Gülsüm Hüseynova tat d I l I n I n L u g ə t


Gülsüm Hüseynova.  Tat dilinin lüğət tərkibinin leksik-semantik təhlili



Yüklə 1,97 Mb.
Pdf görüntüsü
səhifə29/30
tarix14.07.2018
ölçüsü1,97 Mb.
#55503
1   ...   22   23   24   25   26   27   28   29   30

84

Gülsüm Hüseynova.  Tat dilinin lüğət tərkibinin leksik-semantik təhlili

dükdən  sonra qalan  su «şur  suvu»  (zərd «sarı»,  su//o  «su»).



Yağlipiyaz  -  «soğanqovurması».  Müq.  et: yağlı v ə piyaz.

Pindirpiyaz -  «soğan qovurmasının üzərinə pendir tökməklə 

hazırlanan xörək».



Dülə  qoğal  -   (Ab.)  «iç  qoğal».  Bu  ad başqa yerdə də bizə 

təsadüf  edib.  Birinci  tərkib  hissəsi  dül  sözü  «ürək»,  məs.  «iç» 

deməkdir.  İkinçi  tərkib  hissəsinin  izaha  ehtiyacı  yoxdur:  Bə  id 

Noruz  dülə  qoğal  boş  həmsiya  impezim  «Novruz  bayramında 

qonşularla birlikdə  iç  qoğal  (şorqoqal) bişirərik».

Pezirən  -   (Ab.)  «bişirmək».  Əsasən  Balaxanı  və  Suraxa­

nı  tatlarının  dilində  qeydə  alınmışdır.  Nezilə  əyəlü,  nə  mutanı 

xurak  pezirən  «Nazilə  uşaqdır,  xörək  bişirə  bilməz».  Tat  dilin­

də bu  söz  «bürcundan»  formasında işlənir.



Tso  -   (Ab.)  «doşab».  Əsasən,  Balaxanı  tatlarının  dilində 

işlənir.  Saxtə  xəşilə  muxardim  boş  tşo  boş  rağan  ve  lezzəti. 

«Bərk xəşili  doşabla,  yağla ləzzətlə  yeyərdik».

Halə -   «gəlinin  otağında bəylik yatağın üstünə  salınan bə - 

zəkli  örtük.  Müq.  et:

Yax  lampanı  lalə  kimi,

Sərin nurlu halə  kimi

Gəlinmizin  otağında 

(M.Müşfiq).



Simsor//simşər  -  «simsar»,  «yaxın  adam».

Mənə  eş  ye  imsor gərəyi.  «Mənə  də bir  simşar gərəkdir».

B.Millerin  lüğətində  bu  söz  semsar  şəklində  «köhnə  pal­

tar satan»  mənasında verilmişdir (64,  291).



Nosi-nosi  -   «novruz  payı»  (Ab.).  Əyəlun  müamarund  bə 

nosi-nosi  xonçə  muxastund.  «Uşaqlar  gəlib  xonçadan  novruz 

payı  istəyərdilər».

Nuhəvar,  tirəçu  -   (Qon.  k.)  «yelləncək».  İmi  bə  h amin 

bə  Qonaqkənd  bəraftəni  boş  əyalun  ə  tütdar  tirəçi.  «Biz  yayda 

Qonaqkəndə  gedəndə  uşaqlarla  tut  ağacından  yelləncək  asar- 

dıq».


Küfarə,  borley  (yə)  -   (Q.)  «beşik».  Ə  küfarə  tə  bə  qabr


85

Gülsüm Hüseynova.  Tat dilinin lüğət tərkibinin leksik-semantik təhlili

elm  vamurind  (Həzrəti  Əlinin  kəlamı).  «Beşikdən  qəbrədək 

elm  ö yrənin».

Ləbbadə  -   (Ab.)  «uzun  üst  paltarı»,  «plaş».  Poy  ləbbadə 

xaştənə dəkünü.  «Qoy plaşını geyinsin».



Cannığ  -   «sırıqlı»,  «canlıq».  Tat  dilinin  Lahıc,  Məlhəm, 

Quba  ləhcələrində  geniş  işlənir.  Əği  cannığ  na  ımbı  «Bundan 

sırıqlı  olmaz».

Çaxçur//carcur  -   «qadın  şalvarı».  Tat  dilində  bu  söz 

çaxçür//çaxçur  kimi  işlənərək,  «corab»  mənasını  bildirir.  Ye 

cift çaxçur boft be  mann  «Mənim üçün bir cüt corab toxudu».



Düriyə  -   «ikiüzlü  naxışlı  gecə  papağı»;  (dü//di  «iki»  + 

ru/rü  «üz»)  tərkib  hissələrindən  əmələ gəlmişdir.

Həfsər  -   (Kil.)  «yeddibaşlı».  Mürəkkəb  söz  olub,  h ə f (t) 

«yeddi»  və  sər  «baş»  sözlərinin  birləşməsindən  yaranmışdır.  Ə 

pişe  anu ye  dər bu,  dərə vakart vind ki,  incə ye  həfsəri döü niş- 

te.  «Qarşısında  bir  qapı  var  idi,  açdı,  gördü  ki,  bir  yeddibaşlı 

div  oturub  .

Cora  -   (Ab.)  «süpürgə».  Quba,  Qon.  k.,  Xaç.  ləhcələ rin- 

də  coru,  Lahıc  ləhcəsində  isə  cezi  formasında işlənir.  Əyal  boş 



coru vozi  saxtən  «Uşaq  süpürgə ilə oynayır».

İnqarçu  -   (Q.)  «çəngəl».  Bərey  arsi  inqarçu-kardəhanə 

xub-xub  şustim.  «Toy  üçün  çəngəl -bıçaqları  yaxşı-yaxşı  yu­

duq».

Nühəvar  -   (Q.,  Qon.  k.)  «çörək  yaymaq»  (nü  (n)  «çörək» 

+  həvar  «yaymaq»).  Mu  nün  həvardənüm  «Mən  lavaş  yayı­

ram».

Başdığ//başdüğ  -  «başlıq».  Toy  ərəfəsində  qız  evinin  oğ - 

lan  evindən  aldığı  pul,  heyva n.



Xırş  -   «ağuz  (doğmuşinəyin  ilk  südü)»  (Lah.).  Mərəgö 

bizəndəni  xırşirə  bədi-şündənim.  «İnək  doğanda  ağuzunu  qay- 

nadırıq».  Talış  dilində hışformasında işlənir.

Övərə  -   «evdə  çimmək üçün  istifadə  edilən  yer».  Bu  sö - 

zü  təşkil  edən  kom ponentlərdən  biri ncisi  -öİran  dillərində  olan




86

Gülsüm Hüseynova.  Tat dilinin lüğət tərkibinin leksik-semantik təhlili

ab  «su»  sözünün  fonetik variantı,  ikin cisi  vərə  isə  «yer»  mə na­

sını  verən  leksik vahiddir.  Göstərilən  mənada  övərə  sözünə  di­

gər İran  dillərində  təsadüf olunmamışdır.  Bə  qədimiyə  xuna ho- 

na bə  həmmeyi  övərə  bire.  «Qədimi  evlərin  hamısında  çimmək 

yeri  olmuşdur».

Xiş  barundan  -   «yer  şumlamaq».  Bə  marta  mohi  bə  Lö- 

yic  xori  xiş  barun dənund,  gəndim  başundənund.  «Mart  ayında 

Lahıcda yeri xışla  əkirlər,  buğda  sə pirlər».

Dağar/dəğər  -   «dağar,  dağarcıq».  Həm  tat,  həm  də  Azər - 

baycan  dialektlərində  eyni  mənada  «qoyun-keçi  dərisindən  ha­

zırlanmış taxıl  qabı»  mənasında işlənir.

Vəçanüm  -   «dilənçi»  (Q.).  Sekinə  xalə  bə  dər  amarə  və - 

çanumə  dəst  bə  tihi  rahə  nə  dərəbü  «Səkinə  xala  qapıya  gələn 

dilənçini  əliboş  yola  salmazdı».



Yüklə 1,97 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə