Dilçiliyin obyekti,predmeti və vəzifələri



Yüklə 63,25 Kb.
səhifə10/25
tarix02.06.2023
ölçüsü63,25 Kb.
#115072
1   ...   6   7   8   9   10   11   12   13   ...   25
DİLÇİLİYƏ GİRİŞ CAVABLARI.

33.fonem persetiv və siqnifikativ funksiyaları malik olur. Fonemlər bir birindən yalnız akustik artikulyasiya əlamətləri ilə deyil həm də morfemləri və sözləri fərqləndirmək onların işarələnməsində iştirak etmək yəni siqnifikativ funksiyaya malikdir olmaq qabiliyyəti ilə fərqlənirlər. Siqnifikativ funksiyaya malik olan fonemlər yalnız səs cildini fərqləndirir və bu mənada mənanın ifadəsində iştirak edirlər.Nitq səsləri eşitmə orqanları tərəfindən qavrandığından düşüncə faktı olur.danışanların dil düşüncəsində nitq səslərinin nümunələri onların ümumi təsəvvürləri olur. Xüsusi aparatlar nitq səslərinin çox əlamətini müəyyənləşdirsədə onların heç də hamısı deyil yalnız nümunə fonemə müvafiq gələn persetiv yəni qavrayışa çatdıra bilmə funksiyasına malik səslər qavranılır.
34. Fonotaktika fonologiyanın bir bölməsi kimi söz və morfemlərin tərkibində
fonemlərin müxtəlif mövqelərdə birləşməsini məhdudlaşdıran qaydalardır.
Fonotaktika fonetik məhdudiyyətlər vasitəsilə hecanın, samitlər qrupunun və
saitlərin ardıcıllığının yol verilən strukturunu müəyyən edir. Fonetik məhdudiyyətlər
ciddi şəkildə dildən asılı olur. Hər dildə xüsusi fonotaktik qaydalar mövcuddur. Onlar fonem və allofon
qaydalarına bölünür. Fonem qaydaları hansı fonemlərin birləşə bilmələrini,
hansıların isə birləşə bilməmələrini (kombinator qaydalar), bu və ya digər fonoloji
mövqelərdə fonemlərin işlənməsinə hansı məhdudiyyətlər qoyulduğunu (mövqe
qaydaları) müəyyən edirAllofonik taktika isə bu və ya
digər birləşmə və mövqelərdə fonemlərin hansı variantlarının (allofonlarının)
işlənməsini müəyyən edir. Tonal fonotaktika qaydaları da vardır. Tonal dillərin əksəriyyətində bu qaydalar
allofonik xarakter daşıyır, yəni müəyyən tonal əhatədə ton öz müvafiq variantında
çıxış edərkən həmin qaydalar tonların qarşılıqlı əlaqəsinin qanunauyğunluqları, eləcə də mövqedən asılı olaraq (ilk heca, sonuncu heca və s.) tonun variantının
seçilməsi qaydaları kimi realizə edilir. Bəzi tonal dillərdə tonların qarşılıqlı
əlaqəsinin fonoloji qaydaları da vardır. Bu qaydalara görə, tonlar müəyyən mövqedə
birləşə bilə / birləşə bilməyə və ya hecanı xarakterizə edə bilər

Yüklə 63,25 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə