Gülsüm Hüseynova tat d I l I n I n L u g ə t


Gülsüm Hüseynova.  Tat dilinin lüğət tərkibinin leksik-semantik təhlili



Yüklə 1,97 Mb.
Pdf görüntüsü
səhifə21/30
tarix14.07.2018
ölçüsü1,97 Mb.
#55503
1   ...   17   18   19   20   21   22   23   24   ...   30

61

Gülsüm Hüseynova.  Tat dilinin lüğət tərkibinin leksik-semantik təhlili

ət  formalarının  yaranmasına  şərait  yaradır.  Müraciət  forması 

kimi  b əzən  tat  dilind ə  mövcud  olan  qohumluq  terminl ərindən, 

bəzən  fərqli  sözlərdən  istifad ə  edilir.  Bu  cəhət  qohumluq  ter­

minlərini  kommunikativ  v əzifəsindən  irəli  gəlir.  Buna  görə  də 

qohumluq  terminl əri  dildə  iki  formada  özünü  göstərir:  vokativ 

(bilavasit ə  qohuma  müraciət  forması  kimi)  və  qohum  barəsin­

də  bəhs  edərkən  (ümumi  şəkildə).  Tat  dilində  vokativ  məqam­

da  qohumlara  müraciət  olunduqda  kişi  və  qadınlar  üçün  fərqli 

sözlərdən  istifadə  olunur.  Mü əyən  hallarda kişilərə  və  qadınla­

ra  müraciət  formalarında  mürəkkəb  sözlərin  ilk  komponenti 

(səciyyələndirir  söz)  eyni  olur.  Məsələn:  əssəl «bal»,  kələ  «bö­

yük»,  bircə  «bircə»,  disti  «dostu»  v ə  s.  sözl ər ünsiyyət prosesi­

nə  əzizl əmə,  nəvaziş  çaları verir.

Tat  dilind ə  kişilərə  və  qadınlara  məxsus  aşağıdakı  müra­

ciət  formaları  geniş  yayılmışdır.  Kişilərə  aid:  kələmi  «böyük 

əmi»,  kələ  dayi//doyi  «böyük  dayı»,  əssəl  əmi  «bal  əmi»,  kələ 

baba//babo  «böyük baba» və  s.

Qadınlara  aid:  cılxıs  «qızılgıl»,  əssəl bibi  «bal  bibi»,  bir­



cə  xola  «bircə  xala»,  bircə  bibi  «bircə  bibi»,  hildisti  (<«hil  

dostu»),  xondisti//dosti  (<«xandostu»),  lumidisti  («lumu»  dos­

tu),  ətirdisti  (<«ətirdostu»),  bircəbodom  (<«bircəbadam») və  s. 

(30,  53).

Göründüyü  kimi,  tat  dilində  qadınlara  müraciət  zamanı 

istifad ə  edilən  vokativ  formalarda  ətir,  rayih ə,  dad  və  s.-lə  as­

sosiasiya  yaradan  adlarından  isti fadə  edilir,  kişilərə  aid  müra­

ciət  formalarında  isə,  hörm ət,  nəzakət,  ailədə  böyük-kiçiklik 

münasibətlərinin  nəzərə  alınması  əsas  yer tutur.

Qohumluq  terminlərinin  əksəriyyəti  ümumxalq  dilinin 

leksikasını  təşkil  edən  sözlərdir.  Bəzi  hallarda  Azərbaycan, 

ərəb  və  rus  dillərindən  alınmış  söz  və  terminlərə  də  təsadüf 

olunur.  Mö  «ana»,  piyər  «ata»,  nənə  «nənə»,  bab a  «baba»,  kük 

«oğul»,  kilə  «qız»,  xuvar  «bacı»,  buror  «qardaş»,  el  «uşaq», 

zan  «arvad»,  zan  buror  «qardşarvadı»,  şöxuvar «baldız»,  şö bu-



62

Gülsüm Hüseynova.  Tat dilinin lüğət tərkibinin leksik-semantik təhlili

rar  «qayın»,  xüsür  «qayınana»,  xüsürmərd  «qayınata»,  dumbor 

«kürəkən»,  əmi,  dayi,  xala,  bibi,  xuvargil  «bacılıq»,  boca naq 

«bacanaq»,  yeznə  «yeznə»,  küdoyi  «dayıoğlu»,  küəmi  «əmioğ­

lu»,  kile  dayi  «dayıqızı»,  kübibi  «bibioğlu»,  nəveəmi  «əminə- 

vəsi»,  nəvedoyi  «dayı  nəvəsi»,  həvü  «günü»,  şüvər  «ər» və  s.

Tat  dilinin  Lahıc  ləhcəsində  uşaq  leksikonunda  «dayı» 

mənasında  dodo  sözü  işlənir.  Məs.:  Mehdi  dodo  hər  sol  və 

Loyic umoranbi.  «Mehdi  dayı  hər il  Lahıca gəlirdi».

Digər  İran  dillərindən talış  dilində bu  söz  daha  geniş  işlə­

nir.  Talış  dilində dodo  sözü  «böyük bacı»  əsas  mənasından  əla­

və  anaya,  analığa  və  s.  müraciət  zamanı  işlədilən  söz  kimi  də 

qeyd  olunur (61,  235).

Digər  tat  ləhcələrində  dodo  sözünə  rast  gəlinir.  Bu  söz 

tacik  dilində  müəyyən  fonetik  dyişikliklə  mürəkkəb  qohumluq 

terminlərinin  yaranmasına  xidmət  edir.  Məs:  dodarran  «qayın» 

(arvadın qardaşı),  darsur «qayın» (ərin  qardaşı) və  s.  (74,  209).

Tat  dilinin  Lahıc  ləhcəsində  xuvargil  «bacılıq»  mənasın­

da  işlənir.  İran  dillərində bu  söz xorxənda  şəklində  qeydə  alın - 

mışdır (62,  391-392).  Əfqan  dilində  «bacı»  mənasında xor  işlə­

nir (55,  53).

Tat  dilində  qohumluq  terminlərinin  bir  qismi  ərəb  mənşə­

lidir:  ami//amu//əmi  «əmi»,  xalə//xolla  «xala»,  arus//ərüs  «gə - 

lin»,  aruslə//ərüslə  gəlinə  əzizləmə mə nasında müraciət,  arusə- 



mi//ərüsəmi  «əmiarvadı»  (əsasən  Abşeron  tatlarının  dilində). 

Məs.:  Arusəmi  medsestrə  kar  saxtən  «Əmimarvadı  tibb  bacısı 

işləyir»  və  s.

Bacanağ//bacanəğ  -   «bacanaq».  Bu  söz  bütün  tat  ləhcə - 

ləri  üçün  xarakterikdir.  Azərbaycan  dilində  olduğu  kimi,  bacı - 

ların  ərlərinin  bir-birinə  müraciət  formasıdır.  Müasir  Azərbay­

can  dilində  bacanaq  (dial.  bacanax//bacanağ)  «bacı»  sözünə 

uyğun  gəlir.  Ə.Dəmirçizadə  -anaq  və  ya  -naq  şəkilçilərini  mü­

qayisə  edir  (22,  44-45).  Türk  dilində  bu  sözə  bacınak  şəklində 

rast gəlinir (71,  1523).



63

Gülsüm Hüseynova.  Tat dilinin lüğət tərkibinin leksik-semantik təhlili

Dadaşi -  «ata»,  «dadaş»  mənasında tat dilinin Lahıc  ləhcə­

sində  qeydə  alınmışdır.  Məs:  Dadaşiman  hər  sol  in  yərərə  koşta 

bısoxtanbi.  «Atam  (dadaşım) hər il buraları  əkdirirdi» və  s.

Dadaş  -   Bu  söz  Azərbaycan  dialektlərində,  o  cümlədən, 

Ordubad  dalektində  «böyük  qardaş»,  Yardımlı  şivəsində  «da - 

yı»  mənasında  geniş  işlənir.  Tat  dilində  bu  söz  «ata»  anlamın­

da  işlənir.  Tat  dilinin  Lahıc  ləhcəsində  «dadaşi»  forması  da 

qeydə  alınmışdır.  Talış  dilində  «böyük  qardaş»  mənasında işlə­

nir.  Bu  söz  eyni  mənada  Azərbaycan  dilində  də  qeydə  alınır. 

C.Məmmədquluzadənin  «Ölülər»  əsərində  Nazlı  qardaşı  İsgən - 

dərə  «dadaş»  deyə  müraciət edir.



Dadaş  termini  Azərbaycan  dilində  kiçik  bacı  və  qardaşın 

böyük qardaşa müraciəti  kimi  də işlənir  (57,  17).



Damad  -   (Ab.,  Q.,  Xaç.)  /  «kürəkən».  Umruz  damad  və 

xuneyni  amarabü.  «Bu  gün  kürəkən  evimizə  gəlmişdi»  (Ab.). 

Bu  söz  fars  mənşəli  olub.

Qazı  Bürhanəddinin  dilində  (17,  472),  Quba  rayonu  şivə - 

sin də  (4,  119),  müasir  türk  dilində  (33,  126)  eyni  mənada  qey - 

də alınmışdır.



Tat dilin də  müxtəlif elm  sahələrinə  aid  terminlər

Tat  dilində  tatların  məişəti,  yaşayışı,  həyat  tərzi,  məşğu - 

liyyət,  eləcə  də,  onların  ətraf  aləmlə  təması  ilə  bağlı  olaraq 

müxtəlif  sahələrə  aid  terminlər  yaranmış  və  bu  terminlər  bu 

gün  də  işlənir.  Təbabət,  hərb,  kənd  təsərrüfatı,  hey vandarlıq, 

zoologiya,  botanika,  iqtisadiyyat,  astronomiya  və  s.  bu  termin­

lərin mənbəyini  və  mövzusunu təşkil  edir.  Qeyd  olunan  sahələ­

rə  aid  terminoloji  leksika  sistem  səciyyəsi  daşımır  və  onların 

müəyyən  bir  sistemə  salınması  çətindir.  Çünki  bu  terminlər tat 

danışıq  dilində  işlənən  ümumişlək  leksik  qatda  yer  almış  ter - 

minləri  əhatə  edir.

Tat  dilinin  terminoloji  leksikasında  təbabət  terminləri




Yüklə 1,97 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə