Gülsüm Hüseynova tat d I l I n I n L u g ə t


Gülsüm Hüseynova.  Tat dilinin lüğət tərkibinin leksik-semantik təhlili



Yüklə 1,97 Mb.
Pdf görüntüsü
səhifə20/30
tarix14.07.2018
ölçüsü1,97 Mb.
#55503
1   ...   16   17   18   19   20   21   22   23   ...   30

58

Gülsüm Hüseynova.  Tat dilinin lüğət tərkibinin leksik-semantik təhlili

lərində  də  geniş  yayılmışdır:  tal.  moe,  semn.  me  və  s.



Piyar/piyər  -   «ata».  Müqayis ə  et:  fars.  pedər,  tal.  piə, 

tac.  dial.  padar,  semn.  pia  (<*pitar).  Bu  sözdə  də  intervokal 

pozisiyada  t/d ~ y   əvəzlənməsi  özünü  göstərir.  Burada  postpo- 

zisiya  mövqeyində  r  sonor  samiti  qorunmuşdur.  Ümumiyyətlə, 

tat  dilində,  talış  dilindən  fərqli  olaraq,  söz  sonunda  r  samitinin 

düşməsinə  az  rast gəlinir.



Birar//buror//burvar  -  «qardaş».  Müq.  et:  fars.  bəradər, 

tal.  boə,  tac.  barodar,  semn.  bere  (<*bratar).



Xuvar//xuvər  -   «bacı».  Müq.  et:  fars.  xahər,  tal.  hova,  tac. 

xohar,  semn.  xuakar  (<*  xväkar).  Sözdə a ~ u  əvəzlənməsi  tat  di­

linin Lahı c ləhcəsi  üçün xüsusil ə xarakterikdir  (30,  9).

Söz  ortasında k samitinin  zəifləməsi  q/g-yə  keçməsi  və yeri­

ni  diftonq  səsə  verməsi  nəticəsində  v  samiti  törəmişdir:  xvakar  > 



xukar > xuğar > xuar > xuvar//xuvər və s.

Tat  dilind əki  bu  formaya  tacik  dialektl ərində  də  rast  gəl­

mək  olur (74,  210).

Duxtər  -   «qız»  (Q.,  Qon.  k.).  Müq.  et:  fars.  doxtər,  tal. 

kinə,  semn.  dot(a).  kürd,  tac.  duxtar və  s.

Bundan  əlavə,  tat  dilində  «qız»  anlayışını  bildirmək  üçün 



kilə  sözündən  də istifadə  olunur.  M əs.:  Ye  siyə  sim kilə,  isbi  ru 

kilə,  Bıbərdan  avozgə  bə  Dəxər  mənə.  «Bir  qara  göz,  ağ  üzlü 



qız,  Aparır  yenə  də  Daxara  m əni».  (Daxar Lahıc  qəsəbəsi  ətra­

fındakı  kəndlərdən birisinin  adıdır).



Kuk//kük  -   «oğul»  (əksər  şivələrdə).  Həmin  leksem 

onunla  əlam ətdardır  ki,  başqa  İran  dillərində  onun  analoquna 

rast gəlmirik.

Qeyd  olunan  terminlərdən  bir  sıra  mürəkkəb  terminlər 

yaranmışdır.  Şaquli  isti qamətdə  sıralanan  qohumluq  termin lə- 

rində  kələh  «böyük»  sözündən  istifadə  olunur:  kələmay//kələ- 



moy//kəl əmö  «nənə»;  hərf ən:  böyük  ana;  kələbaba//kələbab 

«baba»,  hərfən:  böyük  baba,  kələ  buror//kələ  burvar  «böyük 

qardaş»;  kələmi  «böyük  əmi»  (valideynlərin  əmisi);  kələ



59

Gülsüm Hüseynova.  Tat dilinin lüğət tərkibinin leksik-semantik təhlili

dayı//kələ doyi  «valideynlərin dayısı»  və  s.

Aparılan  təhlil  göstərir  ki,  türk  dilində  də  bu  sistem  özü­

nü  göstərir:  büyük  anne  «nənə»,  büyük  baba  «baba».  Bir  sıra 

başqa  dillərdə  müşahidə  edil ən bu  halı,  görünür,  tipoloji  oxşar­

lıq kimi  qəbul  etmək lazım  gəlir.

Müxtəlif  sözlərin  birləşməsindən  yaranan  mürəkkəb  qo­

humluq  terminləri:  ku  əmi//kü  əmi  «əmioğlu»,  kile  əmi  «əmiqı- 

zı»,  ku  bibi//kü  bibi  «bibioğlu»,  kile  bibi  «bibiqızı»,  kile 



xalə//kile  xola  «xalaqızı»,  ku  dayi//kü  doyi  «dayıoğlu»,  kile 

dayı//doyi  «dayıqızı»  və  s.

Qan  qohumluğu  ilə  bağlı  düzəltmə  terminlərə  çox  az  t ə- 

sadüf  edilir:  xuvarle//xuvarlə,  xuvargil  «bacılıq»,  duxtərlə 

«qızcığaz»,  duxtərgəri  «ögey  qız» və  s.

Qan  qohumluğu  ilə  bağlı  terminlərin  içərisində  ərəb  və 

türk  m ənşəli  sözl ər  də  müəyyən  yer  tutur.  Türk  (Az ərbaycan) 

mənşəli  terminl ər:  dayı//doyi  «dayı»,  bibi  «bibi»,  qədəş  (Dəv.) 

«qohum» və  s.



Qədəş  -   sözü  kadaş  şəklində  «qan  qohumu»  və  «qardaş» 

mənalarında  qədim  türk  yazılı  abidələrində  qeydə  alınmışdır 

(58,  401-402).  Bu  söz Dəvəçi  şivəsində geniş  işlənir.

Bir  sıra  sözlər  daha  çox  mürəkkəb  qohumluq  terminləri­

nin tərkibində  işlədilir.  Qeyd  edək ki,  həmin terminlər türk  dil­

ləri  ilə  tarixi  əlaqəsi  olan  bir  sıra  İran  dillərinə  də  keçmişdir. 

Tacik  ədəbi  dilində  və  dialektlərində  oça  «ana»,  tağo//tağoyi 

«dayı»,  apa  «böyük  bacı»,  aka  «böyük  qardaş»,  qaysan- 



qul//qayınsingil//qaysangəl  «baldız»,  yanga//yana  (yıngə) 

«ərin  qardaşı»,  «qardaşarvadı»  və  s.  türkizmlər  geniş  şəkildə 

yayılmışdır  (74,  210;  78,  106).

R.Şükürov  Azərbaycan  kürdl ərinin  dilind ə  bütöv  şəkildə 

Azərbaycan  dilindən  alınmış  əmioğlu,  dayıoğlu,  xalaqızı,  ma - 

maoğlu,  bibioğlu  mürəkkəb  qohumluq  terminlərinin  geniş  iş­

lənmə tezliyinə  malik olduğunu  qeyd  edir  (49,  96).

Tat  dilində  dayı//doyi  terminləri  ilə  yanaşı,  xolu  «dayı»



60

Gülsüm Hüseynova.  Tat dilinin lüğət tərkibinin leksik-semantik təhlili 

termini  də işlənməkdədir.

Qan  qohumluğu  bildirən  terminlər  içərisində  bir  neçə 

ərəb  mənşəli  terminə  rast  gəlinir:  əmu //əmi  «əmi»,  xalə //xola 

«xala»  və  s.

Son  dövrlərdə,  xüsusilə  də,  gənc  nəslin  şifahi  nitqində 

rus  dilindən  alınma  ata və  anaya  müraciət  formaları  olan papa 

və mama terminləri  də işlənməkdədir.

b)  Nikah  qohumluğu  ilə  bağlı  terminlər.  Bu  tipli  termin­

lər nikaha  girdikdən  sonra  ər və  arvadın  müvafiq  surətdə  yaxın 

qan  qohumları  ilə  münasibətlərini  ifadə  edir.  Həmin  termin­

lərin  içərisində  İran  mənşəli  sad ə  terminlər  üstünlük  təşkil 

edir:  dumar//dumbar//dumbor  «kürəkən».  Müq.  et:  fars.  da- 

mad,  tal.  zomo,  İran  tat.  zoma,  semn.  zoma;  şoxuvar//şöxuvar 

«baldız»,  şöbirar//şöburor//şö burvar  «qayın»,  xüsur//xüşür 

«qayınana»  (tac.  xusur).

Fars  dilində olduğu kimi,  tat  dilində də  «gəlin»  anlayışı  ərəb 

mənşəli arus//ərüs termini  ilə ifadə edilir.

Müəyyən  hallarda  nikah  qohumluğu  təsviri  yolla,  mürək­

kəb  sözlər vasitəsilə  ifadə  edilir.  xusurmərd//xüsürmərd «qayı­

nata»,  zanbirar//zanburor//zənburvar  «qardaşarvadı»,  zan 



əmi//zən  əmi//zamu  «əmiarvadı»,  zan  dayı//zan  doyi  «dayıar- 

vadı»  və  s.

Nigah  qohumluğu  bildirən  terminlər  arasında  həvü  «gü­

nü»  sözü  xüsus i  maraq  doğurur.  Bu  söz  talış  dilində  əvısue 

şəklində  işlənir.  Fars  dilində  havu,  kürd  dilində  hevi,  heviye 

terminləri  daha çox  işləkdir.

Göstərilənlərdən  əlavə,  tat  dilində  bilavasitə  qohumluq 

terminlərinə  aid  olmayan,  lakin  «insan»  anlayışı  ilə  bağlı  olan 



pirzən  «qarı»,  pirm ərd  «qoca  kişi»,  el  «övlad»,  elgəri  «oğul­

luq»,  oğulluğa  götürülmüş  uşaq»,  ayallü//elli  «uşaqlı»,  ayalgə- 



ri,  «övladlığa  götürülmüş  uşaq»  və  s.  ifadə  formalarına  da  rast 

gəlirik.


Qohumluq  terminlərinin  dildə  işlənməsi  müxtəlif müraci-


Yüklə 1,97 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə