Gülsüm Hüseynova tat d I l I n I n L u g ə t


Gülsüm Hüseynova.  Tat dilinin lüğət tərkibinin leksik-semantik təhlili



Yüklə 1,97 Mb.
Pdf görüntüsü
səhifə19/30
tarix14.07.2018
ölçüsü1,97 Mb.
#55503
1   ...   15   16   17   18   19   20   21   22   ...   30

55

Gülsüm Hüseynova.  Tat dilinin lüğət tərkibinin leksik-semantik təhlili

dan  dulusçuluq  ən  qədim  tat  xalq  sənətlərindən  biridir.  Bu  sə - 

nət  gil-saxsı  mə mulatı  istehsalı  ilə  əlaqədardır.  Bu  sənətlə bağ - 

lı  söz  və  terminlər,  əsasən,  İsmayıllı  və  Quba  rayonunda  yaşa - 

yan  tatlardan  qeydə  alınmışdır.  Tat  dilində  aşağıdakı  dulus çu­

luq  terminlərini  göstərmək  olar:  isbihə  xak//sübiyə  xak//isbiyə 



xok  «ağ  gil»,  kəbutəriyə  xak//kəbutəriyə  xok  «göyümtül-yaşıl 

gil»,  hərfən:  («göyərçini  gil»)  sırxa  xok//surxa  xak  «qırmızı 

torpaq»,  suvenirsaz//süvenirsoz  «suvenir  düzəldən  usta»,  kuzə- 

saz//kuzəsoz  «kuzə  düzəldən  usta»  (tac.  küzaqar  şəklində  işlə­

nir)  (53,  8), girə  «dulusçuluq üçün  nəzərdə tutulan gil».  Bu  söz 

digər  İran  dillərindən  olan  şuqnan  dilində jiray,  ruşan  dilində 

ziray  şəklində  işlənir (81,  236,  251).

Saxsı  məmulatlarını,  təbii  ki,  hər  cür  palçıqdan  hazır la- 

maq  mümkün  deyildir.  Dulusçuların  istifadə  etdiyi  material, 

əsasən,  xüsusi  palçıq  növü  olmuşdur.  Bu  palçığa  qum  və  sair 

də qatılmışdır.  İran  dillərində  palçıq  mənasında  «tül»  sözündən 

istifadə  olunur.  Dulusçuluqda  palçıq  hazırlamaqla  məşğul  olan 

şəxsə  tülçi  demişlər.

Dulusçuluqda  istifadə  olunan  istehsal-texnoloji  proseslər. 

Mahiyyətcə  bu proseslər  artıq xammalın  hazırlanması  ilə  deyil, 

məhz  dulusçuluq  məmulatının  hazırlanması  ilə  əlaqədardır. 

Məmulatın  ilkin  hazırlanması  zamanı  piçənə  üsulu,  bad üsulu, 

piyə,  loğana kimi  proseslərdən  istifadə  edilmişdir.

Dulusçuluqda  istifadə  olunan  əmək  alətləri  sırasına  dulus 



çərxı,  qəlib,  çərx//çəx,  maha,  çəxu  (bıçaq),  şonə  (daraq),  kar - 

kar,  tranc, jinə  kündə,  (alt kündə), penə  kündə  (üst kündə),  ğəl

bir,  kisə,  zola,  lok və  s.  daxildir.  Dulus  çarxları  öz  forma və  iş 

prinsiplərinə  görə  mürəkkəb  olduğundan,  avadanlıq  səciyyəsi 

daşıyır və bu avadanlığın öz hissələri  də var.

Dulusçuluqda  hazırlanan  qablar  -   səhəng,  səhəngçə,  bar - 



daq,  qurqur,  surahı,  kuzə,  faşır,  duvaq,  qapaq,  qazan,  dopu, 

aşsüzən,  piti  qabı,  təndir,  sərpuş,  küp,  bəqqa,  kasa,  saxsı  stə­

kan,  qəndqabı,  aftafa,  nimçə,  nehrə,  çalğa,  badya,  xeyrə,  mət-


56

Gülsüm Hüseynova.  Tat dilinin lüğət tərkibinin leksik-semantik təhlili

rət,  çıraq,  silbinc,  oxana,  lülə,  çolə  qəv,  çolə  qınq/künq/kınq 

tatların  məişətində  işlədilən  əşyalardır.  Onların  adlarının  bir 

qismi  ümumiran  mənşəli  sözlərdir.  Bəzi  adlar  isə  Azərbaycan 

dilindən  alınmadır.  Bəzi  dulusçuluq  ter minləri  ilə  bağlı  təhlil 

verməyə  çalışaq.

Dığır-dığır -   «nahamar»,  «kələkötür»  mənasında  dialekt - 

lər  və  şivələrdə  işlənir.  Tat  ləhcəsində  bu  söz  dığır-dığır//dü- 



yür-düyür  variantlarında  geniş  işlənir.  Məs.:  Parçarə  dığır- 

dığır  məni.  -   «Parçanı  dığır-dığır  etmə»  (Xaç.).  Dulusçuluqda 

bəzi  hallarda  qabların  səthinin  nahamar  şəkildə tələb  olunmuş - 

dur.  Bəzi  qabların  spe sifikasına  uyğun  olaraq,  onların  daxi lin- 

də nahamarlıq  yaradılmışdır.  Məsələn,  yağ  almaq üçün  istifadə 

olunan  nehrənin  daxilindən  xüsusi  düyünlər  qoyulurdu  ki,  bu 

da yağalma  prosesini  sürətləndirmək məqsədi  daşıyırdı.  Nehrə - 

nin içi  kələ-kötür olur.

Bilmə//bülmə  -   «nəlbəki»  mənasında.  Məs.:  Bülmə  xurd 

bü.  «Nəlbəki  sındı»  (Ab.).



Şirəng  -   «(səhəngdən  balaca,  kuzədən  böyük)  suqabı» 

(Lah.).


Qağla  -   «suqabı,  balaca  küpə»  (Lah.).  Burada  qağ  qədəli 

«kiçik»  sözü ilə bağlıdır.



Ləçə  -   «sərnic»  (Xaçm.).  Tat  dilində    «küp»,  deməkdir, 

-çə  kiçiltmə bildirən  şəkilçidir.

Bəqqə -   «süd  sağmaq üçün  saxsı  qab»  (Q.).

Qohumluq  termini əri

İnsan  cəmiyyətinin  formalaşmasında  qohumluq  münasi- 

bətləri  xüsusi  rol  oynamışdır.  Qohumluq  terminləri  ailənin  in­

kişaf tarixi  və  nikah  münasibətlərinin  formalaşması  prosesi  ilə 

bağlıdır  (69,  11;  80,  127).  Şübhəsiz  ki,  qohumluq  terminləri 

müxtəlif xalqların  etnik  mədəniyyətinin  tərkib  hissəsidir.  Dilin 

qədim  leksik  laylarından birini  təşkil  edən və  əsas  lüğət fondu-



57

Gülsüm Hüseynova.  Tat dilinin lüğət tərkibinin leksik-semantik təhlili

na  daxil  olan  qohumluq terminlərinin  leksik-semantik  xüsusiy­

yətlərinin  tədqiqi  bütövlükdə  müəyyən  dilin  daşıyıısı  olan  bu 

və  ya  digər xalqın  inkişaf tarixinin  ayrı-ayrı  cəhətlərini  mü əy- 

yənləşdirməyə  imkan verir.  Habelə,  konkret bir  dilin  qohumluq 

terminləri  üzərində  aparılan  tarixi-etimoloji  araşdırmalar  hə­

min  dilin  v ə  eləcə  də,  onun  aid  olduğu  dil  qrupunun  ən  qədim 

leksik  qatlarına  nüfuz  etməyə,  nəzəri  ümumiləşdirmələr  apar­

mağa  şərait yaradır.  Bu  mənada tat  dilind ə  qohumluq  terminlə­

rinin inkişafı  və formalaşmasının  araşdırılması  təkcə İran  dillə­

ri  konteksti  il ə  məhdudlaşmır.  Tarix  boyunca  tatların  türkdilli 

azərbayanlıların  əhatəsində  və  bilavasitə  qonşuluğunda  yaşa­

ması  onların  dilindəki  qohumluq terminlərinin  müxtəlif təsirlə­

rə  məruz  qalmasına  və  hibrid  qohumluq terminlərinin  işlənmə­

sinə  yol  açmışdır.

Müasir  tat  dilindəki  qohumluq  terminlərinin  əksəriyyəti 

ümumiran mənşəlidir.   «ana», piyər  «ata»,  nənə  «nənə»,  ba­

ba  «baba»,  kük  «oğul»,  kilə  «qız»,  buror  «qardaş»,  xuvar  «ba­

cı»,  el  «uşaq»,  zan  «arvad»,  zan  buror  «qardşarvadı»,  şöxuvar 

«baldız»,  şöburar  «qayın»,  xüsür  «qayınana»,  xüsürmərd  «qa­

yınata»,  dumbor  «kürəkən»,  xuvargil  «bacılıq»,  bocanaq  «ba­

canaq», yeznə  «yeznə»,  həvü  «günü»,  şüvər  «ər» və  s.

Azərbaycan  tatlarının  dilində  qohumluq  terminləri  xarak­

terinə  görə  iki  qrupa  ayrılır:  a)  qan  qohumluğu  ilə  bağlı  ter­

minlər;  b)  nikah qohumluğu ilə bağlı  terminlər.

Bu  qruplara aid terminləri  nəzərdən keçirək.

a)  Qan  qohumluğu  ilə  bağlı  terminlər.  Bu  tipli  terminlə­

rin  əsas  qismi  İran  dilləri  ilə  ümumilik  təşkil  edən  sözlərdən 

ibarətdir.  Müəyyən  hallarda  tat  dilinin  fonetik  quruluşuna  uy - 

ğun  olaraq,  səs  əvəzlənmələri  müşahidə  edilir.  Aşağıdakı  nü - 

munələrə diqqət edək:



May//moy//mö  -   «ana».  Bu  söz  əksər  İran  dillərində  ma- 

dər/modər  (  şəklindədir.  İntervokal  pozisiyada  t/d  və 

sonrakı  sonor r  samitlərinin  düşməsi  talış,  tat və  digər İran  dil-




Yüklə 1,97 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə