Gülsüm Hüseynova tat d I l I n I n L u g ə t


Gülsüm Hüseynova.  Tat dilinin lüğət tərkibinin leksik-semantik təhlili



Yüklə 1,97 Mb.
Pdf görüntüsü
səhifə27/30
tarix14.07.2018
ölçüsü1,97 Mb.
#55503
1   ...   22   23   24   25   26   27   28   29   30

78

Gülsüm Hüseynova.  Tat dilinin lüğət tərkibinin leksik-semantik təhlili

nimlərin  bəzilərində türk mənşəli  tərkib  hissələr də  işləkliyi  ilə 

seçilir.

Əhən  -   İsmayıllı  rayonunda  kənd  adı,  yaşayış  məskəni. 

Niyaldağ  silsiləsinin  ətəyində,  Lahıc  çökəkliyində  yerləşir. 

Əhalisi  Lahıc  kəndindən  çıxanlardır.  Əhən/ohun  tat  dilində 

«dəmir»  deməkdir.  Kəndin  adı  əhalinin  dəmirçiliklə  məşğul  ol­

ması  ilə  əlaqəlidir.

Niyaldağ  -   İsmayıllı  rayonunun  ərazisində  olan  dağın 

adıdır.  Yazılı  mənbələrdə  dağın  adı  X  əsrdən  məlumdur.  O, 

İranın  Lahıcan  mahalındakı  eyniadlı  oronimlə  bağlıdır.  Bu  ma­

haldan  köçürülmüş  tatlar  yeni  yaşayış  məskənlərindəki  dağı 

eyni  adla  adlandırmışlar.  Niy  tat  dilində  «doqquz»  mənasında 

olan  sözlə yal  sözünün birləşməsindən  əmələ  gəlmişdir.  Tədqi­

qatçılar  bu  sözün  türk  dillərindəki  naal/nial  sözündən  olub, 

«yaşıl,  göy,  ot,  bitki»  anlamında  olan  sözdən götürülməsini,  iki 

saitin  arasına  türk  dilləri  üçün  səciyyəvi  olan  «y»samiti  artımı 

ilə  əlaqələndirərək  türk  mənşəli  olması  fikrini  irəli  sürmüşlər 

(13,  386).

Nügədi  -   Quba  rayonunda  kənd  adıdır.  Tat.  nügə/nüə 

«yeni»  və  di  «kənd»  sözlərindən  yaranmışdır  («Yenikənd»). 

Bu  model  üzrə  əmələ  gəlmiş  topo nimlərə  irandilli  əhalinin  ya - 

şadığı  başqa  ərazilərdə  də  rast  gəlmək  olur.  Məsələn,  Nüvədi 

toponimi  Lerik  rayonunda  kənd  adını  bildirir.  Eyni  adlı  kənd 

erməni  işğalına  qədər  Zəngilan  rayonunda  olmuşdur.  Azər bay- 

canın Ağsu və  Şamaxı  rayonlarında nüydü  adlı  kəndlər var.

Novxanı  -   Abşeron  rayonunda  kənd  adıdır.  Tat.  dilindəki 

nou  «yeni»  və xanı  ( tərkib  hissələrindən  əmələ  gəlmişdir. 

(Yəni, yeni evlər,  yeni məskənlər) və  s.

Abşeron  ərazisində  bu  model  üzrə  düzəlmiş  başqa  yaşa­

yış  məntəqələri  də var.



Balaxanı  -  Bala  və  tat  xana  sözlərindən  tərkib  olunmuş­

dur.  T.Əhmədov  toponimin  tərkibindəki  bala  komponentini 

«yüksək  yer,  təpə»  kimi  izah  edir.  Müəllif  xana  komponenti



79

Gülsüm Hüseynova.  Tat dilinin lüğət tərkibinin leksik-semantik təhlili

haqqında  yazmışdır:  «İran  dillərində  müstəqil  leksik  vahid 

kimi  «ev,  mənzil»  mənasında  işlənən  xana  sözü  Azərbaycan 

dilinə  keçərək,  onun  toponimiyasında  bir  sıra  mürəkkəb  oyko - 

nimlər formalaşdırmağa xidmət  edən topokomponent  funksi ya­

sını  yerinə  yetirir.  Müəyyən  hallarda  bu  formant  yerli  dialekt 

və  şivə  xüsusiyyətlərindən  asılı  olaraq,  xanə/xanı  variantların­

da da tələffüz  olunur»  (23,  180).

Bizə  belə  gəlir  ki,  xana  ünsürünün  xanı  şəklinə  düşmə­

sində müvafiq toponimlərin rusca variantının təsiri  olmuşdur.



Həşəxonə//Həşəxunə//Xəşəxunə  -   Abşeron  yarımadasın­

da  Qala  yaşayış  məskəni  ərazisində  yerləşən  kəndin  adıdır.  İlk 

vaxtlar  burada  səkkiz  ev  olmuşdur.  Toponimin  tərkibindəki 

«həş»  (haşt/həşt «səkkiz»)  də buna işarə  edir.

Ümumiyyətlə,  «xana»  sözü  Azərbaycan  dilinin  lüğət  tər - 

kibində  əsaslı  şəkildə  yer  almış  və  bir  sıra  onomastik  vahidlə­

rin  əmələ  gəlməsində  iştirak  edir.  Xana  sözü  ilə  əmələ  gələn 

bəzi  onomastik  vahidlərin  izahında  maraqlı  bir  məsələ  ilə  üz­

ləşmək  olur.  Bu  İran  mənşəli  xanə  və gah  (yer)  sözlərinin  bir - 

ləşməsin dən  alınan  toponimlərin  izahında üzə  çıxır.  Belə to po- 

nimlərin  yaranma  tarixi  başqadır.  Əvvəllər  müqəddəs  yer  kimi 

qəbul  olunmuş  ərazidə  tikilmiş,  salınmış  tikililəri  «xanəgah» 

adlandırlmışlar.  Bu  məsələdə  V.V.Bartoldun  izahına  əsas lana- 

raq,  İ.M.Oranskinin  «xane»  sözünün  «zahidlərin,  asketlərin 

hücrəsi»  mənasını  qəbul  etmişdir (65,  58-75).

Gəndob/Qəndob/Gəndo  -  Bizcə,  aşağıdakı  tərkib  hissələ­

rindən  ibarətdir:  «gənd»  və  «ob».  Ümumi  mənası  «şirin  su, 

qənd kimi  şirin  su» formasında izah  oluna bilər.

Aragird  -   Bu,  mikrotoponim  olub,  Lahıcda  məhəllə  adını 

bildirir.  M.Ə.Əfəndiyevin  fikrincə,  Lahıcın  üç  məhəlləsindən 

birinin  adı  olan bu  söz türkmənşəlidir.  Dağların  arasında olduğuna 

görə  «araya  girdi»  kimi  izah  edilir  (82,  45-46).  Gird sözünü  İran 

dilləri  materialı  əsasında «dəyirmi,  dairəvi»  mənasında izah  etmək 

də  mümkündür.  Məhəllənin  dağların  arasındakı  dairəvi  formada




80

Gülsüm Hüseynova.  Tat dilinin lüğət tərkibinin leksik-semantik təhlili

olan yerdə yerləşməsi belə bir əsas yaradır.

Tat  dili  ilə bağlı  olan  bəzi  toponimlərə  aid  izahlardan  ay­

dın  olur  ki,  yad  dil  toponimləri  ilə  toponim  yaradıcılığında  is - 

tifadə  olunmuş  alınma  sözlərdən  düzələn  toponimlərin  sərhəd - 

dini  müəyyənləşdirmək  üçün  bu  cür  təd qiqatların  əhəmiyyəti 

böyükdür.  Biz  belə  bir  fikirlə  razılaşırıq  ki,  yalnız  o  topo nim- 

ləri  başqa  dil  toponimləri  adlandırmaq  olar  ki,  onların  yaran - 

masında  iştirak  edən  bütün  vahidlər  kənar  dilə  aid  edilsin. 

Əgər toponimin  tərkibində  Azərbaycan  dilinin  öz  sözləri  və  ya 

əvvəllər  alınmış  və  mənimsənilmiş  sözlər,  Azərbaycan  dilinin 

qrammatik  formaları  iştirak  edirsə,  onları  Azərbaycan  topo­

nimləri  sırasına daxil  etmək lazımdır.

Tat  dilində  işlənən  şəxs  adları  da  müəyyən  sistem  təşkil 

edir.  Qeyd  etmək  lazımdır  ki,  bu  dilin  antroponimlər  sistemində 

Azərbaycan  dilindən  alınmalar,  eləcə  də  Azərbaycan  dili  vasitəsi 

ilə  alınma  adlar  daha  çoxdur.  Şəxs  adları  əsasən  iranmənşəlidir 

(Yovər,  Gülzor,  Gülşən,  Gülsüm).  Dildə ərəb  mənşəli  adlar (Mən­

sur,  Nayilə,  Rosim,  Sefullo və  s.)  da az  deyil.  Şəxs adları  quruluş- 

ca  sadə,  düzəltmə  və  mürəkkəb  sözlər  olur.  Sadə  şəxs  adları: 



Əhəd,  Okif,  Lola,  Mohir  və  s.  2.  Düzəltmə  şəxs  adları:  Hisniyə, 

Mihbora  və  s.  3.  Mürəkkəb  şəxs  adları:  Əliağa,  Allahyor,  Ağa- 

boji,  Şobikə və s.

Tat  dilində  etnoqrafizmlər

Tat  dilinin  etnoqrafik  terminləri  sırasında  yemək  və  xö­

rək adları  (nun  «çörək»,  nimik «duz»  öü  «su»,  şir «süd»,  şirəvo 

«südlü  sıyıq»,  vürü  «umac»,  qurqut  «qovrulmuş  yarma»,  tüvə- 



los  «quymaq»,  siyə  həlva  «qara  halva»  (səmənidən  hazırlanır), 

tara  həlva  «un  halvası»,  duğ  «ayran»,  duvavo  «dovğa»,  həsi 

«əriştə»,  kolanun  «göyərtidən  hazırlanmış  çörək»,  darungərgi 

«zoğal  qurusundan  hazırlanmış  qiymə»,  ruğananun  «fəsəli», 

xoyəkərg  «yumurta»,  xoyəginə  «şirin  qayğanaq»,  sərəpö  «xaş»



Yüklə 1,97 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə