Gülsüm Hüseynova tat d I l I n I n L u g ə t


Gülsüm Hüseynova.  Tat dilinin lüğət tərkibinin leksik-semantik təhlili



Yüklə 1,97 Mb.
Pdf görüntüsü
səhifə13/30
tarix14.07.2018
ölçüsü1,97 Mb.
#55503
1   ...   9   10   11   12   13   14   15   16   ...   30

37

Gülsüm Hüseynova.  Tat dilinin lüğət tərkibinin leksik-semantik təhlili

Bir  sıra  sənətlər  bir-biri  ilə  yaxındır.  Yaxınlıq  istifadə 

olunan  materiallar,  alətlərlə  də  əlaqədardır.  Misgərlik  və  də - 

mirçilik  sənətləri  ilə  məşğul  olanlar  hər  iki  sənət  növünə  aid 

məmulatları  hazırlaya  bilirlər.  Dəmirçilikdə  kənd  təsərrü fatın- 

da  istifadə  olunan  alətlərin  hazırlanması  əsas  yeri  tutursa,  mis- 

gərlikdə  evdə  istifadə  olunan  əş yalar,  silahlar  və  s.  daha  çox 

hazırlanır.  Bu  sənət  növləri  ilə  məşğul  olan  ustaların  istifadə 

etdiyi  alətlər  də,  əsasən  eynidir.  Məlumdur  ki,  sənət  sahələri­

nin  diferensiasıyası  onlara  aid  sözlərin  müxtəlif  sahələrə  aid 

terminlər  sisteminə  daxil  olmasına  səbəb  olmuşdur.  Dəmirçilik 

və  misgərlik  terminlərinin  mühüm  bir  qis minin  eyniliyi  də  bu­

nunla  bağlıdır.  Sənət  növlərinin  bir-birindən  ayrılması  tarixin 

müəyyən  dövründə  baş  vermişdir.  Sənətlərin  ayrılması  həm  bir 

sıra  köhnə  terminlərin,  həm  də  yeni  yaranan  sənət  leksikasına 

aid  vahidlərin  semantikasına  təsir  göstərmişdir.  Çünki  bir  sıra 

sahələrdə  adlandırma  həmin  sahə  ilə  məşğul  olanlar tərəfindən 

yerinə yetirilmişdir.  Lakin  müxtəlif materialların,  alətlərin  xal - 

qın  etnik-mədəni  dəyərlər  sisteminin,  dünyabaxışı  və  adət-ənə­

nələrindən  bəhrələnən  ornament  və  naxışların  müştərək  isti fa- 

də  edilməsi,  nəhayət,  fərqli  materiallardan  hazırlanan  eyni  mə­

mulatların  adları  sahə  leksikalarına  daxil  olan  müəyyən  sözlə­

rin  həm  formaca,  həm  də  semantikaya  görə  üst-üstə  düşməsinə 

zəmin  yaratmışdır.  Misgərlik  və  dəmirçilik  sənətlərinin  leksi - 

kasında bu  cəhət  özünü  aydın  büruzə  verir.  Ona  görə  də  bu  iki 

sənət növünə  aid terminlərin tat  dili  üçün bir yerdə öyrənilməsi 

daha  düzgündür.

Azərbaycan  tatlarının  dilində  misgərlik 

və  dəmirçilik  sənətlərinə  aid  leksik qat

Azərbaycan  tatları  arasında  misgərlik  və  dəmirçilik  sə - 

nətləri  ilə  məşğulluq geniş  yayılmışdır.

Bu  sənət  sahələri  Lahıcda  geniş  inkişaf etmişdir.  Lahıc la-




38

Gülsüm Hüseynova.  Tat dilinin lüğət tərkibinin leksik-semantik təhlili

rın  həyat  və  məişətində  misgərliyin  öz  yeri  var.  Lahıc  misgər - 

lərinin  işləri  təkcə  Azərbaycanda  deyil,  dünya  miqyasında  ad 

qazanmışdır.  Azərbaycanın  bu  ərazisində  qeyd  olunan  sənət 

növünün  təşəkkül  tapması,  formalaşması  və  inkişafı  tarixi  qə - 

dim  dövrlərə  gedib  çıxır.  Aydındır  ki,  misgərlik  sənəti  insanın 

öz  məişəti  üçün  əşyalar  hazırlaması  ilə  təşəkkül  tapmışdır. 

Tədricən  hazırlanan  əşyaların,  həmçinin  onların  hazırlanmasın - 

da  istifadə  olunan  alətlərin  çeşidi  artmış  və,  beləliklə,  bu  mə - 

mulatların  hazırlanması  sənət  səviyyəsinə  yüksəlmişdir.  Bütün 

xalqların  istifadə  etdiyi  məişət  əşyaları  forma  və  funksiyaları­

na görə,  əsasən  oxşardır.  Onların hazırlanması  proseslərində  də 

oxşarlıq  aydın  hiss  olunur.  Bunun  səbəbi  odur  ki,  misgərliklə 

məşğul  olanların  hazırladıqları  məmulatlara  olan  ehtiyac,  on la- 

rı  hazırlamaq  üçün  istifadə  olunan  materiallar  və  alətlər,  de - 

mək  olar  ki,  eyni  olmuşdur.  Misgərlik,  eləcə  də,  başqa  sənət 

növləri  ilə  bağlı  olan  xüsusi  leksika,  əsasən  ümumişlək  sözlər - 

dir.  Bu  da  sənətin ilk  növbədə  məişətlə bağlılığının  nəticəsidir. 

İnsanlar məişətdə  işlədilmək  üçün  hazırlanmış  əşyalara  ad ver - 

miş  və  öz  nitqlərində  onlardan  istifadə  etmişlər.  Sənət  sahə si­

nin  əhatə  dairəsi  genişləndikcə  müvafiq  sənət-peşəyə  aid  lek­

sik  vahidlərinin,  deməli,  terminlərin  sayı  da  artmışdır.  «Dilin 

inkişafının  ilk  dövrlərində  sözlər  ümumi  leksik  funksiya  daşı­

yaraq,  müəyyən  məqamlarda,  xüsusi  məqsədlərlə  termin  vəzi - 

fəsi  də  yerinə  yetirmişdir.  Abidələrdə  işlənən  termin  səciyyəli 

sözlər  ümumxalq  danışıq  dilinin  leksik  vahidləri  olmuşdur» 

(44,  5).  Azərbaycan  tatlarının  dilində  işlənən  və  misgərlik  ter­

minləri  sırasında  yer  tut an  noy  «ling»,  məbrəd  «yeyə»,  sərdəf 

«samovar  lüləyinin  dib  hissəsi»,  satıl  «mis  su  qabı»,  lüleyin 

«lüleyin»,  ökişi  «tayqulp  mis  suqabı»,  baxtəvər «iki  qulplu  sər­

nic»,  ohun  «dəmir»,  aşpəlö  «aşsüzən»,  ərsin  «ərsin»,  mıs 

«mis»  və  s.  terminlər,  əslində  ümumişlək  leksik  qatdan  ter mi- 

noloji  laya keçmişdir.

Sənət  və  peşə  yarandığı  dövrdən  başlayaraq  inkişaf  edir,




39

Gülsüm Hüseynova.  Tat dilinin lüğət tərkibinin leksik-semantik təhlili

təkmilləşir.  Sənətkarlar  zaman  keçdikcə  iş  prosesini  asanlaş - 

dırmaq  üçün  yeni  alətlər  düşünüb  hazırlayır.  Onlar,  eyni  za - 

manda,  istehsal  etdi kləri  əşyaların  çeşidlərini  də  zənginləşdi­

rir.  Misgərlik  sənəti  inkişaf  etdikcə,  bu  sahəyə  aid  alətlər  də 

artmışdır.  Təbii  ki,  hər  bir  alətin  öz  adı  olmuşdur.  Məsələn, 



sundum  «zindan»,  simbə  «metalda  mıx  yeri  açmaq  üçün  alət», 

zınqavod  «mıxın  baş  tərəfini  girdələmək  üçün  alət»,  mıxkəş 

«kəlbətin»,  qalamıx  «mıx  düzəltmək  üçün  alət»,  kəlbətiicoğ 

«masa»,  ödrang «ocağı  qarışdırmaq üçün  alət».

Sənətdə  istifadə  olunan  alətlər  də  zaman-zaman  təkmil­

ləşdirilmişdir.  Nəticədə  sənətdə  eyni  alətin  müxtəlif  növləri 

tətbiq  edilməyə  başlanmışdır.  Məsələn,  sundum  sözünü  götü­

rək.  O,  al ətin  ümumi  adıdır:  İn  sundum a  çan  soli  kor  b əfidoş- 

tənim.  «Bu  zindanı  neçə  ildir  işlədirik».  Amma  sundumun 

müxtəlif növləri  var.  Çiloğ bir  tərəfi  til  şəklində  olan  zindanın 

adıdır.  Çiloğ dan silindrik  məmulatların  hazırlanmasında  isti fa- 

də  olunmuşdur.  İn  çiloğa  çan  soli  kor  bəfidoştənim.  «Bu  zin­

danı  («çiloğu»)  neçə  ildir işlədirik».  Qıblasundum  əsas  zindan­

dır,  ona  «ana zin dan»  deyirlər.  Bə  misgəri  bütün  korhon  b ə  sər 



qıblasundum dirə  bəbiran.  «Misgərlikdə bütün işlər ana zinda­

nın  üzərində  görülür».  Korsundum  misin  spesifik  formaya  sa­

lınması  məqsədil ə  istifad ə  edil ən  zindan  növüdür.  Tat  dilinin 

misgərlik  və  dəmirçilik  terminologiyasında  istifadə  edilən  çə­

kiclərin  də  çoxlu  sayda  novl əri  var  v ə  bu  növlərin  hər  birinin 

məxsusi  adı  var.  Məsələn:  korsü  «ağzı  dördbucaqlı  şəklində 

olan  çəkic»:  Nəzər korsürə nayoft.  «Nəzər çəkici tapmadı»;  kə­

lə  korsü  «iri  çəkic»,lözani  (lö  «dodaq»  və  zərən  «vurmaq»  fe­

lindən).  Metal  məmulatın  dar  hissəsində  iş  görmək  üçün  olan 

aləti  bildirir.  Bəstirə  gərdənirə  ve  lözani  rost  bısoxtənund. 

«Güyümün boğaz hissəsini bu  alətlə  düzəldirlər»  və  s.

Ayrı-ayrı  sənət  sahələrində  istifadə  olunan  materialların 

adlarının  etimoloji  təhlili  dilçilikdə  xüsusi  maraq  doğurur.  Mis 

sözünün  etimologiyası  da maraq  doğurur.  Bu  söz  tat  dili  və  bir



Yüklə 1,97 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə