Dilçiliyin obyekti,predmeti və vəzifələri


Dilçiliyin başqa elmlərlə əlaqəsi



Yüklə 63,25 Kb.
səhifə20/25
tarix02.06.2023
ölçüsü63,25 Kb.
#115072
1   ...   17   18   19   20   21   22   23   24   25
DİLÇİLİYƏ GİRİŞ CAVABLARI.

110.Dilçiliyin başqa elmlərlə əlaqəsi
Dilçilik elmi öz tədqiqat obyektinə görə ictimai elmlər sırasında durur. Amma öz tədqiqat metodları ilə ictimailik çərçivəsindən çıxaraq bütün elmlərlə yaxınlaşır. Dilçiliyin dəqiq elmlərlə, xüsusilə riyaziyyatla yaxın əlaqəsi onun çox vaxt ictimai elmlərin riyaziyyatı adlanmasına səbəb olmuşdur. Əgər hər hansı bir elm təkcə öz qanunları çərçivəsində məhdudlaşıb qalsa , başqa elmlərin nailiyyətlərindən istifadə etməsə, elmlərlə əlaqəsini itirər və nəticədə elmlər sırasından çıxar. Başqa sözlə desək, elmlərlə əlaqəsi olan inkişaf edib irəli gedər,elmlərlə əlaqəsi olmayan inkişafdan qalar. Buna görə də dilçiliyin başqa elmlərlə əlaqəsi onu inkişaf etmiş elmlər sırasına çıxarmışdır. Əlbəttə, dilçilik ictimai elm olduğu üçün onun ilk növbədə və ən sıx əlaqəsi ictimai Dilçiliyin ədəbiyyatşünaslıqla əlaqəsi:
Bu elmləri birləşdirən birinci əlamət sözdür. Yəni həm dilçiliyin, həm də ədəbiyyatşunaslığın xammalı sözdür. Söz, onun işlədilməsi, dildəki yeri, ünsiyyət prosesindəki rolu, fikrin müxtəlifliyini təmin etməsi və s. bu kimi müştərək problemlər bu iki elmi sıx şəkildə əlaqələndirir.
Dilçiliyin tarixlə əlaqəsi:
Tarix elmi ilə dilçiliyi yaxınlaşdıran başlıca cəhət dilin tarixi kateqoriya olmasıdır. Bu o deməkdir ki, dil insan həyatının müəyyən tarixi mərhələsində yaranmışdır.
Dilçiliyin məntiqlə əlaqəsi:
Dilçiliklə məntiqi əlaqələndirən təfəkkür əslində məntiqi kateqoriya olub, yüksək inkişaf etmiş materiya olan beynin məhsuludur. Dil isə təfəkkürün ifadə formasıdır. Yəni insan təfəkküründə yaranmış fikirlər dil vasitəsilə reallaşır.
Dilçiliyin psixologiya ilə əlaqəsi:
Dillə nitqin əlaqəsi məsələsi psixologiya ilə dilçilik üçün ortaqdır. Yəni "dil ünsiyyət vasitəsi, nitq isə ünsiyyət prosesidir"fikri hər iki elm üçün məqbul ifadədir.
Dilçiliyin fəlsəfə ilə əlaqəsi:
Elə bir elm yoxdur ki, onun fəlsəfi əsası olmasın.
Dilçilik elmi də ilkin inkişaf mərhələsindən fəlsəfənin bir hissəsi kimi meydana gəlmişdir. Dilin mənşəyi problemi fəlsəfənin əbədi mövzusu olan materialist və idealist anlayışların qarşılaşdığı, toqquşduğu əsas nöqtələrdən biridir.
Dilçiliyin fiziologiya ilə əlaqəsi :
Danışıq səslərinin yaranması prosesi, bu vaxt havanın fəaliyyəti , danışıq üzvlərinin səsçıxarma prosesindəki rolu və s məsələlərdə dilçilik bilavasitə fiziologiyaya əsaslanır.
Dilçiliyin fizika ilə əlaqəsi:
Müasir dilçilik elə yüksək səviyyəyə çatmışdır ki, nəinki fonetika, habelə sintaksis özü də fizika ilə əlaqədar şəkildə təqdiq edilir. Danışıq səslərinin akustik cəhətlərini öyrənən akustik fonetika tamamilə fizika elminin qənaətlərindən istifadə edir.
Dilçiliyin coğrafiya ilə əlaqəsi:
Coğrafiyanın dilə tətbiqi ilə əvvəl dillərin, bir dil ailəsinin və ya konkret bir dilin dünya üzrə və ya müəyyən regionlar üzrə yayılması ilə əlaqədardır.
Dünya dillərinin linqvistik xəritəsinin hazırlanmasında coğrafi metodlardan istifadə edilmişdir.
Dil ailələrinin dil qruplarına bölünməsində də coğrafiya tətbiqinin böyük əhəmiyyəti vardır.

Yüklə 63,25 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə