Dilçiliyin obyekti,predmeti və vəzifələri



Yüklə 63,25 Kb.
səhifə8/25
tarix02.06.2023
ölçüsü63,25 Kb.
#115072
1   ...   4   5   6   7   8   9   10   11   ...   25
DİLÇİLİYƏ GİRİŞ CAVABLARI.

26. Samitlərin təsnifi. Samitlərin təsnifində dörd əsas artikulyasi-
ya əlaməti var: artikulyasiya üsulu, fəal orqanlar , artikulyasiyanın yeri, səs
tellərinin iş prinsipi.
Samitlərin artikulyasiyasının iki əsas üsulu var: kipləşmə və nov-
laşma. Kipləşən və novlu (frikativ) samitlərdir.
Kipləşən-novlu samitlərin akustik xarakteristikasına görə növləri bunlardır:
Sonor samitlər (küysüz) və küylü (kar və cingiltili) samitlər. Sonor sa-
mitlərin növləri: nazal (burun) samitləri, lateral (yan) samitlər və vib-
rant (titrəyən) samitlər. Affrikatlar.
Aktiv orqanlara görə samitlərin növləri: dodaq, dil və qırtlaq
samitləri. Dodaq samitləri də 2 qrupa bölünür :bilabial, labio-dental samitlər. Dil samit-
ləri: dilönü, dilortası, dilarxası samitlərdir. Dilönü samitlər 3 qrupabölünür: dorsal, api-
kal və kakuminal samitlər. Dilortası samitlər. Dilarxası samitlər 3 qrupa bölünür:
uvulyar (dilçək), farinqal (udlaq) və qlottal (qırtlaq) samitləri.
Samitlərin səs tellərinin işinə görə :küylü (kar və cingil-
tili) və sonor olur.
Samitlərin əlavə artikulyasiya əlamətləri: labializasiya, palatali-
zasiya və velyarizasiyadır.
27. Supraseqment vahidlər
Supraseqment vahidlər ayrı-ayrı səslər və ya hecalarda yox ,böyük vahidlərlə-söz və cümlələrlə səciyyələnir.Bunlar sözlərin səs bütövlüyünü təmin edir.Belə vahidlər vurğu vəintonasiyadır.Bunlar hüdudlandırıcı,fərqləndirici funksiya daşıyır.Seqment vahidlərin nitq zəncirində yeri var,ancaq supraseqment vahidlərin nitq axınında yeri yoxdur.

28.heca nitq səslərinin tələffüzünün minimal təbii vahididir. Heca akustik və artikulyasiya vəhdətidir. Bir neçə heca nəzəriyyəsi mövcuddur. Sonor və əzələ nəzəriyyələri daha geniş yayılmışdır.sonor nəzəriyyəriyəyə görə hecaya daha gur səsli elementin daha zəif səsli elementlə birləşməsi kimi baxılır.

Yüklə 63,25 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə