Dilçiliyin obyekti,predmeti və vəzifələri



Yüklə 63,25 Kb.
səhifə15/25
tarix02.06.2023
ölçüsü63,25 Kb.
#115072
1   ...   11   12   13   14   15   16   17   18   ...   25
DİLÇİLİYƏ GİRİŞ CAVABLARI.

44.Əsas və məcazi məna. Sözün çoxmənalılığı bütün leksik mənaların bağlılığı və törəməliyi ilə xarakterizə edilir.onun bütün mənaları ümümi semantik əsasda birləşir.Məsələn su şəffaf maye ,su məkanı ,meyvə şirəsi və.s bildirir. Bütün bu mənalar ümumi məna -xüsüsi maye əsasında birləşir.bu məna əsasında boş söz ,boş şey mənası yaranmışdır.
Məcazi məna sözün xüsusi mənasında elə leksik mənadır ki ,o nəinki törəmədir həm də motivləşmiş mənadır. Həm də burada motivləşmə təsəvvürlərin və obrazlılığın yaxınlaşmasına əsaslanır. Məsələn məxmər səs birləşməsində əşya müqayisə ilə təyin edilir.
45.polisemiya sözün mənalarının bağlılığına söykənir .onun bütün mənaları ümümi mənaya söykənir
.lakin sözün mənalarının heç də hamısı eyni dərəcədə saxlanılmır onun işlənməsinə və sözdüzəltmə əlaqələrinə təsir etmir
46.Səs formasının üst üstə düşən lakin mənaca fərqlənən sözlər omonimlər adlanır Polisemiyadan fərqli olaraq omonimlər yalnız səs formasının ümumilikdə əsasında meydana çıxır.omonimlər konkret dilin leksik sisteminə mənsub olur.
Dilin həm şifahi həm də yazılı formasının olması ilə bağlı müxtəlif sözlərin səs və hərfi formasının üst üstə düşməsinin 2 növünü göstərmək olar. Omonimlər və natamam omonimlər(omofonlar və omoqraflar)
Omofonlar yazılışına görə fərqlənən ,tələffüzə görə eyni sözlərdir.məsələn write ,right
Omoqraflar yazılışına görə eyni tələffüzə görə fərqlənən sözlərdir. Məsələn tear göz yaşı, tear cırılmaq.
Omoformlarda qrammatik şəkilçilərin qo­şul­ması ilə yazılış və tələffüz eyniliyi yaranır; məsələn:
əs-ir (indiki zamanda olan feil) – əsir (isim);
47. Frazeologiya dilçilikdə bu termin geniş mənada müəyyən dildəki Frazeoloji birləşmələri öyrənən elmdir.Frazeologiya dildə mövcud olan bütün sabit söz birləşmələrinin məcmusu deməkdir.sabit söz birləşmələrində sözlər üzvi sürətdə elə birləşir ki onları bir birindən ayırmaq birini başqası ilə əvəz etmək və hər bir sözü müstəqim mənada düşünmək olmur, məsələn gözə gəlmək,yola verməklə.s

48. Sinonim yunanca eyni adlanma deməkdir.Dildə sinonimlər əhəmiyyətiçox böyükdür.Sinonimlər eyni anlayışın müxtəlif çalarla ifadəsidir.Bu səbəbdən də məfhumun işarəsi olan bir söz başqa sinonimlərin yerində də işlənə bilir.Belə sözlərə dominant deyilir.Məs.böyük,yekə,iri,dahi və s. sözlərin hamısının ilkin anlayış mənası böyük deməkdir.Sinonim sözlərin bir məna xətti üzrə düzülüşünə sinonimik cərgə deyilir.Sinonimlər adətən 1 nitq hissəsinə aid olur.Sinonimlər zaman keçdikcə dildə gedən dəyişikliklərə məruz qalaraq öz xarakterini və ifadə formasını dəyişir.Məs.dinləmək,eşitmək,qulaq asmaq və s.

49. Antonim əks ad deməkdir. Antonim həyatın özündəki zidiyyətləri əks etdirmək üçün yaranmışdır. Enantiosemiya dilçilikdə daxili antonimlik adlanır, semantik baxımdan əksməna bildirən söz və birləşmələrə deyilir. Yunan sözü olub enantios-əks, zidd, sema isə işarə deməkdir.


50.Dilin leksikasının üslubi laylara ayrılmas: kitab leksikası və danışıq leksikası olaraq iki yerə bölünür. Kitab leksikasının semantik üslubi qrupları: terminiloji leksika, istorizm və ekzotizmlər, arxaik və poetik leksikadır. Danışıq leksikasının semantik-üslubi növləri: loru leksika, vulqarizm və jarqonizmlər, dialekt sözlər və dialektizimlərdir. Loru lleksikanın növləri: danışıq-loru və əbədi-loru leksikadır.
51.Köhnəlmiş sözlərin arxaizimlər və istorizimlər olaraq 2 növü var. Arxaizmlər-üslubi vasitə kimi saxlanan köhnəlmiş sözlərdir. Müəyyən səbəb nəticəsində köhnələrək dildən çıxır. İstorizmlər-əvvəl ki dövrlərin müasir dövrdə işləklikdən, xalqın məişəti və həyatından çıxmış reali və anlayışlarını bildirən köhnəlmiş sözlərdir. Neologizim yeni yaranmış sözlərə deyilir. Neo yeni, loqos isə söz deməkdir.
52.Dilin lüğət tərkibinin- onun sözləri və mənalarının əsas zənginləşməsinin morfoloji, semantik və başqa dillərdən söz alınması yolları var. Semantik və başqa dillərdən söz alınması yolları bütün dillər üçün xarakterikdir. Morfoloji yolla zənginləşmə flektiv və iltisaqi dillər üçün xarakterikdir. Başqa dillərdən sözün alınması həm ictimai həm də dil prosesidir.
53.Leksikoqrafiya- lüğətlərin tərtib edilməsinin nəzəriyyəsi və praktikasıdır. Leksikoqrafiya nəzəriyyəsinin predmeti lüğətlərin tərtib edilməsi prinsipləri və metodikasının işlənib hazırlanmasıdır. Leksikoqrafiya praktikası leksikoqrafların işinin təşkili, bazasında lüğətin tərtib edildiyi kartotekanın sistemləşdirilməsi və saxlanmasıdır. Lüğətlərin ensiklopedik və linqvistik, izahlı, terminoloji, tədris lüğətləri kimi növləri vardır.
54 Qrammatikanın əsas tipləri.Qrammatikanın formal və semantik, sitatik və dinamik, dil və kommunikativ olaraq əsas tipləri var. Formal qrammatikanın əsas vahidləri sözdüzəldici və sözdəyişdirici modeldir. Statik təsviri qrammatikaya tarixi qrammatika qarşı qoyulur. Kommunikativ qrammatikanın predmeti nitq ünsiyyəti, nitq fəaliyyəti, nitq aktı, nitq söyləmlərinindir.
55.Qrammatik forma və qrammatik məzmun qrammatik vahidlər və kateqoriyaların iki tərəfi kimi hər şeydən əvvəl leksik vahid və kateqoriyaların forma və məzmununa qarşı dururlar. Sözə qrammatik vahid- sözün forması və leksik vahid- leksem kimi baxıla bilər.
56 Morfem anlayışı.Morfem dilin minimal mənalı vahididir. Sərbəst işlənən söz və cümlədən fərqli olaraq morfem sözün söz forması tərkib hissəsi kimi çıxış edir.
57.Morfemlər dilin iki tərəfli vahidləridir. Morfemin iki tərəfi semantik(məzmun planı) və fonetik tərəfi() vardır. Semantik və fonetik tərəflərin əlaqəsi nə qədər itirilə, dağıdıla bilərsə, dildə o qədər də ikitərəfliliyi pozulmuş morfemlər yarana bilər.
58 Morfem tipləri.Morfemlər onların dildəki təyinatına görə 3 tipə bölünür: köklər, əsaslar, affikslər. Kök-sözdüzəldici əmələ gətirən bütün qohum sözlərin ümumi hissəsidir. Əsaslar-bilavasitə əlaqədə olan sözləri və söz formalarının ümumi hissəsidir. Affikslər-dilin qrammatik vasitələrinin mühüm tipidir. Prefiks və postfikslərə bölünür.
59. Köməkçi sözlər qrammatik məna bildirən və əsas sözlərə xidmət edən vahidlərdir. Köməkçi sözlərin dilin qrammatik nizamındakı roluna görə ayrı-ayrı sözlərin qrammatik mənalarını ifadə edən köməkçi sözlər (artikllər, müqisə dərəcələrini bildirən sözlər, bəzi ədatlar) , cümlələrin və söz birləşmələrinin sintaktik mənalarını ifadə edən köməkçi sözlər (bağlayıcılar, bağlayıcı sözlər, bir çox ədatlar) olaraq bölünür.
60.Sözün müxtəlif kök və ya əsasların qrammatik yaxınlaşması ilə əmələ gələn formaları suppletiv formalar, qrammatik mənaların belə ifadə üsulu isə suppletivlik adlanır. Suppletivizm sözü latınca tamamlama sözündəndi.
61.Sözün kökünün və ya əsasının sözdəyişdirici və sözdüzəltmə vasitəsi kimi tam və ya qismən təkrar edilməsi təkrar və ya reduplikasiya adlanır. Təkrarlar dildə qrammatik məna ifadə etməlidir.
62 Affiks birləşmə üsulları. Aqqultinativ dil tipi və ya “yapışdırılan” dillər qrammatik məna daşıyan çoxsaylı affikslərin, kökləri dəyişməz olan sözlərlə birləşdirilməsi ilə xarakterizə olunur. Affikslər sözlərin kökləri ilə asanlıqla birləşdirildikləri kimi asanlıqla da onlardan ayrılırlar. Affikslərin sözlərə hansı tərəfdən birləşdirilməsindən asılı olaraq prefiks və ya suffiks kimi çıxış edirlər. Türk, uqrofin, dravid, bantu dilləri aqqültinativ dillərə aiddir.
Flektiv və ya çevik tip müxtəlif sonluqların istifadə edilməsi və sözlərdə bütün qrammatik mənalı hissəciklərin möhkəm birləşməsi ilə fərqlənir. Flektiv dillərdə affikslərin sözün kökü ilə fonetik cəhətdən qaynayıb qarışması və ya birləşməsi baş verir. Hind-Avropa və semit-hamit dilləri flektiv dillərə aiddir.
63.Qrammatik kateqoriyalar qrammatik mənaların ən geniş yayılmış ifadə formalarından biridir. Qrammatik kateqoriyanın tədqiqi hələ qədim yunan dilçiliyindən başlamışdı. Qrammatik kateqoriya ilə formanı eyniləşdirmək olmaz. Qrammatik kateqoriyalar qrammatik forma olduğu halda, bütün qrammatik formalar qrammatik kateqoriya deyil. Qrammatik kateqoriya formanın bir hissəsidir.
64 Qrammatik kateqoriyanın tipi. Qrammatik kateqoriyanın ümumi və xüsusi olaraq iki tipi var. Ümumi qrammatik kateqoriya əksər nitq hissələrini əhatə edir. Ümumi qrammatik kateqoriyalar bunlardır: hal, kəmiyyət, xəbərlik, cins, müəyyənlik kateqoriyaları. Xüsusi qrammatik kateqoriyalar bir nitq hissəsinin əlamətini nəzərdə tutur. Xüsusi qrammatik kateqoriya bunlardır: mənsubiyyət, dərəcə, inkarlıq, təsirlik, növ kateqoriyaları.
65.Nitq hissələri 4 kateqorial əlamətlə- semantik, sözdüzəltmə, morfoloji və sintaktik əlamətlərlə xarakterizə olunur. Nitq hissəsinin semantik əlaməti onun ümumi qrammatik mənasıdır. Nitq hissəsinin sözdüzəltmə əlaməti onun sözdüzəldici modelləri toplusu və həmin nitq hissəsinin leksikasını artırmaq, tamamlamaq üçün sözdüzəldici vasitələr toplusudur. Nitq hissələrinin morfoloji əlaməti onun söz formaları və pradiqmaları toplusu, morfoloji kateqoriyalar və qruplar sistemidir.
66 Sözlərin nitq hiss görə təsnifi.Nitq hissələri nəzəriyyəsinin ikinci prinsipi, təsnifat prinsipidir. Təsnifat prinsipi nitq hissələri və onların təsnifatının yekcins olmasının qəbul edilməsini tələb edir.
67.Sintaktik vahidlər söz birləşməsi, cümlə, sintaktik kontekstdə təzahür edir. Cümlədə təfəkkürün məntiqi formalarının, qrammatik formaların və sözlərin leksik-qrammatik qruplaşmalarının birləşməsi həyata keçirilir.
68.Söz birləşməsi cümlənin bir hissəsidir, lakin cümləyə qədər də mövcuddur və cümlə üçün inşa materialı və törəmə ad üçün bazadır. Söz birləşməsi sintaktik vahid kimi müəyyən sintaktik mənası olan sintaqmatik formadır.
69. Tabelilik əlaqəsinin əsas növləri uzlaşma, idarə, yanaşma və inkorporasiyadır. İzafət- 2 isimdən ibarət olur və biri digərini təyin edir. Qapanma-sadə, mürəkkəb söz birləşmələrini bir bütövdə birləşdirir. İnkorporasiya-sözlərin əsası vahid morfoloji bütövdə birləşir. Yanaşma-dəyişməyən sözlərin və dəyişən sözlərin yanaşmasıdır.
70 Cümlə.Cümlə dil və nitqin əsas kommunikativ vahididir. Cümlədə konstruktun əsası cümlədə feilin olması ilə bağlıdır. Cümlənin konstruktiv əsasını onun tabelilik əlaqələri predikativ uzlaşma, idarə, yanaşma ilə bağlanan ilkin üzvləri təşkil edir.
71 Predikativlik və növləri..Predikativlik deyilənin məzmununun gerçəkliyə olan münasibətinin cümlənin əsası kimi dil vasitələri ilə ifadə edilməsidir. Predikativliyin ifadəsinin qrammatik vasitələri zaman kateqoriyası, şəxs kateqoriyası və modallıq kateqoriyasıdır. 2 növü var: formal məntiq, modal məna. Semantik baxımdan predikativlik cümlə modelinin mühakimə kimi fikir forması ilə qarşılıqlı münasibətinin olmasında təzahür edir. Mühakimənin iki əsas komponenti-subyekt və predikatı olur. Predikativliyin modal məna tərəfi söyləmin məqsədinin ifadəsində və məzmununun qiymətləndirilməsində təzahür edir.
72Cümlənin aktual üzvlənməsi.Cümlə sintaktik nümunə kimi müstəsna çevikliyə və kommunikativ təmayülə malik olur. Müxtəlif leksika ilə dolduraraq və aktual üzvlənməyə məruz qalaraq, cümlə bu və ya digər söyləm ifadə edən və çatdıran konkret frazaya çevrilir. Cümlənin aktual üzvlənməsi cümlənin komponentlərində birinin məna cəhətdən xüsusi şəkildə nəzərə çarpdırılması və hissələr arasında yeri subyekt-predikat münasibətlərinin qurulmasına deyilir.
73 Tema və rema.Cümlənin xüsusi şəkildə nəzərə çarpdırılan hissəsi söyləmin reması,qalan hissəsi qalan hissəsi isə teması adlanır.Rema termini ilə yanaşı “söyləmin nüvəsi”,”yeni”,”psixoloji predikat” terminləri də işlədilir,müvafiq olaraq”tema”termini ilə yanaşı “verilən”,”psixoloji subyekt” terminləri işlədilir.
74Aktual üzvlənmə vasitələri.Cümlənin aktual üzvlənmə vasitələrinə söz sırası,sintaqmatik üzvlənmə və fraza vurğusunun qoyulması aid edilir.Məsələn,Sabah qonaq Rusiyaya qayıdacaqdır cümləsi intonasiya-məna üzvlənməsi yolu ilə cümlənin eyni mövqe modelinə,eyni leksik tərkibə,lakin aktual üzvlənməyə malik olan 4 frazaya çevrilə bilər.
75 Mətn anlayışı. Müəyyən qaydalar üzrə müxtəlif tematikalı mətnlərdə,müxtəlif müəlliflərə məxsus mətnlərdə təkrarlanan dil vahidlərindən istifadə olunur. Mətn-eyni fikir və mövzu ətrafında birləşmiş cümlələr məcmusudur.Mətn ən böyük nitq vahididir.Mətnin əlamətləri:1)Mətndə cümlələr mövqe və qrammatik cəhətdən bağlı olur. 2)Mətnin başlığı var və onlara başlıq vermək mümkündür.3)Mətn 3 hissədən ibarətdir:Giriş Əsas Nəticə.4)Mətndə cümlələr eyni mövzuya aiddir.Xarakterdən asılı olaraq mətn 3 yerə bölünür:Nəqli,Təsviri,Mühakiməvi.
76Mətnin qrulmasında istifadə edilən əsas vasitələr.Mətnin daxili əlamətlərinin formalaşmasına xidmət edən amillər içərisində qrammatik,fonetik vasitələr,həmçinin intonasiya,mühüm rol oynayır.Şifahi formada və buna paralinqvistik,yazıda punktrosiya işarələri mühüm əhəmiyyət kəsb edir.Paralinqvistik göz-qaş hərəkətləri,bədən üzvlərinin digər üzvləri və s.-dir.Punktrosiya-nöqtə,nöqtəli vergül,2 nöqtə,sual işarəsi və mətnin qurulması üçün cümlədaxili elementlərlə yanaşı(artikıllar,əvəzliklər,zərflər,genişlənmə,tema,rema) ciddi rol oynayır.
77. Mətn sutruktur və semantik bütövlüyə malik olan nitq vahididir.Bu bütövlük mətnin kohezisiyası və koherentliyi şəkildə təzahür edir.Mətnin kohezisiyası dedikdə onun tərkib hissələri arasında əlaqə yaradan qrammatik,semantik və leksik vasitələrinin yaratdığı əlaqə nəzərdə tutulur.Mətni semantik-qrammatik və kompozisiya səviyyələrinin bölmələri bir-birilə əlaqədardır.Mətndə kompozisiya səviyyəsinə təkliflər,paraqraflar,bölmələr,fəsillər aiddir
78 Dil tipi anlayışı.Tipoloji təsnifat dillərin qrammatik quruluşunun əsas tiplərini müəyyənləşdirməkdən ibarətdir.Dillərin tipləri sözdüzəltmə,sözdəyişdirmə və sintaksisə görə müəyyənləşdirilir.Deməli, tipoloji təsnifat dilləri onların qrammatik formaları baxımından öyrənir.Dünya dilləri bir tərəfdən öz formalarının müxtəlifliyi,digər tərəfdən isə istər ictimai funksiyalarda,istərsə də cümlələrin quruluşunda,əsas nitq hissələrinin tərkibində ümumi cəhətlərin olması ilə fərqlənir.Söz formalarının və söz birləşmələrinin qurulması vasitələri daha müxtəlifdir.
79 Dilin nominativ sintaktik tipi.Dilin nominativ sintaktik tipi ondan ibarətdir ki,subyektin ifadəsinin tipik forması adlıq haldır.Bu hal ilə istər aktiv fəaliyyət göstərən şəxs(agens),istərsə də passiv fəaliyyət göstərən şəxs(patsiens) ifadə edilir.Məsələn,Dəmirçi nal hazırlayır.Uşaq oynayır.
80.Erqativ konstruksiyalarda hərəkətin icraçısının formalaşdırılması felin formasından asılı olur,subyekt yalnız adlıq hal ilə deyil,həm də erqativ hal ilə ifadə oluna bilər.Hal formalarının işlənməsi fel forması ilə,bu halda isə onun zaman forması ilə şərtlənir:xəbər-fel indiki zaman formasına malik olduqda cümlə nominativ konstruksiya modelində qurulur,fel-xəbər keçmiş zaman(aoristdə)olduqda subyekt erqativ hal ilə,obyekt isə adlıq hal ilə ifadə olunur.
81 Dillərin morfoloji tipi.Morfoloji təsnifat sözün quruluşunda köklər və affikslərin qarşıqoyulmasına əsaslanır.19 əsrin ortalarında Şleyxer Şleqel qardaşları və Humboldtun müşahidələrini ümumiləsdirərək hesab edir ki,köklər mənası,affikslər isəmünasibəti ifadə edir.3 morfoloji tip olduğu göstərilir:kök,aqqlütinativ,flektiv tip.Sepirə görə, dilin tipoloji xarakteristikası əlamətlərin 3 növünə-anlayış,texnika və sintezləməyə istinad etməlidir.Dil tipi bu 3 növün kəsişən əlamətlərinin məcmusudur.Dilin quruluşu analitik və sintetik olur.
82 Dillərin quruluşuna görə tipləri.Analitik quruluş sözün formalarının və söz birləşməsi formalarının düzəldilməsi üçün köməkçi sözlərin eləcə də fonetik vasitələr söz sırasının daha geniş şəkildə istifadə edilməsini nəzərdə tutur. İngilis,fransız, hind,fars,bolqar və bəzi digər hind-Avropa dilləri analitik quruluşlu dillərdir.
Sintetik quruluş sözlərin affikslər-fleksiyalar və formadüzəldici suffikslər və prefikslər vasitəsilə əmələ gələn formalarının daha böyük rolu ilə xarakterizə edilir.Rus,polyak,litov dilləri və digər Hind-Avropa dillərinin əksəriyyəti sintetik quruluşlu dillərdir,latın,yunan,qot dilləri də sintetik quruluşlu dillərdir.Polisintetik dillərə inkorraplaşan dillər də deyilir.Bu termin mənşəcə latın dilinə məxsusdur. Polisintetik dillərdə söz ilə cümlənin sərhədi yoxdur.Yəni cümlələr daxilən sıralanır,cümlələrin qrammatik funksiyası leksik funksiyası ilə əvəzlənir.Amerika hindularının dilləri,çukot-koryak dilləri bura aiddir.
83 Kök dillər.Kök dillər şəkilçisi olmayan dillərdir.Bu dillər eyni zamanda amorf dillər də adlanır.Məsələn,Çin dili.Aqqültinativ dillərə iltisaqi,şəkilçili,şəkilçiləşən dillər də deyilir.Bu dillərdə leksik-qrammatik,yəni sözdüzəltmə və qrammatik,yəni sözdəyişmə əlaqələr1ilk növbədə, şəkilçi morfemlər vasitəsilə realizə olunur .Bu dillərin səciyyəvi xüsusiyyəti ondan ibarətdir ki,həmin dillərdə kök və şəkilçi morfemlər hər bir halda öz müstəqilliyini qoruyur.Bu dillərdə bütün söz kökləri dilə bərabər olur və müxtəlif lüğətlərdə müstəqil lekskik vahidlər kimi qeyd edilir.Məs,Azərbaycan dilində bütün söz kökləri müstəqil sözlərdir. Başqa tipli dillərdən fərqli olaraq aqqlütinativ dillərdə şəkilçilər təkmənalı olur, daha doğrusu, hər şəkilçi yalnız bir qrammatik məna daşıyır.
84 Aqultinativ flektiv dillər. Aqqlünativ-köksözlü dillərdən öz morfoloji strukturuna görə fərqlənir.Bu dillərdə həm forma həm də sözdüzəltmə ünsürləri var.Söz kökünə şəkilçi əlavə edib yeni söz yaratmaq olur.Məs. zərərsizləşdirmək sözündə sözün kökü zərər siz(sif.düz.ş.)ləş(feil.d.ş.)dir(təsirli feil yar.) mək(məs.)Bu dillərdə müəyyən qrammatik məna bu və ya başqa sözdə hansı şəkilçi vasitəsiylə ifadə olunursa ,digər sözlərdə də həmin şəkilçi ilə ifadə olunur.Məs.kitablar kitablarda.Şəkilçilər eyni sözdə 1 vəzifə ifadə edir.
Flektiv-Rus.alman,ing.,latın,hind və s. flektiv dillərdir.Şəkilçilər köklə sıx bağlı olur.Bu dillərdə qrammatik forma yatarmaq üçün söz köklərində səslərin dəyişməsi halı daha yüksəkdir.Məs.foot-feet,man-men.Bir şəkilçi bəzən bir neçə qrammatik kateqoriya yaratmağa imkan verir.
85 Analitik, sintetik dillər.Analitik quruluş sözün formalarının və söz birləşməsi formalarının düzəldilməsi üçün köməkçi sözlərin eləcə də,fonetik vasitələr və söz sırsasının daha geniş şəkildə istifadə edilməsini nəzərdə tutur.İngilis,fransız, hind,fars,bolqar və bəzi digər hind-Avropa dilləri analitik quruluşlu dillərdir.
Sintetik quruluş sözlərin affikslər-fleksiyalar və formadüzəldici suffikslər və prefikslər vasitəsilə əmələ gələn formalarının daha böyük rolu ilə xarakterizə edilir.Rus,polyak,litov dilləri və digər Hind-Avropa dillərinin əksəriyyəti sintetik quruluşlu dillərdir,latın,yunan,qot dilləri də sintetik quruluşlu dillərdir.
Humboltdun ayırdığı polisintetik dilləri Şleyxer dilin aqqütinativ formasının variantı kimi qiymətləndirirdi.Polisintetik dillərdə söz ilə cümlənin sərhədi yoxdur.Yəni cümlələr daxilən sıralanır,cümlələrin qrammatik funksiyası leksik funksiyası ilə əvəzlənir.Amerika hindularının dilləri,çukot-koryak dilləri bura aiddir.
86 Morfoloji proseslər.Ən sadə sözlərin və onların formalarının bazasında tarixən yeni sözlər və onların formaları yaranır;söz və onun formalarıı çoxmorfemli söz və formalara çevrilir.Qazan linqvistik məktəbinin nümayəndələri sözün morfem tərkibinin bu tarixi dəyişmələrini morfoloji proseslər adlandırırlar.Əsas morfoloji proseslərə yenidən ayrılma,sadələşmə,analogiyaya görə dəyişmə aqqlütünasiya aid edilir.Yenidən ayrılma morfemlərə bölünən sözün morfemləri arasında sərhədin dəyişməsindən ibarətdir.Sadələşmə 2 morfemin qovuşaraq 1 morfemə çevrilməsidir.Sadələşmə adətən yenidənayrılma ilə müşayiət edilir.Belə sadələşmə zamanı bəzən əsasın bir hissəsi suffiks və ya fleksiyanın xeyrinə udulur.Anologiya morfoloji proses kimi sözün və ya söz formasının morfem tərkibinin oxşar paradiqma və ya sözdüzəldici modelin təsiri altında dəyişməsidir.Aqqlütünasiya 2 söz əsas və ya söz formasının bir söz və ya söz formasında qovuşmasıdır.Analogiyaya görə sözün yeni formaları yarandığı halda,aqqlütünasiya nəticəsində sözün köməkçi hissələri yarandığı halda,qrammatizasiya əsas sözün köməkçi sözə-yardımçı felə çevrilməsi prosesidir.
87 Dillərin qohumluğu. Material ümumiliyinə malik olan dillər qohum dillər hesab olunur.Dillərin qohumluluğu onların fonetik leksik morfoloji və sintaktik oxşar və ya yaxın əlamətləri əsasında müəyyənləşir.Dillərin qohumluluğu müəəyən edilərkən istər lüğət tərkibində istərsə də qrammatik quruluşunda olan hər cür oxşarlıq dillərin qohumluluğunu müəəyən edən amil sayılmır.Qohumluluq müəyyən edilərkən tarix nəzərə salınmalıdır.
88.Alimlər türk dillərini 8 qrupa böldülər.Onlardan biri də Altay dilləri qrupudur.Bu dil ailəsi 4 dil qrupunu,2 konkret dili birləşdirir.
89.Hind-Avropa dilləri ailəsi dillərin sayına,tədqiq olunmasına və zənginliyinə görə ən böyük dil ailəsidir.Bu dil ailəsinə 12 qrup daxildir,hər bir qrupun özü də müxtəlif yarımqruplara bölünür.
90 Struktur dilçilik metodları.Struktur dilçilikdə bir neçə metoddan:müstəqim konstituentlərə görə analiz,transfarmasion və distributiv analizdən istifadə olunur.Müstəqim konstitientlərə görə analiz cümlə üzvlərinin daha dəqiq sərhədləndirilməsi və onun strukturunda sintaktik əlaqənin tiplərinin dəqiqləşdirilməsi vasitəsi kimi meydana çıxmışdır. Cümlənin zirvəsi adətən mübtəda hesab olunur,xəbər ondan asılı üzv kimi qəbul olunur,bir sıra dillərdə isə xəbər daha müstəqildir.MK a görə analiz tamam başqa əsaslarla qurulur.Cümlənin sintaktik strukturunda başlıca rolu yeganə bir əlaqə tabelilik əlaqəsi oynayır,cümlə bilavasitə sözformalarından yaranmır,lakin ardıcıl olaraq iyerarxik şəkildə qurulur:onun elementar hissələri o vaxta qədər sadə bloklar şəklində birləşirlər ki,bütün cümlə bir vahid bloka çevrilmiş olsun.Dilin sintaktik konstruksiyaları MK qaydaları vasitəsilə cümlələrin nüvə tipləri və ya əsaslarına parçalanır. Transformasion metod sintaktik konstruksiyalar müəyyən qaydalar üzrə transformasiya olunur. Sintaktik konstruksiyaların tədqiqiqi ilə yanaşı,tansformasion analiz transformasion və ya törəmə qrammatikaların qurulması üçün istifadə olunur.Cümlənin bütün transformlarından ən sadəsi,yəni cümlə formasına malik olan və ən az qrammatik morfemlər ehtiva edən transformlar nüvə tipləri hesab olunur.Ən çox sintaktik konstruksiyaların tədqiqi üçün istifadə olunur,lakin o,morfoloqiyadada da,leksikologiyada da tətbiq edilir.Distributiv metodun əsasında dil vahidlərinin nitq axınında bölüşdürülməsi və onların qarşılıqlı şəkildə birləşdirilməsi durur.Əvvəllər fonologiya və qrammatikada geniş tətbiq edilirdi,lakin sonralar leksikologiyada geniş tətbiq edilməyə başlandı.Nitq elementlərinin 3 tip distrubusiyası mövcuddur.1)nitq elementlərində heç zaman eyni əhatələrdə təsadüf edilmirsə,o halda onlar əlavə distrubisiyadır.2)Eyni əhatələrdə işlənə bilirsə və bu zaman mənaları fərqləndirirsə,o halda onlar kontrast distrubisiyadır.3)eyni əhatələrdə işlənərsə və mənaları fərqləndirmirsə ,o halda onlar sərbəst şəkildə bir-birini əvəz edir.
91 Təsviri metod.Dilçilikdə metodlar içərisində ən geniş yayılmış növü təsviri metoddur.Təsviri metod bu və ya digər sinxron kəsikdə dil təzahürlərinin xarakteristikası üçün tətbiq edilən elmi tədqiqat üsullarının məcmusudur.Təsviri metod özü də bir neçə daha dar metoda bölünür.Məsələn, təsviri metodun tərkibinə tətqiqatçıdan faktları yaxşı bilməyi və başa düşməyi tələb edən müşahidə metodunu,yeni faktları artıq məlum olan faktlarla müqayisə etməyi nəzərdə tutan müqayisə metodunu daxil etmə olar.
92 Qarşılaşdırma metodu.Mənşəyinin ümumi və ya müxtəlif olmasından asılı olmayaraq iki və daha çox dilin müqayisəsinin aparıldığı elmi üsul qarşılaşdırma metodu adlanır.Qarşılaşdırılma metodu xarici dillərin öyrənilməsi prosesində geniş tətbiq edilir,lakin o mühüm nəzəri müddəaların müəyyənləşdirilməsində də istifadə oluna bilər.Məsələn bolqar,alban,yeni yunan,rumin dillərinin qrammatik quruluşunu qarşılaşdıraraq,linqvistilər Balkan dil ittifaqının bir sıra xüsusiyyələrini üzə çıxarmışlar:yönlük və yiyəlik halların üst-üstə düşməsi,infinitivin sintetik formasının itirilməsi və s.
93.Statistik metod bu və ya digər dil vahidlərinin tezliyinin təyin edilməsinə əsaslanır.Bu metod leksikologiya sahəsində geniş tətbiq edilir.Statistik məlumatlar əsasında bu və ya digər dildə daha çox işlək olan sözlər müəyyənləşdirilir.Tezlik lüğətləri də beləcə tərtib olunur.Statistik metod müəyyən dildə onun vahidlərinin(fonemlər,leksemlər,qrammatik formalar) necə paylanmasını,bu vahidlərin hansı birləşmələrinin daha işlək olmasını müəyyənləsdirməyə imkan verir.
94 Dil işarələr sistemi.Dil mürəkkəb bir sistemdən ibarədir.Dil işarələr sistemidir.İşarələr haqqında olub semantika adlanır Mətn yaratmaq və onu qavramaq üçün yalnız dil vahidlərinə-işarələrə deyil,bu işarələrin uyğun şəkildə fəaliyyət göstərdikləri qaydalara yiyələnmək lazımdır.Ona görə də dilə işarələr sistemi və onların fəaliyyət qaydalarının sistemi kimi baxılır.
95.Orfoepiya-sözlərin tələffüzünü ,həmçinin vurğunun qoyulduğu yeri müəyyənləşdirir.Orfoepiya fonetik proselərə və ayrı-ayrı hərf birləşmələrinin oxunması qaydalarına əsaslanır.Orfoepiyada əsas(ədəbi) və üslubi variant anlayışı çox mühümdür.Ədəbi tələffüzün xronoloji,ərazi bə üslubi variantları vardır.Tam üslub aydın,kəlmə-kəlmə nitqi xarakterizə edir,natamam üslub isə danışığın cəldliyi,o qədər dəqiq,aydın olmayan tələffüz ilə fərqlənir.
96 Dil və mədəniyyət.Mədəniyyət insan cəmiyyətinin istehsalat,ictimai və mənəvi həyatında əldə etdiyi nailiyyətlərin məcmusudur.Maddi və mənəvi sahələri mövcuddur.Dil mənəvi mədəniyyətlə-cəmiyyətin bədii və elmi həyatı ilə,fəlsəfə ilə sıx əlaqədardır.Dil özü özlüyündə xalqın mənəvi mədəniyyətinin bir hissəsidir.Məsələn,dilimizdə kolxoz,kollektivləşmə,təhkimçilik kimi sözlər mədəni-tarixi mənalı sözlərdir.Dil ictimai şüurun digər formalarından bilavasitə folklorla,ədəbiyyatla bağlıdır.Dil haqqında milli mədəniyyət forması kimi danışarkən ilk növbədə bədii ədəbiyyat nəzərdə tutulur.Dildə milli mədəniyyət forması kimi beynəlmiləl və milli,ümumxalq və sinfi cəhətlər əksini tapır.

97. 47 ilə eynidir.



98. Etimologiya,Xalq etimologiyası
Xalq etimologiyası hadisəsi də sözün daxili formsının yenidən canlanması faktı ilə bağlıdır.

Yüklə 63,25 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə