Dilçiliyin obyekti,predmeti və vəzifələri


Dilin sistemi və strukturu



Yüklə 63,25 Kb.
səhifə4/25
tarix02.06.2023
ölçüsü63,25 Kb.
#115072
1   2   3   4   5   6   7   8   9   ...   25
DİLÇİLİYƏ GİRİŞ CAVABLARI.

16. Dilin sistemi və strukturu
Dilin sistemi onun tip münasibətlərinə görə kateqoriyalar və yaruslarda birləşmiş vahidlərinin inventarıdır. Dilin strukturu vahidlərin yarusları və hissələri arasında münasibətlər yaradır. Deməli, dilin strukturu dilin siteminin əlamətlərindən yalnız biridir. Dilin vahidi, dilin kateqoriyaları, dilin yarusu, dilin münasibətləri anlayışları üst-üstə düşmür, lakin onlar hamısı dilin sistemi anlayışını açmaq üçün mühümdür.
17.Dilin kateqoriyaları.
Dilin vahidləri dilin kateqoriyaları ve yarusları üzrə bölünür. Dilin kateqoriyaları dilin eynicinsli vahidlərinin qruplarıdır. Kateqoriyalar ümumi, kateqorial, adətən semantik əlamət əsasında birləşirlər. Azərbaycan dilinde hal, zaman, növ, şəkil kimi kateqoriyalar vardır.


18.Dilin səviyyə və vahidləri.
Dil yarusları Dilçilik ədəbiyyatında rast gəldiyimiz «Dil səviyyəsi», «Dil yarusu», «Dil karkası» terminləri eyni mənada işlənir. Dil yarusları haqqında da fikirlər bəzən haçalanır. Məs. V.N. Peretruxin dil strukturunu iki varusa bölür: a) diferensial, b) semantik.
Dil strukturu üç səviyyədən ibarətdir: a) diferensial, b) semantik, v) konstruktiv. Diferensial yarus dil səviyyəsinin birinci mərtəbəsini təşkil edir. Burada yalnız fərqləndirici elementlər fonemlar va onların sistemi mövcud olur.
Semantik səviyyə paradiqmanın ikinci mərtəbəsini təşkil edir. Burada leksik-serrantik sistem mövcuddur. Bu yarus məna yarusudur.
Üçüncü yarus konstruktiv yarus dilin ən yüksək mərhələsi, özünəmaxsus qrammatik konstruksiyalar mərtəbəsidir. Bu yaruslar mütləq və nisbi şəkildə müstəqildir. Onların mütləq müstəqilliyini şartləndirən cəhət o: vahidlərinin olmasıdır. Hər bir yanusun öz vahid vardır. Bu yaruslann müstəqilliyirin nisbiliyi isə onunla əlaqədardır ki, bunlar arasında qəti sərhəd qoymaq olmaz. Belə ki, bir yarasun vahidi başqa yarusa keçə bilir. Məsələn, «o» səsini götürək. Bu, səs kimi diferensial yarusun, işarə və şəxs əvəzliyi kimi semantik yarusun, cümlənin mübtədası və təyini olduqda isə konstruktiv yarusun vahidi olur.
Dilin vahidləri onun bir-birindən vəzifəsinə (təyinatına), nizamına ve dilin sisteminde yerinə görə fərqlənən daimi elementləridir. Öz teyinatına görə dilin vahidləri nominativ, kommunikativ ve nizami vahidlərə bölünür. Dilin əsas nominativ vahidi söz (leksem), kommunikativ vahidi cümlə, onun sintaktik nümunəsidir. Dilin nizami vahidləri nominativ və kommunikativ vahidlərin müəyyən şəklə salınması vasitəsidir. Nizami vahidlərə fonemlar va morfemlər, söz formaları va söz birləşmələri formaları daxildir.



Yüklə 63,25 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə