SəRBƏst iŞ Tələbə



Yüklə 291,5 Kb.
səhifə1/21
tarix23.06.2023
ölçüsü291,5 Kb.
#118638
  1   2   3   4   5   6   7   8   9   ...   21
S RB st i T l b


AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL NAZİRLİYİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ

SƏRBƏST
İŞ

Tələbə: Məmmədbəyov Yaşar
Fakültə: Mühəndislik
İxtisas: Informasiya texnologiyaları
Kurs: IV
Qrup: 602
Fənn: Azərbaycan dili və nitq mədəniyyəti
Müəllim: Məhərrəmova Mətanət
Mövzu:

  1. Nitq mədəniyyətinin üslubiyyat, estetika və incəsənətlə əlaqəsi

  2. Qədim Şərqdə sözə verilən qiymət

  3. Heydər Əliyevin nitq mədəniyyətinə göstərdiyi diqqət və qayğı

  4. Nitqin bədiliyi və obrazlığı

  5. Nitqin düzgünlüyü

  6. Nitqin dəqiqliyi

  7. Nitqin növləri

  8. Fonetik norma

  9. Üslubi leksika

  10. Elmi üslub

1.Nitq mədəniyyətinin üslubiyyat, estetika və incəsənətlə əlaqəsi
Nitq mədəniyyəti həm tədris fənni, həm də elm kimi dilçiliyin fonetika, orfoepiya, orfoqrafiya, leksikologiya, fraze￾ologiya, morfologiya, sintaksis və üslubiyyat bölmələri ilə, eləcə də ədəbiyyat, tarix, pedaqogika, psixologiya, fiziologiya, məntiq, etika, estetika və incəsənətlə əlaqədardır.
Leksikologiya və Nitq Mədəniyyəti
Biz bilirik ki, dil nitqin bazası, nitq isə dilin ifadə formasıdır. Dil nitqi formalaşdırma vasitəsidir, nitq isə sözlərdən istifadə etməklə onları nəsildən nəslə ötürməklə yaşadır. Dil nitqə çevrilməklə fəaliyyət göstərir. Nitq dil bazasında yarandığı üçün nitq mədəniyyəti də dil normaları əsasında formalaşıb şifahi və yazılı şəkildə meydana çıxır. Nitq mədəniyyətinin də, leksikologiyanın da əsas obyekti sözdür, nitq mədəniyyətində əsas şərt sözlərin ədəbi dil normaları daxilində seçilib işlədilməsi, cümlədə sözlərin sırasının üsluba uyğun olaraq müəyyən yerdəyişmə edilməsidir. Lakin onların məqsəd və vəzifələri fərqlidir. Leksikologiya dilin lüğət tərkibini öyrənirsə, nitq mədəniyyəti sözlərin nitqdə ədəbi dil normalarına uyğunluğunu, cümlədə sözlərin əlaqəsi və sıralanması məsələlərini araşdırır. Dil normalarını tənzimləyib ümumiləşdirən dilçiliyin bir bölməsi olan nitq mədəniyyəti fonetik qanun və vasitələrə əsaslanaraq fonetik hadisələrdən qaçmaqla fikrin ekspressivliyini artırmağa xidmət edən frazeologiya və polisemiyaya, çoxmənalığı yaradan obrazlı ifadələrə üstünlük verir. Dilin leksik tərkibinə dərindən bələd olan, zəngin söz ehtiyatına malik olan, sözlərin işlədilmə məqamlarını, emosional – ekspressiv çalarlarını fərqləndirən şəxs onlardan məqamında lazımınca istifadə edə bilir. Sözlərin nominativ və məcazi mənalarından yararlanan adamın nitqi mədəni və məntiqi olur. Ədəbi dilin leksik normalarından kənara çıxıb loru, vulqar sözlərə, jarqonlara, dialektizmlərə yer verən adamın nitqi isə dinləyicilərin marağının azalmasına gətirib çıxarır. Qrammatik normaları, morfoloji əlaqələri, sintaktik strukturları, müxtəlif dil xüsusiyyətlərini nitqdə yerli-yerində, bacarıqla işlətmək sayəsində şəxsin düzgün, məntiqi, səlis danışığı başqalarında xoş ovqat yaradır, mənəvi istirahətə, müsbət əhval-ruhiyyəyə səbəb olur. Deməli, əsas obyekti söz olan leksikologiyanın nitq mədəniyyəti ilə əlaqəsi qaçılmazdır. Məqsəd və vəzifələri müxtəlif olan leksikologiya ilə nitq mədəniyyətini yaxınlaşdıran cəhət onların hər ikisinin obyektinin söz və ifadələrin olmasıdır. Lakin nitq mədəniyyətini maraqlandıran əsas şərt sözlərin ədəbi dil normalarına uyğun seçilib işlədilməsidir.

Yüklə 291,5 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə