Gülsüm Hüseynova tat d I l I n I n L u g ə t


Gülsüm Hüseynova.  Tat dilinin lüğət tərkibinin leksik-semantik təhlili



Yüklə 1,97 Mb.
Pdf görüntüsü
səhifə17/30
tarix14.07.2018
ölçüsü1,97 Mb.
#55503
1   ...   13   14   15   16   17   18   19   20   ...   30

49

Gülsüm Hüseynova.  Tat dilinin lüğət tərkibinin leksik-semantik təhlili

və  ya  yunlə  bərk  doldurulub  bağlanmış  meşin  yastıq.  İkinci 

məna toxuculuq  leksikası  ilə bağlıdır (5).

Şalabandbof -   «Tumanbağı  toxuyan  dəzgah».  Lahıc  ləh- 

cəsind ə  qeyd ə  alınmışdır.  Misal:  Zeynalabdin  be  man  bə  mu­

zey  şalabandbofa  ruşun  do.  «Zeynalabdin  m ənə  muzeydə  tu­

manbağı  toxuyan  dəzgah  göstərdi».

Göründüyü  kimi,  bu  mür əkkəb  söz  iki  t ərkib  hissəsindən 

ibarətdir.  Birinci  tərəf  şalaband  «ip»  mənasında  olub,  başqa 

İran  dillərində  cüzi  səs  fərqi  il ə  həmin  mənada  işlənir.  Məsə­

lən,  talış  dilində şəlbend «bağlamaq üçün  alt paltarın bel  his sə­

sinə  keçirilən  ip»  m ənasında qeydə  alınmışdır  (10,  431).  Sözün 

ikinci  tərəfi  bof «toxumaq»,  əksər  İran  dillərində  müxtəlif fo- 

netik variantlarda işlənir.

Çıqrığ  -   «çarx»  (cəhrədə).  Tat  ləhcələrində  eyni  mənada 

cığrığ//cığreğ fonetik variantlarında  qeydə  alınmışdır.

Vara  -   «bir  tikişlik  sap»;  tat  dilindəki  var  dərən  «əyir­

mək»  sözündən olması  eh timal  olunur.



Şubənd  -   «eni  bir  santimetr ə  qədər  olan,  yundan  toxun - 

muş uzun  çarıqbağı».  (Şa/şah  «şah,  əsas»,  band/bənd «bağ»).



Çoşni//çeşni  -   Dialekt  və  şivələrdə  bu  söz  «şəkil,  surət» 

(Qızın  çeşnisi  onun yadında  qalmadı  -   Sabirabad),  «naxış»  (Bu 

gəvənin  çeşnisi  yaxşıdı  -   Qazax),  «nümunə»  (Bizzə Nabur xəl- 

çələrinin  çeşnisi  var  -   Şamaxı)  mənalarında işlənir  (9,  95).  Tat 

ləhcələrində  bu  söz  çeşni//çoşni  fonetik  variantlarında  işlənə - 

rək,  «naxış»  mənasını  bildirir və  toxuculuqda  termin  kimi  qey - 

də alınır.

Xalçaçılıq  Azərbaycanın  bütün  bölgələrində  geniş  yayıl­

mışdır.  Ərazidə  yaşayan  irandilli  xalqlar  da  bu  sənətdən  geniş 

istifadə  etmişlər.  Ona  görə  də,  xalçaçılıqda  ümumiran  mənşəli 

sözlər  çoxdur.  Həmin  sözlərin  böyük  bir  qis mi  tat  dilinin  xal­

çaçılıq  terminologiyasında  işləkliyi  ilə  seçilir.  Simar,  bədrəng, 



kuvan,  dəhnə,  bazıbənd,  zinət,  aftafa,  xəkəndaz,  gülabdan,  gü - 

labgülü,  gül,  kasa,  fincan,  nəlbəki,  nəlbəkigülü,  şana,  noxud,


50

Gülsüm Hüseynova.  Tat dilinin lüğət tərkibinin leksik-semantik təhlili

kətan,  dəst,  çəngəl,  çıraq,  sərandaz,  muceha  və  bu  kimi  sözlər 

xalçalarda  işlənən  naxış  adlarıdır  (1,  96).  Belə  naxış  adları 

ümumişlək  leksik  qatdan  götürülmüşdür  və  onlar  daha  çox 

məişət  əşyalarının  adlarıdır.  Bu  da  təbiidir.  Xalçaya  salınan 

naxışların bir qismi  məişətdə istifadə  olunan  əşyalarla bağlı  ol - 

muşdur.  Bu  cür  naxışlar  ya  məişət  əş yasının  xalça  üzərində 

təsvirini  verməyə,  ya  da  məişət  əşyasına  oxşar  bəzək  elemen­

tinin yaradılmasına xidmət etmişdir.



Zərgərlik terminləri

Qədim  insan  özü  üçün  bəzək  vasitələri  də  düzəltmək  üs - 

tündə  daim  fikirləşmişdir.  Nəcib  metallardan  istifadə  zərgərlik 

sənətinin  inkişafına  xüsusi  təsir  göstərmişdir.  Zərgərlik  Azər­

baycanda  qədim  dövrlərdə  təşəkkül  tapmış  və  geniş  yayılmış 

sənət  növlərindən  biridir.  Bu  sənətlə  məşğul  olanlar  qiymətli 

metallardan  (qızıl,  gümüş  və  s.)  bəzək  məmulatları,  müxtəlif 

əşyalar  hazırlamışlar.  Zərgərlik  mə mulatları  çox  vaxt  qiymətli 

və ya  yarımqiymətli  daşlar (mirvari,  kəhrəba,  sədəf və  s.)  həm - 

çinin  şüşə,  sümük və  s. -lə  bəzədilir.  Ən  qədim  zərgərlik  nü mu- 

nələri  eramızdan  əvvəl  III  minilliyə  aiddir.  Azərbaycan  tatları 

da  bu  sənətə  aid  nümunələr  yaratmışlar.  Tatların  işlətdikləri 

bəzək,  zinət  əşyalarının  adları  tat  dilinin  zərgərlik  leksikasının 

əsasında  durur.  Zərgərlikdə  istifadə  olunan  alətlərsə  başqa  sə - 

nət  sahələrində  də  istifadə  olunduğundan,  onların  adlarındakı 

eynilik  qorunub  sax lanmışdır.

Bəzək  əşyalarının  adları,  ümumiyyətlə  tat  dilinin  zərgər­

lik leksikasına  daxil  olan  sözlər,  əsasən,  ümumiran  mənşəlidir. 

Eyni  zamanda  bu  dilə  Azərbaycan  dilindən  keçmiş  zərgərlik 

terminləri  də  çoxdur.  Eyni  ərazidə yaşamaq  eyni  və  oxşar zinət 

əşyalarından  istifadə  etməyə  zəmin  yaratmışdır.  Nəticədə  baş­

qa  xalqa  aid  olan  əşya  ilə  birlikdə  onun  adı  da  alınıb,  istifadə 

edilmişdir.  Tat dilinin zərgərlik leksikasında  bilərzik,  bazubənd,



51

Gülsüm Hüseynova.  Tat dilinin lüğət tərkibinin leksik-semantik təhlili

qolbənd,  dəstinə//dasinə  sözləri  sinonim  cərgə  təşkil  edir.  Qol- 

bənd sözü türk və tat  dilindən  olan  sadə  sözlərin birləşməsindən 

əmələ  gəlmiş  hibrid  mürəkkəb  termindir.  Tat  dilində  işlənən  və 

ümumiran  mənşəli  olan  dastinə/dasinə  sözləri  yalnız  fonetik 

fərqə  görə  seçilir.  Bunların  eyni  məmulatı  bildirməsi  və  eyni 

söz olması  şübhə  doğurmur.

Bazubənd  ümumiran  mənşəli  mürəkkəb  sözdür.  Azər - 

baycan  dilində  alınma  söz  kimi  işlənən  qolbənd  sözü  ilə  eyni 

sözdüzəltmə  modelinə  malikdir (bazu  «qol»  +  bənd).  Bazubənd 

qola tanılan  qadın bəzən  əşyasını  bildirir.  Bundan  başqa,  bazu­



bənd  qədimdə  döyüşçülərin  qollarına  taxdıqları  «qolçaq»  mə - 

nasında da işlənmişdir (5,  182).

Azərbaycan  klassik  ədəbiyyatında,  aşıq  yaradıcılığında 

bazubənd sözü  qeydə  alınmışdır:

«Xadimələr  durar  sağü  solunda,  Cəvahir  buzubənd  iki 



qolunda»  (Nəbati).  «Qızıl  bazubəndlər  qola  yaraşır»  (Aşıq 

Ələsgər)


Qilindənə  tat  dilində  «boyunbağı»  mənasındadır.  Bu  söz 

Azərbaycan  dilinin  bəzi  dialektlərində  qilindənə  (Bakı)  -   «bo­

yunbağı»  şəklində işlənir:  -  Qızım,  qilindənə almışam  sə:nçün. 

Lahıc  tatlarının  dilində  bu  söz  qilində  şəklində  işlənir.  (Yəqin 

ki,  in  qədimiyə  qilində  ə  nənetı  munde.  «Yəqin  ki,  bu  qədimi 

boyunbağı  nənəndən  qalıb»).  Azərbaycan  dilinin başqa dialekt - 

lərində  işlənən  dıxa,  gəlgəl,  boğazaltı,  həmayil,  çəçix  (8,  326) 

sözlərinin  «boyunbağı»,  «bilərzik»  mənalarında  işlənməsi  qey­

də  alınmışdır.  (Dıxa  (Qax.)  -   «boyunbağı».  -  Baqudan  köççək, 

dıxalar getirip  qardaşı).  Ola  bilsin  ki,  gəlgəl,  çəçix  boyun  bə­

zəyinin  müxtəlif  dialektlərdə  işlənən  adlarıdır.  Naxçıvan 

dailektinə  aid  olan  çəçix  sözünün  ikinci  mənası  «muncuq»dur. 

Muncuq məlum  olduğu  kimi,  boyunda  da  gəzdirilir.  Qeyd  edil - 

miş  sözlərdən həmail və mıncıq tat dilində  geniş işlənir.

Azərbaycan  dilində  zərgərlik  əşyası  adı  kimi  sırğa,  tana, 

küpə  sözləri  sinonim  kimi  istifadə  edilir.  Bu  terminlərdən  tana



Yüklə 1,97 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə