Dilçiliyin obyekti,predmeti və vəzifələri



Yüklə 63,25 Kb.
səhifə24/25
tarix02.06.2023
ölçüsü63,25 Kb.
#115072
1   ...   17   18   19   20   21   22   23   24   25
DİLÇİLİYƏ GİRİŞ CAVABLARI.

118. Koqnitiv dilçilik
Müasir dövrdə törəmə dilçiliyindən sonra çox dəbdə olan bir istiqamət koqnitiv dilçilik adlanır. Bu istiqamətin əsas qayəsi koqnisiya sistemində dilin statusunu müəyyənləşdirməkdən ibarətdir.
Hər şeydən öncə koqnisiyaya ümumilikdə insan beynində informasiyaların qəbulu, saxlanması, yenidən istifadəsi və ötürülməsinin bütün prosesləri aiddir. Bu proseslər bilavasitə şüurun fonunda baş verir. Bu zaman müxtəlif bilik sistemləri fərqləndirilir.
Ötən əsrin 90-cı illərindən koqnitiv dilçilikdə müxtəlif terminlər işlədilməyə başladı: konsept, linqvokultrem, loqoepistem, mifologem və s.12 Ancaq bu gün daha çox işlənən, 1928-ci ildən S. A. Askold - Alekseyev tərəfindən dövriyəyə buraxılmış məhz konsept terminidir.
“Konsept koqnitiv elmin baza vahididir, məna planıdır.”
119. Sosialinqvistika
Cəmiyyətlə dilin onun yaratdığı və ona xidmət dil arasındakı qarşılıqlı münasibətləri sosialinqvistika elmi araşdırır. Sosialinqvistikanın öz tədqiqat predmeti , problemləri method və üsulları vardır. Sosialinqvistik tədqiqat methodları özünəməxsus spesifik xüsusiyyətlərə malik olmalıdır.
120. Psixolinqvistika
Psixologiya və linqvistikanın vəhdətindən yaranmış elm sahəsidir. Linqvistika nitqin təşkilini dil qanunlarına uyğun olaraq öyrənir. Psixolinqvistika isə nitqin yaranması prosesinə, nitqin qavranmasına müraciət edir.
121.Sinxroniya və diaxroniya
Hələ V.Humboldt dilin eyni zamanda həm hazır sistem, həm də inkişaf etməkdə olan təzahür olması müddəasını irəli sürmüşdür. Sössür göstərdi ki, dili iki aspektdə tedqiq etmək olar-- eyni zamanlılıq aspektində (sinxroniya və ya monoxroniya) və tarixi ardıcıllıq aspektində ( diaxroniya) . Bəzi strukturalislər hətta dilin panxroniyasi axroniyası, yəni dilin bütün zamanlara məxsusluğu və heç bir zamana məxsus olmaması fikrinidə irəli sürmüşlər. Bu, əlbəttə yalnışdır. Təkcə diaxroniya deyil, sinxroniya da həmişə zamanla bağlıdır. Sıfır göstəricili zaman anı yalnız sinxroniyada mövcuddur, lakin sinxroniyada da eyni zamanda keçmişin qalıqları və gələcəyin rüşeymləri, başlanğıcı vardır.

Yüklə 63,25 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə