SəRBƏst iŞ Tələbə



Yüklə 291,5 Kb.
səhifə8/21
tarix23.06.2023
ölçüsü291,5 Kb.
#118638
1   ...   4   5   6   7   8   9   10   11   ...   21
S RB st i T l b

Nitqin aydınlığı: Dil vasitələrinin nitqdə məqsəd və ünsiyyətin tələbinə cavab verəcək şəklə salınmasıdır. Aristotelin sözü ilə desək, aydınlıq ən vacib üslubi keyfiyyətdir. Nitqin düzgünlüyü fikrin aydın ifadəsinin ilkin şərtidir, onun kommunikativ keyfiyyətidir.
Aydın nitq aydın düşüncə ilə bağlıdır. Aydınlıq dinləyici və oxucunun nitqi asanlıqla anlaması, başa düşməsidir. Nitq zamanı aydınlığın pozulmasının bir səbəbi də dili yaxşı bilməmək, zəngin söz ehtiyatına sahib olmamaqdır.
Nitqin aydınlığını yaradan amillərdən biri də diksiyadır. Diksiya latınca dictio sözündən alınmışdır, mənası sözlərin düzgün, səslərin öz məxrəcinə uyğun şəkildə tələffüz olunması deməkdir.
Nitin yiğcamlığı: Yığcam nitq danışandan dərin bilik həssas düşüncə zəngin lüğət ehtiyatı tələb edir. Yiğcamlıq məzmunu dolğun əhatə edən adekvat formadır. Burada fikir geniş sözlər az məna dərin olmalıdır. Nitqdə yığcamlıq sözçülüyün əksidir. Nitqdə sözçülük aşağıdakı hallarda yaranır: 1) eyni mənalı söz və ifadələrdən təşkil olunmuş tərkiblər işlədildikdə 2) danışan çeynənmış vahidləri mexaniki tərzdə işlətdikdə. 3) tufeyli söz və ifadələr işlədildikdə 4) müxtəlif şəkildə formalaşmış eyni və yaxın fikirləri bildirən cümlələr ardıcıl düzüldükdə
Yığcam danışa bilmək insanda çox vacib keyfiyyətlərdəndir. Hər kəs özünün və başqasının danışığına bu cəhətdən tənqidi münasibət bəsləməli, imkan daxilində yığcam, həm də məntiqi danışmağı bacarmalıdır. R.Rza Müşviqlə bağlı xatirəsində göstərir ki, Müşviq bir dəfə şairlərdən birinin çox quru və ilhamsız yazılmış uzun bir şeirini əzbərdən oxudu. Biz təəccüblə soruşduq: bu cəfəngiyyatı niyə əzbərləmisən? O belə cavab verir. Əzbərləmişəm ki, buna oxşar şeir yazmayım.
İngilislər və amerkanlar öz danışıq və yazılarında yığcamlığa ciddi fikir verirlər. Onlar artıq şeyləri oxumurlar.
Nitqin təmizliyi: Əxlaq normalarından kənara çıxmayan, yararsız yad ünsürlərdən uzaq olan və milli ədəbi dilin qayda və qanunlarına uyğun gələn nitq təmiz adlanır. Dilin, nitqin təmizliyinin pozulmasının müəyyən səbəbləri var. Bunun birincisi dialektizimlərdir. İkincisi, nitqdə varvarizim, vulqarizim və jarqonizm özünü göstərir.
L.Tolstoy hələ gənclik illərində rus nitqində əcnəbi sözlərin işlədilməsinin əleyhinə olmuş, buna münasibəti mənfi idi. Onun bununla əlaqədar dediyi sözləri yada salmaq yerinə düşər: “Hər halda ana dili həmişə doğma olaraq qalır. Nə vaxt ürəkdən danışmaq istəyəndə heç bir fransız sözü yada düşmür. Əgər təsir bağışlamaq istəyirsənsə, bu, başqa məsələdir”.
Ədəbi dilə yad olan və işlədilməsi məqbul sayılmayan dil vahidlərinin nitqdə özünə yer tapması dilin təmizliyinə xələl gətirir. Məhəlli elementlərdən, loru sözlərdən, jarqon leksikasından, yersiz əcnəbi sözlərin işlədilməsindən və ümumiyyətlə, hər cür tüfeyili söz və ifadələrdən uzaq olan nitq təmiz sayılır. Başqa sözlə, nitqdə işlədilən sözlər dinləyicilərə aydın, onların ümumi səviyyəsinə uyğun olan nitq təmizdir.

Yüklə 291,5 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə