir.  Lüləpər(ə)  sözü  Azərbaycan 

dilinin  Cəlilabad  və  Lənkəran  şivəsində  «kəpənək»  mənasında 

işlənib,  ola  bilsin  ki, pilpirek  sözünün  də  mötivini  açmağa  kö- 

mək  edə bilər (4,  373).



Şud//şut -  «taxtabiti».

Hüni  -   «ağcaqanad».  İsmayıllı  şivəsində  bu  söz  geniş  iş - 

lənir.  Hüni/hünü  variantlarında  Azərbaycan  dilinin  bir  çox  şi- 

vələrində işlənir (4,  232).

Puskuri -   «uçan balaca həşərat».  Tat dilində puskuri  lek- 

semi  əsasən  «kiçik,  balaca»  mənası  verir.



Ları  -   «toyuq  cinsi»;  «döyüşkən  toyuq  və  ya  xoruz». 

M.N.Əfəndiyev  bu  sözün  tat  dilinin  Lahıc  ləhcəsində  «döyüş­

kən xoruz»  mənasında  işləndiyini  qeyd  edir (82,  45).

Şürkinə -   «qurudulmuş  meyvələr və  quru  yemək  şeyləri­

nin üzərinə  qonub  tor  əmələ  gətirən  qurd».  Bu  söz  «güvə»  mə­

nasında  talış  dilindən  Azərbaycan  dilinin  Lənkəran  şivəsinə 

keçərək,  işlənməkdədir.




68

Gülsüm Hüseynova.  Tat dilinin lüğət tərkibinin leksik-semantik təhlili

Tat  dilində fitonimlər

Tatların  Azərbaycanın  müxtəlif ərazilərində  yaşaması,  bu 

ərazilərdəki 

bitki 


örtuyünün 

müxtəlifliyi 

tat 

dilinin 


leksikasında  da  ifadəsini  tapmışdır.  Təbii  ki,  bu  bitkilərin 

adları  tat  dilinin müxtəlif ləhcə və  şivələrində  işlənir.  Məsələn, 

Quba  dialektindən  toplanan  200-ə  yaxın  mədəni  və  yabani  ot 

və  bitki  adı  var.  Bu  adlar  arasında həm  alınma,  həm  ümumiran 

mənşəli,  həm  də tat  dilinin  özünə  məxsus  olan  sözlər var.  Belə 

bitki  adlarından bəzilərini  nəzərdən keçirək.



Bəğələ//bəqələ  -   «böyürtkən  kolu və  meyvəsi».  Azərbay­

can  dilinin  Quba  dialektində  işlənir.  Uşaqlar  bəqələni  yığıb  yi- 

yədülər.  İsmayılı  ləhcəsində  bəğələ  variantında  qeydə  alınır: 

Bəğələ  dəyib,  gedək yığax  (43,  231;  3,  43).  Azərbaycan  dilində 

bəqələ//bəğələ  lekseminin  dubleti,  sinonimi  kimi  dilin  özü nə 

məxsus  böyürtikən//böyürtkən  sözü  işlənir.



Lüxxüm  -   «enliyarpaqlı,  gövdəsi  yeməli  meşə bitkisi».

Pəl  -   «kəvərəoxşar yeməli  meşə  soğanı».

Xərkər//xərxəri  -  «taxıl  zəmilərinin  arasında bitən  zərərli 

yabani  bitki  növü».



Cücələ  -   «əsasən  taxıl  zəmilərində  bitib,  toxumları  və 

gövdəsi tikanlı bitki  növü».



Gezinə//Gəznə  -   «gicirtkan».  Gezinə  İsmayıllı  şivəsində 

«giçirtkən»  mənasında  qeydə  alınmışdır.  Tat  ləhcələrində  eyni 

anlamda gezinə//cezinə//qezinə  fonetik  variantlarında  geniş  şə- 

kildə  işlənir.  Məs:  Be  vor xəstəliyi  gezinə  faydolıyi.  «Yel  xəs - 

təliyinə  gicirtkən  faydalıdır»  və  s.  Talış  dilində  qəzənə variantı 

işlənir.


Kərməgiyo//girməgiyo  -   «mədədəki  qurdu  tökmək  üçün 

qaynadılıb  suyu  içilən  ot».  Tat  dilinin  Quba  ləhcəsində  bu  söz 



kərməgiyo formasında işlənib,  «istiot» mənası  ilə motivlənmişdir, 

müq.  et:  kərm//gərm  «isti»,    «şəkilçisi», giyo «ot».




Yüklə 1,97 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə