Dilçiliyin obyekti,predmeti və vəzifələri


Nitq səslərinin artikulyasiyası



Yüklə 63,25 Kb.
səhifə7/25
tarix02.06.2023
ölçüsü63,25 Kb.
#115072
1   2   3   4   5   6   7   8   9   10   ...   25
DİLÇİLİYƏ GİRİŞ CAVABLARI.

23.Nitq səslərinin artikulyasiyası.
Artikulyasiya nitq orqanlarının səsin tələffüz edilməsi üçün zəruri olan işinə deyilir. Hər bir nitq səsinin yaranması üçün nitq orqanlarının müəyyən ardıcıllıqda komleks fəaliyyəti zəruridir, yəni tam müəyyən artikulyasiya lazımdır. Məsələn, [b] səsinin artikulyasiyası nitq orqanlarının elə hərəkətləri və vəziyyətləridir ki, onlar bütün danışanlar tərəfindən müəyyən dilin nümunəvi səsi və ya onun çaları kimi qəbul edilən artikulyasiya-akustik vəhdətini yaradır.
Nitq səsinin artikulyasiya xarakteristikası çoxölçülüdür, o, 3-dən 12-ə qədər müxtəlif əlamətləri əhatə edir. Məsələn, rus dilində [u] saitinin ön sıra dar (dilin qalxma dərəcəsinə görə) saiti kimi xarakteristikası kifayət edir, çünki rus dilində uzun, dodaq və burunla tələffüz edilən ön sıra saitləri yoxdur. Əlamətlərin (deməli, həm də nitq orqanlarının hərəkətlərinin) sayı samitlərin tələffüzündə xeyli çoxdur.
Səsin artikulyasiyası prosesdir. Nitq səsinin artikulyasiyasında üç mərhələ fərqləndirilir: başlanğıc (ekskursiya), davamlılıq va qayıdış (rekursiya). Bu mərhələlər bir-biri ilə səsin tələffüzünün komponentləri kimi bağlıdır.
Artikulyasiyanın mərhələli xarakteri bir tərəfdən dildə affrikat və diftonqların olmasını, digər tərəfdən isə nitq axınında səslərin bir-birinə qarşılıqlı təsirini və assimilyasiya, dissimilyasiya ve s. fonetik hadisələri izah edir.


24.Fonemin inteqral və diferensial əlamətləri.
Dilin səs sisteminin elementi kimi səsin bildirilməsi üçün xüsusi fonem termini müəyyənləşdirildi. Bu termin ilk dəfə alman yazıçısı L.Ave tərəfindən işlədildi. Fonem haqqında təlimin yaradıcısı isə İ.A.Boduen de Kurtenedir.
Dilin fonemlərini sərhədləndirmək üçün istifadə edilə bilməyən ümumi əlamətlər inteqral əlamətlər adlanır.
Inteqral əlamətlərə diferensial, yaxud fərqləndirici əlamətlər qarşı durur. Fonemlərin diferensial əlamətləri dedikdə, onların danışanlar tərəfindən qavranan və fonemləri bir-birindən fərqləndirən, eləcə də sözləri və morfemləri tanımağa kömək edən akustik-artikulyasiya xassələri nəzərdə tutulur. Məsələn, rus dilində [T] səsi üçün qalınlıq diferensial əlamətdir, çünki rus dilində incə, kar, dişin köməyilə tələffüz edilən, dilönü [T] samiti vardir: moй [TOMHый] «Süzgün. xumar, lakin me [T'OMHы] «qaranlıq». Rus dilində [4] səsi üçün incəlik diferensial əlamətdir, çünki bu dildə qalın analoji affrikat yoxdur.


25. Saitlərin təsnifində sıra və dilin qalxma dərə-
cəsi, dilin iştirakı, nazallaşma, gərginlik və uzunluq əlamətləri var. Ön,
orta və arxa sıra saitləri.
Saitlərin dilin yuxarı və aşağı vəziyyətinə görə : dar, orta
və geniş saitlərdir.. Saitlərin dodaqların iştirakına görə təsnifi: dodaqla-
nan və dodaqlanmayan saitlərdir, Burun saitləri ,Uzun və qısa saitlər,
Diftonqlar, diftonqlar 2 cür olur:Yüksələn və enən diftonqlar. Yüksələn diftonqda ikinci
elementin güclü tələffüz edilir.Enən diftonqda birinci elementin
güclü tələffüz edilir .

Yüklə 63,25 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə