Dilçiliyin obyekti,predmeti və vəzifələri


Leksik mənanın əsas tipləri



Yüklə 63,25 Kb.
səhifə16/25
tarix02.06.2023
ölçüsü63,25 Kb.
#115072
1   ...   12   13   14   15   16   17   18   19   ...   25
DİLÇİLİYƏ GİRİŞ CAVABLARI.

99.Leksik mənanın əsas tipləri
Sözün semantik strukturunu müxtəlif növlü semantik komponentlər (mənalar, leksik-semantik variantlar) yaradır. Hər məna öz növbəsində bir neçə semantik əlamətə (semaya) malik olur. Leksik mənanın əsas tipləri müstəqim(əsas) və məcazi(törəmə) mənalar, həmçinin adlandırma predmeti və sosial təyinatı ilə fərqlənən mənalardır.
100.Morfemin təyinatına görə tipləri. Meqamorflar
Morfemlər onların dildəki təyinatına görə üç tipə bölünür: 1) köklər, 2) əsaslar 3) affikslər.
Kök sözdüzəldici yuva əmələ gətirən bütün qohum sözlərin ümumi hissəsidir. Kök törədici əsas kimi işlənə və törədici əsas kimi işlənə və törədici əsasın tərkibinə daxil ola bilər. Məsələn, dəmirli sözündə dəmir-eyni zamanda həm kök , həm də törədici əsas kimi çıxır edir.
Əsas bilavasitə əlaqədə olan sözlərin və sözlərin formalarının ümumi hissəsidir. Əsas müəyyən sözün bir tərəfdən leksik mənasını, digər tərəfdən isə onun ümumi qrammatik mənasını ifadə edir.
Affikslər yalnız qrammatik mənaya malik olurlar, buna görə də onlar köklər və əsaslar olmadan mövcud ola bilməzlər. Affikslər dilin qrammatik vasitələrinin mühüm tipidir.Kök və əsaslarla işlənərkən tutduqları mövqeyə görə affikslər prefikslərə və postfikslərə bölünür.
Meqamorf mütləq şəkildə başqa işarələr vasitəsilə verilən qeyri- elementar işarədir. Bəsit şəkildə desək, meqamorf hissələrə parçalana bilməyən söz formasıdır . Meqamorflar güclü və zəif olmaqla iki yerə bölünür.
101. Söyləmin məqsədinə görə cümlə tipləri
Söyləmin məqsədinə görə cümlələr nəqli, sual və təhrik/ təşviq( əmr) cümlələrinə bölünür. Bu cümlə tipləri bir- birindən yalnız semantikasının yönümü ilə deyil, həm də qurulmasına ,intonasiyasına və müxtəlif sintaktik hissələrin işlənməsinə görə də fərqlənir.
102.Nitq aktı
Nitq aktı Psixofiziki proses kimi danışan (adresant) və dinləyən ( adresat) arasında əlaqə olmaqla üç komponentin olmasını nəzərdə tutur: danışma (yazma), qavrayışnitqin (mətnin) başa düşülməsi.
Nitq aktı dialoq kimi həm söhbətlər arasında əlaqə yaradılmasını nəzərdə tutur.

Yüklə 63,25 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə