Dilçiliyin obyekti,predmeti və vəzifələri



Yüklə 63,25 Kb.
səhifə23/25
tarix02.06.2023
ölçüsü63,25 Kb.
#115072
1   ...   17   18   19   20   21   22   23   24   25
DİLÇİLİYƏ GİRİŞ CAVABLARI.

115. Dil universaliləri
Dil universalilərinə maraq 20 -ci əsrin ortalarında, 1961-ci ildə Nyu-Yorkda dil universaliləri üzrə keçirilmiş xüsusi konfransdan sonra yenidən oyandı.
Dil universaliləri bütün dillərə və ya onların əksəriyyətinə xas olan müəyyən əlamət, qanun, xassə, meyildir.
Universal qanunauyğunluqlar yalnız dillərin hamısına deyil, onların əksəriyyətinə və ya ikisinə , üçünə, dördünə aid ola bilər. Bir dilə aid olan universali sadə, iki və daha çox dilə aid olan universali mürəkkəb universali adlanır.
Dil universaliləri nəzəriyyəsi aşağıdakıları öyrənir və müəyyənləşdirir:
1) Heyvanların dillərindən ferqli olaraq bütün bəşər dillərinin ümumi xassələrini.
2) Bu və ya digər vasitələrlə hər bir dildə ifadə edilən məzmun kateqoriya məcmusunu.
3) Bütün dil səviyyələrinə aid olan dil strukturlarının özlərinin ümumi xassələrini.
116. Mətn və diskursu fərqləndirən cəhətlər
Diskurs ( Frans.discours) mətnin ekstralinqvistik - praqmatik, sosial- mədəni, psixoloji və digər amillərlə birlikdə məcmusudur; hadisələr aspektində götürülmüş mətndir; məqsədyönlü sosial hadisə kimi, insanların qarşılıqlı əlaqasində və onların düşünmə mexanizmlərində ( koqnitiv proseslərdə) iştirak edən komponent kimi götürülən nitqdir. Diskurs " həyata dalmış" nitqdir. Ona görə də "mətn" terminindən fərqli olaraq "diskurs" termini canlı həyatla əlaqəsi bilavasitə bərpa edilməyən qədim və digər mətnlərə tətbiq edilmir.
Diskurs= mətn+ jest, mimika.
117. Sintaksisdə paradiqmatik münasibətlər

Məlum olduğu kimi, paradiqmatik münasibətlər elementlərin sistem çərçivesində münasibətlərdir. Sintaksisdə paradiqmatik münasibətlər isə cümlələrin struktur tipləri ( yarımtipləri) arasında münasibətlər və bir cümlə tipindən başqalarına keçmə qaydalarıdır.


Cümlələr arasında münasibətlər hər şeydən əvvəl sintaktik paradiqmalar-- müəyyən dərəcədə sözformalarının qarşı qoyulmuş sıraları ilə düzələn morfoloji paradiqmalara analoji olan sintaktik strukturların qarşı qoyulmuş sıraları çərçivəsində reallaşır . Məsələn, müxtəlif kommunikativ tipli cümlələrə – nəqli, sual, təhrik/təşviq cümlələrinə müvafiq gələn strukturlar sintaktik paradiqma yaradır: Sən yatırsan – Sən yatırsan? (Sən yatırsanmı?) – Yat!
Sintaktik paradiqmanın üzvləri bir-birindən onlara daxil olan əsas sözlərin mənası ilə deyil, yalnız qrammatik ( sintaktik) cəhətdən fərqlənir.
Cümlənin mənası tam şəkildə onun leksik doldurulması ilə təyin edilmədiyindən sintaktik paradiqmanın üzvləri arasında münasibətlər perifrazetmə qaydaları ilə bəzən təsvir oluna bilir ( məsələn, nəqli cümlənin sual cümləsinə çevrilməsi onun leksik doldurulmasını dəyişməyə bilər, lakin aşkar surətdə yeni məna əlavə edir).
Sintaktik münasibətlər və qaydaların bütün tipləri, xüsusilə də sintaktik derivasiya qaydaları və perifrazetmə qaydaları böyük praktik əhəmiyyətə malikdir. Məsələn, onlar xarici dilin öyrənilməsində geniş tətbiq edilir.

Yüklə 63,25 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə