Gülsüm Hüseynova tat d I l I n I n L u g ə t


Gülsüm Hüseynova.  Tat dilinin lüğət tərkibinin leksik-semantik təhlili



Yüklə 1,97 Mb.
Pdf görüntüsü
səhifə16/30
tarix14.07.2018
ölçüsü1,97 Mb.
#55503
1   ...   12   13   14   15   16   17   18   19   ...   30

46

Gülsüm Hüseynova.  Tat dilinin lüğət tərkibinin leksik-semantik təhlili

Yuxarıda  göstərilən  məmulat  adlarından  bəziləri  müasir 

Azərbaycan  dilində  etnoqrafik termin kimi  işlənir.

Bəsti  «kiçik  küpə»  -   Bəzi  dialektlərdə,  məsələn,  Qara - 

bağ,  Cəbrayıl,  Füzuli  zonasında  işlənmişdir.  Qədimdə  soyuq - 

dəymə  zamanı  xalq  arasında  kürəyə  küpə  döşəmişlər.  Hazırda 

yaşlı  nəsil  bu üsuldan  istifadə  edir.



Satıl  -   «Armudu  formada  ağzıgen  mis  qab».  Satıldan  su, 

süd və  s.  maddələri  saxlamaq üçün  istifadə  olunur.



Lüleyin  -   «Məişətdə  işlədilən  kiçik  ölçülü  mis  qab». 

Azərbaycan  dilində bu  söz  eyni  şəkildə işlənərək,  «əl-üz yümaq, 

dəstəmaz  almaq  üçün  istifadə  olunan  «kiçik  ölçülü  lüləkli  və 

qulplu gil-saxsı  su  qabı» mənasında işlənir (46,  88).

4.  Misgərliklə bağlı  digər  söz və terminl ər.

Bu  terminoloji  qrupda  misgərlikdə  istifadə  olunan 

materialların  adını  bil dirən  sözlər  daha  çoxdur.  Tənəkə  zay 

şəklində  «mis  məmulat»:  Mis  həm  tənəkə,  həm  iş  qırsa formeyi 

bəbiran.  «Mis  h əm  tənəkə,  həm  də  əzik-üzük  formada  olur»; 

qırsa  «misin  bərpa  olunmuş  forması»,  şürə  «kimyəvi  maddə», 

tənə 

«misgərlikd ə 

istifadə 

olunan 


duz», 

pəstöyi 

«yarımfabrikat»  deməkdir.



Toxuculuqla bağlı  söz  və terminlər

Toxuculuq  ən qədim  sənət  növlərindən biridir.  Tat məişə­

tində  də toxuculuq xüsusi  yer tutur.  Tatlar əkinçilik və  heyvan­

darlıqla  məşğul  olurlar.  Qoyunçuluğun  inkişafı  yundan  isti fa- 

dəyə  geniş  imkanlar  açmış,  nəticədə toxuculuq,  eləcə  də xalça - 

çılıq  tatların  məişətində  geniş  yer tutmuşdur.  Tat  dilində  toxu­

culuq,  xalçaçılıq  sənəti  ilə  bağlı  terminlər  müəyyən  bir  leksik 

lay  təşkil  edir.  Xinəçü  «xalça  dəzgahı»,  «hana»,  gilimi  «sa­

çaq»,  vərd  «dəzgahda  ağac  (çubuq)  hissə»,  həvə  «xovlu  və 

xovsuz  xalçalarda  arğacları  və  çinləri  bir-birinin  üzərində 

oturtmaq  üçün  istifadə  edilən  alət»,  xilil  «mil»,  rıştarusmun



47

Gülsüm Hüseynova.  Tat dilinin lüğət tərkibinin leksik-semantik təhlili

«əyirilmiş  ip»,  çoşni  «naxış»,  «çeşni»,  loça  «naxış  növü»,  də- 



hiştan  «başlanğıc  qoymaq»,  rusmunriştan  «əyricilik»,  şünə 

«daraq»,  şalabandbof «tumanbağı  toxuyan  dəzgah»,  qeytonbof 

«qaytantoxuyan  dəzgah»,  taxtavəy  «yunu  tel-tel  edən  alət», 

həllac  «yun,  pambıq  darayan»,  «həllac»,  nimərçi  «keçəçi»,  du- 

hungir  «xalçaçılıq  aləti»,  arğac  «bir  qayçı  toxunuş»,  əriş  «xal­

ça  sarınan  ip»,  durozmun  «əriş»,  çarxala,  kələfsə, furoun  «ha­

nanın  detalları»,  gəndumi  hərfən:  «buğdayı»,  «buğda  şəklində 

naxış»,  gilimi  «kilimi»,  hərəmi  «naxış  növü»,  kilim bof «kilim 

toxuyan»,  «kilimçi»,  vərdivord «xalçada  olan  çubuğun  hərəkə­

tə  gətirilməsi»,  isbigül  «ağgül  (naxış  adı)»,  «ispigül»  və  s. 

terminlər bu  laya  daxildir.  Qeyd  olunan  terminlərin  əksəriyyəti 

xalçaçılığa  aiddir.

Leksik-semantik söz  qrupuna  daxil  olan  sözlərdən  biri  do­

minant  sayılır.  Dominant  sahənin  mərkəzi  elementi  olur.  To xu- 

culuq  leksikasında  dominant  “toxumaq”  felidir.  Tat  dilində  to­

xumaq  prosesinin  müxtəlif cəhətlərini  bofte  sözü  və  onun  deri- 

vatları  ifadə  edir.  Toxuculuqda istifadə  olunan  terminlərdən biri 

də «bafta»dır.  Şübhə yoxdur ki,  termin  boftan  felindəndir.  Bafta 

«güləbətin və ya ipək  saplardan toxunan  qaytan»  deməkdir.  Baf­

ta  sözünün  müxtəlif derivatları  vardır.  Bu  da  paltara  naxış  sal - 

maqla  bağlı  sənətin  yayılması  ilə  bağlıdır.  Azərbaycan  dilində 



baftalamaq,  baftalı,  baftaçı,  baftaçılıq  kimi  sözlərin  əsasında bu 

söz  durur.  Respublikamızın  müxtəlif  bölgələrində  yayılmış 

«şərbaflıq»  sənəti  də  bilavasitə  bafta  ilə  bağlıdır.  Azərbaycan 

tatları  şərbaflıq  sənəti  ilə  də məşğul  olurlar.  Bu  sənət  sahəsi  ay - 

rıca monoqrafik tədqiqat obyekti  olmuşdur (40,  192).

Palaz  -   «Yundan  ya  pambıqdan  toxunma  enli,  uzun,  qa - 

lın,  xovsuz xalça növüdür»  (6,  476).  Türk  dilində palas  fonetik 

variantında  işlənib,  «keçi  qılından  toxunmuş  qaba  kilim»  kimi 

izah  olunur.  Türk  dilinin  dialektlərində palaz  «köhnəlmiş  kilim, 

keçə,  çul,  çuval»  mənalarında  qeydə  alınmışdır  (85,  322).  Tat, 

fars və talış dillərində pəlos kimi işlənir.




48

Gülsüm Hüseynova.  Tat dilinin lüğət tərkibinin leksik-semantik təhlili

Xalça  və  kilimlərə  salınan  naxışlar  təbiət  və  məişətdən 

götürülmüşdür.  On ların  adlarının  əsas  hissəsi  ümumişlək  lek­

sik  qata  məxsusdur.  Bu  cəhət  həm  tat,  həm  də  Azərbaycan  di - 

lində  özünü  göstərir.  «Xalça  toxuyanlar  əhatə  olunduqları  tə - 

biəti,  əşyaları  xalça üzərinə  köçürdükləri  üçün toxuduqları  çeş - 

ni  adlarını  adi  ümumişlək  sözlərdən  yaratmışlar:  aşıq,  qayıq, 

pişikqıynağı,  dəvəgözü,  qoç,  tülkü,  göl,  gül,  quş,  tovuş  quşu, 

şirpəncəsi,  ay,  ulduz,  çeşni  adları  bədən  üzvləri,  heyvan,  quş, 

gül,  bitki,  səma  cisimləri  və başqa  predmetlərin  adları  əsasında 

əmələ  gəlmişdir».  Bu  cəhət  tat  dilində  də  özünü  göstə rir.  Tuğ, 

tuğbaşı,  həmənkömənci  naxış  adları  tat  dilinin  toxuculuq  ter- 

minologiyasında işlənir.

Bununla  yanaşı,  bir  sıra  naxış  adları  tat  dilindən  Azər­

baycan  dilinə  keçmişdir.  Məsələn,  Azərbaycan  dilində  «qəcə- 

lə»  adlı  naxış  növü  var  (1,  122).  Tat  şivələrində  bu  söz  qəcə- 

lə//qəcələ  şəklində  «sağsağan»  mənasında  işlənir.  Azərbaycan 

dilində  xalçaçılıq  termini  kimi  işlənən  mücələr  sözü  tat  dilin­

dən  alın madır.  Micə//mücə//micə  fonetik tərkiblərində  tat  şivə­

lərində işlənən bu  söz bir  çox  İran  dillərində  «kirpik»  mə nasın­

da  işlənir.  -lər  isə  Azərbaycan  dilinə  məxsus  cəmlik  bildirən 

şəkilçidir.  Azərbaycan  dilində  «taxtamücə»  naxış  adı  işlənir ki, 

bu  sözün  2-ci  komponenti  ümumiran mənşəlidir (1,  124).

Qeyd:  Bu  söz  mənşəcə  fars.  müjgan,  müje  sözləri  ilə bağ­

lıdır.  Müjə  sözü  qeyri-terminoloji  məqamda  hələ  M.Füzulinin 

dilində  işlənmişdir:  Müjəm  sərçeşmələr  mənzil  qılan  aşuftə- 

məcnundur» və  s.

Manca  «ip».  Kilvar  yaşayış  məntəqəsində  qeydə  alınmış 

bu  sözə  İran  dillərində,  eləcə  də  tat  dilinin  digər  ləhcələrində 

təsadüf  edilməmişdir.  Misal:  Mancara  bastand  ə  qeişi,  güllü 

saxtənd vərva.  «İpi  kəmərindən bağlayıb,  aşağı  buraxdılar» və  s.



Dağar//dəğər  -   Azərbaycan  dilinin  izahlı  lüğətində  bu 

söz  aşağıdakı  mənada işlənir:  1)  qaramal  dərisindən  hazırlanan 

torba;  2)  keçmişdə üzərində  qaytan toxumaq üçün  içi  əski -üskü



Yüklə 1,97 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə